Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir

Böyük ehtimalla Ağ Evdə Rusiya ilə sülh sazişinin mətnini Ukraynaya sərt təzyiqlər sayəsində qəbul etdirə biləcəklərinə tamamilə əmindirlər... Halbuki, rəsmi Kiyevin nəzarət etdiyi Rusiya ərazilərini Ukraynanın işğal olunmuş bölgələri ilə baş-baş dəyişmək niyyəti ABŞ-ın bütün planlarını boşa çıxara da bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı ABŞ üçün olduqca ciddi problemə çevrilməyə başlayıb. Belə ki, Tramp adminstrasiyası bütün dünyaya böyük əminliklə bəyan etdiyi vədlərin demək olar, heç birisini yerinə yetirməyə nail olmayıb. Hər halda, Ağ Evin indiyə qədər əldə etdiyi əsas nəticə yalnız Rusiya ilə qurduğu siyasi danışıqlar masasıdır. Halbuki, danışıqlar masası arxasında da ciddi problemlər mövcuddur. Və ABŞ təmsilçiləri sülh sazişi və ya atəşkəs mövzularında Rusiya ilə anlaşma ehtimalından hələ də uzaqdırlar.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin xristian bayramı münasibətilə müvəqqəti atəşkəs elan edib. Ancaq Kreml sahibinin bu qərarını elə Rusiya ordusu pozub. Nəticədə Ukrayna savaşı əvvəlki kimi intensiv döyüş əməliyyatları ilə davam etməkdədir. Halbuki, hər iki tərəf atəşkəs şansından istifadə etmiş olsaydı, Ukrayna savaşının dayandırılması istiqamətində önəmli addımlar üçün münbit şərait yaranardı. Və bu imkanın əldən buraxıldığı artıq qətiyyən şübhə doğurmur.

orig-1635353624BtZoEW3QiICa0Nl8RZvifhYSTfttlYkOXoszjS96.jpeg (184 KB)

Məsələ ondadır ki, yaxın günlərdə Ukrayna savaşının dayandırılması üçün daha pozitiv qərarın verilə biləcəyi gözlənilirdi. Belə ki, növbəti həftə Böyük Britaniyanın paytaxtı Londonda Ukrayna savaşının dayandırılmasına birbaşa geniş imkanlar aça biləcək tam atəşkəs barədə razılığa gəlinməsi planlaşdırılırdı. Qərb mətbuatının iddialarına görə, indi bu razılaşma ehtimalı böyük risk altındadır. Və bu baxımdan, görüşün təşkilatçıları qarşıya qoyulan hədəfə çatmaq üçün xüsusi manevrlər etmək məcburiyyətində qala bilərlər.

Çünki Rusiya ordusunun Kreml sahibi tərəfindən elan olunmuş atəşkəsi pozmasına Ukrayna da analoji reaksiya verib. Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb: “Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Silahlı qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”.

Prezident Volodimir Zelenski Ukrayna ordusunun Rusiya ərazilərinin Belqorod istiqamətindəki hərbi uğurları barədə xüsusi məmnunluqla danışıb. Onun dediyinə görə, Ukrayna ordusu Belqorod vilayəti ərazisində xeyli irəliləyib və nəzarət zonasını daha da genişləndirib. Rəsmi Kiyev böyük ehtimalla Ukrayna ordusunun Rusiya ərazisindəki hərbi uğurlarını məhz danışıqlar masasına daşımaq niyyətindədir. Və bu, Rusiyanın böyük güzəştlər qoparmağa hesablanmış son şərtlərini bloklaya bilər.

efbb60f3a22821f018f777f0a932b50d.jpg (118 KB)

Təbii ki, mövcud situasiya ABŞ-ın Ukrayna savaşının dayandırılmasına yönəlik bütün planlarını tamamilə poza bilər. Ona görə də, Ağ Ev tez-tələsik Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə saziş və Rusiya ilə aparılan sülh danışıqlarının bir-birinə bağlı olmayan proseslər olduğunu elan edib. Yəni, savaşın uzanmasının və ya müharibədə iştirakçı tərəflərin irəli sürəcəyi şərtlərin ABŞ-ın mənfəət maraqlarına zərbə vurmamasına yönəlik manevrlərə cəhd göstərilir.

Digər tərəfdən, ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kellog hesab edir ki, Ukrayna münaqişəsinin tənzimlənməsi prosesi düzgün istiqamətdə irəliləyir: “Mən hərtərəfli atəşkəsdən danışıram. Bu dənizdə, havada, quruda, həmçinin sənaye obyektlərinə qarşı hücumların dayandırılması deməkdir və minimum 30 gün davam etməlidir. Daha sonra isə bu, daha uzunmüddətli bir daimi sülh sazişinə çevriləcək. Hesab edirəm ki, biz doğru yoldayıq”.

