![]() |
|
Ölkəmizdə İrana meyilli şəxslər sosial şəbəkərlərdə saxta profillərlə mərhum Xalq artisti Nəsibə Zeynalova barəsində bəzi iddialar səsləndiriblər. Onların sözlərinə görə, vaxtilə guya Nəsibə Zeynalovanın evində “rəhbər” dedikləri Xomeyninin şəkli olub.
Pravda xəbər verir ki, Azərbaycanın ilk şoumeni, Əməkdar artist Qorxmaz Əlilicanzadə bu haqda danışıb.
Onun sözlərinə görə, Nəsibə Zeynalova, ümumiyyətlə, siyasətdən uzaq olub:
“Nəsibə xanım “el anası” adını qazanmış bir sənətkardır. Hələ Azərbaycan incəsənətində heç bir qadın aktirsaya, müğənniyə belə söz deməyiblər. Nəsibə Zeynalovanın evinin adamı olmuşam.
Nəsibə xanımın İrana meyilliliyi qətiyyən olmayıb. Baxmayaraq ki, onun atası inqilab vaxtında İrana qohumlarının yanına getmişdi. Deyəsən, ticari dükanları olub, ona görə gedib. Qayıdanda gəmidə soyuqlayıb, xəstələnmişdi. Bir müddət sonra vəfat etmişdi. Nəsibə xanımın İran haqqında xatirələrini belə, eşitməmişəm. O, Vətənə bağlı bir şəxsiyyət idi. Üstəlik, Xomeyni vəzifəyə gələndə Nəsibə xanımın, artıq təxminən, 63 yaşı var idi. 63 yaşına qədər Nəsibə xanımı İrana bağlayan heç nə olmayıbsa, nə oldu ki, Xomeynidən sonra bağlandı?! Bu, mümkün olan şey deyil. Ümumiyyətlə, Nəsibə xanımın evində Xomeyninin şəkilini görməmişəm”.
Q. Əlilicanzadə deyib ki, Nəsibə Zeynalova ilə 1961-ci ildən qonşu olublar: “Onun oğlu bizdə, mən də onlarda böyümüşəm. Bu qədər yaxın olmuşuq. Nəsibə xanım axşam tamaşaya, məşqlərə gedəndə Cahangiri gətirib bizə qoyurdu, özü isə taksi çağırıb gedirdi. Qayıdanda da bizim qapıda düşürdü. Taksi sürücüləri elə bilirdilər ki, Nəsibə xanım bizim evdə yaşayır.
Rəhmətlik həyat yoldaşı Mütəllimlə, oğlu Cahangirlə çox əziz, bir ev olmuşuq. Onun söhbətlərində belə İran problemi, inqilab barədə heç nə olmayıb. Nəsibə xanımla səfərlərdə, məclislərdə olmuşuq. Dəfələrlər evində olmuşam, amma bir dəfə söhbət düşməyib ki, Nəsibə xanım Xomeynidən nəsə desin. Ümumiyyətlə, o, siyasətdən uzaq adam olub, siyasətə qarışmayıb.
Yadıma gəlmir ki, nə vaxtsa siyasətdən danışsın. Nəsibə xanım yaradıcı insan olub. Bəlkə, hansısa evdə qonaq olub, həmin evdə də Xomeyninin şəkli olub? Bəyəm dönüb deyəydi ki, bu kişinin şəklini çıxarın, sonra mən şəkil çəkdirim? Bu, söhbət deyil axı. Əvvəla, ölünün arxasıyca danışmazlar. İkincisi, bu, Nəsibə xanıma, onun şəxsiyyətinə, sənətinin varlığına böyük hörmətsizlikdir. Onun sənəti ölməzdir, hamımız gedəcəyik, amma Nəsibə xanımın sənəti qalacaq.
