![]() |
|
Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.
AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.
Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.
“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.
Almaniya milli komandası və "Real Madrid" klubunun üzvü Antonio Rüdigerin karyerası vaxtından əvvəl başa çata bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçiyə erkən kirəcləşmə (osteoartrit) - oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik diaqnozu qoyulub. Adətən bu xəstəlik yalnız 40-50 yaşlarında oynaqlara təsir edir, lakin alman ulduz son 8 aydır ki, ağrıkəsicilərlə oynayır.
Rüdigerin diaqnoz nəticəsində xəstəliyin 4-cü mərhələsində olduğu ortaya çıxsa və oynaq tamamilə məhv olsa, bu, onun karyerasının sonu olacaq.
Qeyd edək ki, "Toni" 2022-ci ildən bəri "Kral klubu"nun formasını geyinir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları keçirilir.
ikinci oyun günündə “Barselona” İspaniyada “İnter”i qonaq edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər oyununda PSJ səfərdə “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.
Çərşənbə günü Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” və “İnter” komandaları arasında keçiriləcək ilk oyun İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbilə təxirə salına bilər.
İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik problemi ilə bağlı İspaniyanın müxtəlif yerlərində hava limanlarında böyük gecikmələr və təxirəsalmalar olub.
İtaliya təmsilçisinin matça 24 saat qalmış Barselonaya getməyi planlaşdırdığı, lakin fasilələrə görə səfərin yarımçıq qala biləcəyi bildirilib.
İspaniya mətbuatının məlumatına görə, UEFA-ya “İnter”in bu gün Barselonaya çata bilməyəcəyi təqdirdə matçın təxirə salınması variantının nəzərdən keçirilməsi bildirilib.
Qeyd edək ki, qarşılaşma aprelin 30-u saat 23:00-da start götürməlidir.
İngiltərə çempionatında 34-cü turun oyunları keçirilib.
“Liverpul” doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib.
Arne Slotun komandası rəqibini 5:1 hesabı ilə darmadağın edib.
Nəticədə “Liverpul” çempionatın bitməsinə 4 tur qalmış çempion olub.
“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.
“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.
Qurban Qurbanovun komandası yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0.
Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.
Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub.
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı start götürəcək.
“Yarışın ilk günündə Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq.
Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.
Cüdo qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparacaq. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.
Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib.
publika.az xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə üz-üzə gələcəklər.
Qurban Qurbanova isə Ermənistan güləşçisi Samvel Qriqoryan rəqib olub.
Titullu yunan-Roma güləşçisi Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq.
55 kq
1/4 final. Eldəniz Əzizli - Koryun Sahradyan (Ukrayna) / Vaxtanq Lolua (Gürcüstan) cütünün qalibi
60 kq
Təsnifat mərhələsi. Nihad Məmmədli - Yustas Petraviçyus (Litva)
63 kq
Təsnifat mərhələsi. Murad Məmmədov - Qleb Makarenko (UWW)
67 kq
1/8 final. Həsrət Cəfərov - Andreas Feç (İsveçrə)
72 kq
1/8 final. Ülvi Qənizadə - Levente Levai (Macarıstan)
77 kq
1/8 final. Sənan Süleymanov - Ahmet Yılmaz (Türkiyə)
82 kq
1/8 final. Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan)
87 kq
Təsnifat mərhələsi. İslam Abbasov - Şimon Şimonoviç (Polşa)
97 kq
Təsnifat mərhələsi. Murad Əhmədiyev - Beytulla Kayısdağ (Türkiyə)
130 kq
Təsnifat mərhələsi. Beka Kandelaki - Mixaylo Vişnevetski (Ukrayna)
Qeyd edək ki, yunan-Roma güləşçiləri 11 - 13 apreldə mübarizə aparacaqlar.