Prezident Donald Trampın xüsusi elçisi həmçinin ABŞ-ın dövlət katibi Marko Rubionun Vaşinqtonun Ukrayna böhranının nizamlanması səylərini dayandıra biləcəyi ilə bağlı açıqlamasını da şərh edib. M.Rubio qeyd etmişdi ki, yaxın vaxtlarda irəliləyiş olmasa, ABŞ bu prosesdən çəkilə bilər. Kit Kellog bu barədə bildirib ki, ABŞ dövlət katibinin belə sərt danışması tamamilə normaldır. Çünki artıq baş verənlərdən bezmişik. Dünyada ABŞ-ın müdaxilə etməli olduğu çox hadisə var, bu müharibə isə artıq çox uzanıb. Amma düşünürəm ki, bu münaqişəni bitirmək üçün bir imkan yaranıb”.

a0487cd29314e355e03df7bd5f1cfac9.jpg (331 KB)

Göründüyü kimi, Ağ Ev təmsilçiləri ABŞ-ın Ukrayna böhranı üzrə tez-tələsik nəticə əldə etməyə can atdığını biruzə verirlər. Üstəlik, Ağ Evin Ukrayna planları rəsmi Kiyevi ciddi şəkildə narahat edə biləcək məzmun daşıyır. Belə ki, Kit Kellog bir müddət öncə Ukraynanın bir neçə nəzarət zonasına bölünməsini təklif etmişdi. Son məlumatlara görə, Ağ Ev Kremli sülh sazişinə razılaşdırmaq üçün Rusiyaya yeni güzəştlər etmək niyyətindədir. Və bu, Rusiya ərazisində kifayət qədər geniş ərazini hərbi nəzarətə götürmüş Ukraynanı qətiyyən razılaşmayacağı məzmun daşıyır.

Məsələ ondadır ki, Ağ Evdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalması ilə tamamilə razılaşıblar. Buna əlavə olaraq, sülh sazişini imzalayacağı təqdirdə, ABŞ Ukraynaya aid Krım yarımadasını da Rusiya ərazisi kimi rəsmən tanımağa hazırdır. Halbuki, Ağ Evin bu barədə ilk növbədə rəsmi Kiyevin mövqeyini nəzərə alması qaçılmazdır. ABŞ isə bu barədə qətiyyən düşünmür, Ukrayna ərazilərini Rusiyaya təklif etməklə, Kremli məmnun edərək, sülh sazişini imzalamağa can atır.

Böyük ehtimalla Ağ Evdə Rusiya ilə sülh sazişinin mətnini Ukraynaya təzyiqlər yoluyla qəbul etdirə biləcəklərinə tamamilə əmindirlər. Halbuki, bundan sonra Tramp adminstrasiyasının rəsmi Kiyevlə ciddi problemlərinin ola biləcəyi də qətiyyən istisna deyil. Çünki rəsmi Kiyev nəzarət etdiyi Rusiya ərazilərini Ukraynanın işğal olunmuş bölgələri ilə baş-baş dəyişmək niyyətində olduğunu gizlətmir. Və bu baxımdan, ABŞ-ın Ukrayna böhranının nizamlanması prosesində böyük uğursuzluqla üzləşmə ehtimalı aktual olaraq, qalır.

bu-gun-iranla-abs-yeniden-danisiqlar-aparacaq

Bu gün İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında danışıqların növbəti mərhələsi keçiriləcək.

“Reuters” xəbər verir ki, görüş Omanın xarici işlər naziri Badr al-Busaidinin vasitəçiliyi ilə baş tutacaq.

Danışıqların əsas mövzusunu İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanmasıdır.

İranın dövlət televiziyası isə ölkənin XİN rəhbəri Abbas Araqçının və onu müşayiət edən nümayəndə heyətinin danışıqlar üçün artıq Romada olduğunu açıqlayıb.

ABŞ-ni isə danışıqlarda əvvəlki görüşdə olduğu kimi ölkə Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edəcək.

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk raundu aprelin 12-də Omanda keçirilib. Bu danışıqlar 2022-ci ildən bu yana İran və ABŞ-nin rəsmi şəxsləri arasında ilk yüksəksəviyyəli təmas oldu.

Ermənistan NATO standartlarına görə ordu qurur

Ermənistan silahlı qüvvələrində Baş Qərargah çavuşu, korpus serjantı və baş serjant vəzifələrinin yaradılması lazımdır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında müdafiə nazirinin müavini Arman Sərkisyan bildirib.

