“Kurtlar vadisi pusu” serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib.

“Günaylı gün” verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:

"Mən hazırda Rumıniyada yaşayıram. Açığı deyim ki, mənim təsvir etdiyim Azərbyacan tam başqa cür idi. Ölkənizin bu qədər inkişaf etdiyini düşünmürdüm. Cənab Prezident İlham Əliyevə səslənirəm, mənə vətəndaşlıq verin. Burada yaşayaram. Bu qədər mükəmməl şəhər görməmişəm. Çox gözəl şəhərdir".

Qeyd edək ki, Orhan aydın serialda "Kənan Yarbay" obrazını canlandırıb.

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Meyxanaçı Ağakərim Novruzovun müalicəsini ARS Reabilitasiya mərkəzi öz üzərinə götürüb.

Sözü gedən mərkəzdən Qaynarinfoya bildirilən məlumata görə, Ağakərim Novruzovun təkrar ayağa qalxması onun müayinələrinin cavabından asılı olacaq:

"Mərkəzdə belə xəstələr çox olub. Onların böyük əksəriyyətinin də müalicələri effekt verib. Hazırda mərkəzin çəkiliş qrupu Ağakərim Novruzovun evindədir və müayinə aparırlar. Müayinələrin cavabı açıqlanandan sonra xəstənin yeriyib-yeriməməsi, bir sözlə hərəkət edib-etməməsi ilə bağlı dəqiq cavab veriləcək”.

Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb.

Axar.az xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında “azərbaycanlı blogerin saxlanılması”na toxunub.

“Rusiyadakı işlərdən birində azərbaycanlı bloger saxlanılıb. Bu da bizim müraciətimiz nəticəsində baş verdi, lakin məsələ lazımi prosesə çatmadı. Müəyyən siyasi proseslər başladı, sənədləri təqdim etmək üçün bizə vaxt verilmədi, sonra bizi manipulyasiya etməyə çalışdılar. Bu, təbii ki, hüququn sərhədlərindən kənar bir hekayədir”, - deyə o qeyd edib.

Vardapetyan dəqiqləşdirməsə də, söhbətin Kamil Zeynallıdan getdiyi aydındır.

Erməni mediası isə K.Zeynallının həbsdən azad edilməsini birbaşa Ermənistan Baş Prokurorluğunda görüb. İddia edilib ki, Ermənistana sorğu verilsə də, Ermənistan Baş Prokurorluğu K.Zeynallı ilə bağlı materialları yalnız 22 fevralda göndərib.

“22 fevralda isə Kamil Zeynallı artıq evində idi”, - deyə qeyd edilib.

Meyxanaçı Balaəli burnunda əməliyyat etdirib, onu kiçiltmək istədiyini söyləyib.

“Güzgünün qabağında dayananda ancaq burnumu görürəm”, - o qatıldığı proqramlardan birində bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni qəza keçirəndən sonra nəfəs almağda çətinlik çəkdiyini deyib.

"Əməliyyat etdirmək istəyirəm. Güzgünün qabağında dayananda ancaq burnumu görürəm. Uşaqlıqda da burnum bir dəfə sınmışdı, onun da təsiri oldu. Nəfəs almaqda çətinlik çəkirəm".

Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:

"Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü".

Aktyor, aparıcı Mətanət Əlverdiyevanın "Emili heç yuxuda görmüsünüz" sualına isə belə cavab verib: 

"Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma".

Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.

Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın həyat yoldaşı saytımıza bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

 

ABŞ-yə köçən və orada işləyən azərbaycanlı telejurnalist Natiq Nailəoğlu (Atakişiyev) həmcinsi ilə nişanlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist özü paylaşım edib.

O, Endryu Korner adlı həmcinsi ilə fotosunu paylaşaraq "nişanlımla" qeydini yazıb.

Qeyd edək ki, Natiq Atakişiyev ANS-də və digər yerli televiziyalarda aparıcılıq edib. O, daha sonra yerli kanallların birinin ABŞ müxbiri kimi fəaliyyət göstərib. 

Hazırda xarici media qurumunda Amerika müxbiri kimi çalışır.

 

 
  •  

 

Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib.

Lent.az-ın məlumatına görə, söhbət “Qəm pəncərəsi” filmindən gedir.

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.

Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.

Üstəlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara da ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət etmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.

Bu filmdə aktyorlara gündəlik yeddi manat, “kaprizli” eşşəklərə isə 10 manat qonorar yazılırmış.

Eyni hal “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində də yaşanıb. “Dədə Qorqud” filmində Rasim Balayevin Babək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış.

Qeyd edək ki, heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirib.

ARB TV-də yayımlanan bəzi “Elgizlə İzlə”, Səni Axtarıram” və “Xəbər Ətər” verilişlərinin yayım vaxtında dəyişiklik edilib.

Bu barədə ARB TV-nin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Dəyişikliyə əsasən, “Elgizlə İzlə” verilişi 14:00-da, “Səni Axtarıram verilişi isə 16:30-da efirə çıxacaq.

“Xəbər Ətər” proqramı 10:50-də yayımlanacaq.

Qeyd edək ki, dünən ATV-də yayımlaman “Bizimləsən” proqramının da efir vaxtı dəyişdirilib. Bu gündən etibarən 16:30-da efirə çıxacaq.

Türkiyəli şoumen Cem Yılmazın son paylaşımı müzakirələrə səbəb olub.

Şoumen instaqram hesabının hekayə bölməsində "Kim" mahnısının sədaları altında əlində spirtli içki paylaşıb. 

Paylaşımın Ramazan ayının ilk günündə edilməsi birmənalı qarşılanmayıb. Sosial media izləyiciləri onu bu hərəkətinə görə tənqid ediblər.

Xəbər lenti