Onun sözlərinə görə, silahlı qüvvələrin müqaviləli çavuşlarının əməkhaqqı hesablanarkən xüsusi əmsallar tətbiq olunacaq.

Dəyişikliklər nəticəsində alay (briqada) çavuşu və batalyon (diviziya) çavuşu vəzifələri üçün əməkhaqqı əmsalları müəyyən ediləcək.

“Ermənistan” müxalifət blokundan olan deputat Qeqam Manukyan da öz növbəsində bu islahatlardan narazılığını bildirib. Erməni deputatın sözlərinə görə, Baş Qərargahın və Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri ona bu təfərrüatları verəcəklərini vəd ediblər, lakin nədənsə bu, heç vaxt baş verməyib.

Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Rusiyada dövlətə xəyanətə görə məhkum olunanların sayı demək olar ki, dörd dəfə artıb.

“Tass” bu barədə məlumatı Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin məhkəmə statistikasına istinadən yayıb.

“Əgər 2022-ci ildə bu maddə ilə 16 nəfər məhkum edilibsə, 2023-cü ildə 39 nəfər, ötən il 145 nəfər məhkum edilib.
Dövlətə xəyanətdə təqsirli bilinənlərin üçdə biri 24 yaşınadək gənclərdir (40-ı 18-24, dördü 14-17 yaş arasıdır).
Məhkumların 13-ü 50-59 yaş arası, 6-sı isə 60-dan yuxarıdır. Dövlətə xəyanətdə təqsirli bilinənlər arasında 7 qadın və 11 tələbə, həmçinin üç dövlət qulluqçusu da var”, - məlumatda qeyd olunub.

Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan

Türkiyə Ermənistan və Azərbaycan arasında, xüsusən də liderlər səviyyəsində yaxınlaşmasında konstruktiv rol oynaya bilər.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Ankara-İrəvan münasibətlərinin yaxınlaşması prosesi haqqında mövqeyini açıqlayan Mirzoyan deyib ki, Ermənistan-Türkiyə münasibətlərini tam şəkildə normallaşdıra bilsələr, bu, heç şübhəsiz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına müsbət təsir göstərəcək: “Amma bu o suallardan biridir ki, hər kəsin öz cavabı və yanaşması var. Bu məsələdə müxtəlif fikirlər var. Amma Türkiyə Azərbaycan Ermənistan münasibətlərinin yaxınlaşmasında müstəsnasız şəkildə müsbət rol oynaya bilər”.

abs-suriyadaki-herbcilerinin-sayini-azaldir

ABŞ Suriyada hərbi kontingentini 500 nəfərə qədər azaltmağı planlaşdırır.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” yayıb.

Mənbələr qeyd edib ki, hərbçilər ölkənin şimal-şərqində 8 kiçik əməliyyat obyektindən üçünü bağlayır və bununla da qoşunlarında hərbçi sayını 2000-dən 1400-ə qədər endirir.

İki yüksəkvəzifəli məmurun sözlərinə görə, amerikalı komandirlər 60 gündən sonra əlavə ixtisar aparıb-aparmamaqla bağlı dəyərləndirmələr aparacaq.

Həmçinin qeyd olunub ki, hərbçilər Suriyada 500-ə qədər amerikalı hərbçi saxlamağı tövsiyə ediblər.

Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında aparılan nadir torpaq elementləri sazişi ilə bağlı mühüm açıqlamalar verib.

Zelenskinin sözlərinə görə, növbəti həftə onlayn görüş zamanı ABŞ ilə 500 milyard dollarlıq nadir torpaq elementləri haqqında saziş imzalana bilər.

Zelenskidən sonra razılaşma ilə bağlı ABŞ prezidenti Donald Tramp da açıqlama verib. O, ABŞ və Ukrayna arasında qiymətli metallar sazişinin aprelin 24-də imzalana biləcəyini açıqlayıb.

Tramp Ukraynanın təbii sərvətlərindən potensial olaraq 500 milyard dollar gəlir əldə edəcəyini iddia edib.

Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə KİV-nə verdiyi müsahibədə vacib açıqlamalarla çıxış edib.

Mirzoyan ABŞ prezidentinin administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində maraqlı tərəf olduğunu vurğulayıb.

"ABŞ prezidentinin administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində maraqlı tərəfdir və bu istiqamətdə müəyyən dəstək nümayiş etdirir",-deyə Ararat Mirzoyan bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistanın ABŞ administrasiyası ilə qarşılıqlı əlaqələri mövcuddur və tərəflər regionda sülh və sabitliyin təmin olunması üçün dialoqu davam etdirirlər. Nazir həmçinin vurğulayıb ki, Ermənistan regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Ermənistan XİN rəhbəri ABŞ-ın bu mövqeyinin regionda sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini də əlavə edib.

Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son açıqlamaları ilə gündəmi silkələyib. Onun sözlərinə görə, bəzi ölkələr sülh müqaviləsinin öz paytaxtlarında imzalanmasını təklif etsələr də, Ermənistan tərəfi bu sənədin bilavasitə Azərbaycan-Ermənistan sərhədində imzalanmasını istəyir.

Bu fikirləri Mirzoyan Sloveniya xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

O, əlavə edib ki, Ermənistan Azərbaycan tərəfinə bir təklif də təqdim edib: sülh müqaviləsi və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədlərin eyni gündə imzalanması.

Mirzoyan bildirib:

“Əgər de-fakto başa çatmış münaqişə de-yure olaraq sülh müqaviləsi ilə təsdiqlənərsə, artıq Minsk Qrupu formatına ehtiyac qalmayacaq. Əksinə, bu format bundan sonra əngəl yarada bilər. Bu səbəbdən Ermənistan təklif edir ki, eyni gündə – istənilən ardıcıllıqla – həm sülh müqaviləsi, həm də Minsk Qrupunun buraxılması ilə bağlı sənəd imzalansın”.

Qeyd edək ki, Mirzoyan bundan əvvəl də bu təklifi irəli sürmüşdü. O zaman da Ermənistan tərəfi, həm Minsk Qrupunun ləğvini rəsmiləşdirməyə, həm də sülh sənədini imzalamağa hazır olduğunu bildirmişdi.

Lakin reallıq fərqlidir. Azərbaycanın qarşısında qoyduğu iki əsas şərt hələ də yerinə yetirilməyib:
1. Ermənistan Konstitusiyasının dəyişdirilməsi – Bu sənədin bir sıra maddələri Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ehtiva edir. Rəsmi Bakı hesab edir ki, bu maddələr dəyişdirilmədən sülh müqaviləsinin hüquqi sabitliyi təmin oluna bilməz.
2. ATƏT-in Minsk Qrupunun tam şəkildə hüquqi olaraq ləğv olunması və bu barədə birgə müraciətin hazırlanması.

Mirzoyan həmçinin bildirib ki, Antalyada keçirilən son danışıqlarda müəyyən irəliləyiş olsa da, hələ yekun qərar əldə olunmayıb. Bu, faktiki olaraq danışıqların hələ də kritik mərhələdə olduğunu göstərir.

Bu məqamda müşahidəçilər Ermənistandan gələn bu cür təklif və açıqlamaların sadəcə zaman qazanmağa, prosesin qarşısını almağa hesablandığını düşünür. Ermənistan tərəfi, bir tərəfdən, beynəlxalq aləmdə sülhə hazır olduğunu göstərməyə çalışır, digər tərəfdən isə Azərbaycanın əsas şərtlərindən – xüsusilə Konstitusiyanın dəyişdirilməsi məsələsindən – yayınmağa çalışır.

Diplomatik mənbələr bildirir ki, sülh sənədi artıq texniki redaktə mərhələsindədir. Tərəflər arasında əsas razılaşma əldə olunub, ciddi fikir ayrılığı yalnız yuxarıda qeyd olunan iki şərtlə bağlıdır.

Bütün bunları nəzərə alaraq, Ermənistanın eyni gündə iki sənəd imzalamaq təklifi simvolik görünsə də, praktiki baxımdan hələ də bu ölkənin öhdəliklərdən yayınmaq üçün “ikili oyun” oynadığını göstərir.

Azərbaycan tərəfinin mövqeyi isə aydındır: sülh, ancaq real dəyişikliklərlə mümkündür. Ermənistan yalnız açıqlamalarla deyil, konkret hüquqi addımlarla prosesi tamamlamalıdır. Əks halda, bu təkliflərin heç biri real nəticə verməyəcək.

"Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan

Ermənistan-Azərbaycan danışıqları məhz ikitərəfli formatda, xarici müdaxilə olmadan daha yaxşı nəticələr verib.

Bunu Türkiyə KİV-inə müsahibəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O xatırladıb ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib: “Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub”.

"Cənubi Qafqazda sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasında maraqlı olan bütün ölkələrin bu prosesdə bu və ya digər şəkildə iştirakı mümkündür. Konkret danışıqlara gəldikdə, biz tək, iki ölkə bir otaqda olanda danışa bilirik. Birbaşa danışmaq imkanımız, əlaqələrimiz var, asanlıqla fikir mübadiləsi aparırıq.

Başqa sözlə, texniki baxımdan heç bir problemimiz yoxdur. Buna görə də, bizə heç bir başqa vasitəçi lazım deyil", - A.Mirzoyan bildirib./Report.az/

Xəbər lenti