Nəsibə xanım Mahrux və Rübabə Muradovalar kimi "demokrat" olsaydı, deyərdim ki, demokratın dilində nəsə var. Amma heç köhnə iranlılar, demokratlar da Xomeyninin şəklini qəbul etmirlər. İrana meyilli olanlar bəzi yeni azərbaycanlılardır. Nə bilim, Allah bilsin...
Məni sabah İran səfirliyinə qonaq çağırsalar, Xomeyninin yanında şəkil çəkdirsəm, deməli, mən həbs edilməliyəm?! Bu, ayrı şeydir, İrana işləyən adamlar tamam ayrı. Ola bilər, elələrinin evindən Xomeyninin şəklindən başqa digər şeylər də çıxa bilər. İnsandır də, meylini ona bağlayıb. Demokratiyadır, belə düşünür, öz şəxsi işidir. Amma vətənini, Azərbaycan millətini, xalqını sevən adam belə hərəkət etməz. Əvvəlcə İranın tarixinə baxmaq lazımdır ki, Xomeyni və İran şahı Pəhləvi rejimi Azərbaycan xalqına nə zülmlər veriblər. Bunu göz önünə gətirəndə başa düşürsən ki, farslar bizə nə pisliklər ediblər. Hələ əsrlər boyu indiyə qədər İranda dilimizin yaşamamağı, dilimizə sərhəd qoyulmağı, istifadə edilməsinə icazə verilməməsi – bu zülmü bilən adam farsa qulluq etməz.
Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi başqa məsələdir. İrana qonaq gedib-gələrəm, amma orada yaşamaram. Xalqa verilən zülmü, torpağın bölünməsini unutmaq olmaz. Bu, siyasət yox, namus, qeyrət məsələsidir. Vətən bizim namusumuzdur...”
Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb.
Bu barədə lent.az-a danışan aktyor bildirib ki, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.
“Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurun gəlin, Mingəçevirə, maraqlı tamaşalardan zövq alın”, – o bildirib.
Qeyd edək ki, bir müddət öncə aktyorla telefon söhbətimiz zamanı o işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbləşdiyini bildirmişdi.
Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obraazlar yaratsa da, xalqın yadında “Bəxt üzüyü” filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.
Əməkdar mədəniyyət işçisi, tanınmış prodüser Oqtay Əliyevin avtomobil qəzasında dünyasını dəyişməsi onun personası ətrafında müzakirələrə rəvac verib. Dəhşətli qəzanın baş verdiyi gündən bəri mərhumun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı müxtəlif mülahizələr səslənib.
Gündəmə gələn ilk iddia O.Əliyevin ürəktutmadan dünyasını dəyişməsidir. Hətta yaxınları mərhumun kəskin ürək ağrısından əziyyət çəkdiyini iddia ediblər. Sonradan isə bu iddialar təkzib edildi. Məlum oldu ki, O.Əliyev heç vaxt ürəyindən şikayətçi olmayıb və bununla bağlı müalicə almayıb. Prodüserin huşunu itirdiyi üçün qəza törətdiyi də iddia olunur.
Mərhum Oqtay Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanın sənət dostlarından biri “Yeni Sabah”a maraqlı məlumatlar verib. Onun sözlərinə görə, O.Əliyevin səhhətində həqiqətən də problem olub. Dilarə xanımın rəfiqəsi bildirib ki, mərhum ən azı 1 ildir ki, müalicə alırmış. O, O.Əliyevin hansı xəstəlikdən müalicə aldığını açıqlamayıb:
“Bu barədə məndə də dəqiq məlumat yoxdur. Çünki onlar Oqtay müəllimin səhhəti ilə bağlı informasiyanı gizli saxlayırdılar. Amma sağlıq durumunun qənaətbəxş olmadığını dəqiq bilirəm. Həkimi Oqtay Əliyevə müalicə yazmışdı. O isə özünü yaxşı hiss etdiyini deyərək, dərmanları atmaqdan imtina edirdi. Dilarə xanım dəfələrlə mənim yanımda həkimə zəng edərək, Oqtay Əliyevə təzyiq göstərməsini xahiş etmişdi. Hər dəfə onun zəngindən sonra həkimi Oqtay müəllimi arayıb dərmanları atmalı olduğunu xatırladırdı. Etik olmadığı üçün mən heç vaxt Oqtay müəllimin səhhəti barədə sual vermirdim. Çünki onda hər hansı xəstəliyin əlaməti müşahidə edilmirdi, şən və enerjili idi”.
Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Qafqazinfo xəbər verir ki, mərhumun qəzadan bir müddət öncə ürəyindən əməliyyat olunması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Lakin O.Əliyevin yaxınları məlumatı təsdiq etməyiblər.
Hazırda onun nəşi Patoloji Anatomiya Birliyinə gətirilib.
Qeyd edək ki, mərhumun həyat yoldaşı Dilarə Əliyeva ilkin ifadəsində Oqtay Əliyevin sükan arxasında özünü pis hiss etdiyini bildirib.
Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişi baş tutmayıb.
Bu iddia ilə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarov çıxış edib.
Aktyor bu barədə instaqrdam hesabında yazıb:
“Keçən il ikinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki böyük miqdarda pullar yeyildi. Kim yedi, necə yedi orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, o çəkilişə pula görə yox, borc bilib razılıq verdim. Təlimlərə yola düşdük, 1 aya yaxın orada sözün əsl mənasında yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətci deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalıydız, və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz bu az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindənəm, pul yeyənlər tərəfindən deyil. Mən dünyaya işıq saçan insanlar tərəfindənəm. Mən nə edirəmsə, təmiz iş görürəm. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim var. Bu mətni yazdım ki, gec deyil ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun.
Ümid edirəm, Azərbaycan incəsəntinə ləkə salanlar bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!”.
Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.
Olay məlumatına görə, o, mövzu barədə TikTok-da canlı yayım zamanı açıqlama verib. ƏLəkbər deyib ki, hazırda həbsxanada olan Rəşadla görüşəcək:
“Rəşad da bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram. Çünki mənə verəcək cavabı yoxdur. Dörd divar arasındadır, qolu bağlıdır. İnşallah görüşəcəyik, üzbəüz gələndə mənim ona, onun mənə deyiləcək sözü olacaq. Bir insan ki, mənə cavab vermə imkanı yoxdur. Ona nə gəldi demək mənə yaraşmaz. İnşallah yaxşı olur”.
Qeyd edək ki, meyxanaçı İskəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aparıcı Vüsalə Əlizadə həbs edilən prodüser Təranə Səmədova barədə danışıb.
Olay.az xəbər verir ki, xəbər verir ki, sənətçi təqdim etdiyi “7 canlı” verilişində bu xəbərdən təəssüfləndiyini bildirib:“Dəfələrlə o qədər çalışdım ki, bir tanış kimi dəstək olum, məsləhət verdim. Allah anası İradə xalaya rəhmət etsin, çox gözəl insan idi. Təranənin yaşanan belə problemlərinə görə çox əziyyət çəkirdi.
Allah balalarını qorusun. Uşaqlar dövlət himayəsinə veriləcək deyirlər. Çox təəssüf, Təranə... Həyatını yenidən, sıfırdan qura bilərdin, hər şeyi gözəl edə bilərdin. Allah qorusun, heç kim həyatdan sığortalanmayıb, amma... Allah qapısını açsın”.
Qeyd edək ki, Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
İTV kanalında yayımlanan "Səs Azərbaycan. Doğma nəğmələr" yarışmasında maraqlı anlar yaşanıb.
Müsabiqəyə qatılan Cozef Uvezele Okpamen adlı əcnəbi öz ifası ilə hər kəsi təəccübləndirib. O yarış zamanı "Ay Laçın" mahnısını səsləndirib.
Cozefin bu ifası zaldakı münsifləri və tamaşaçıları təəccübləndirib.
O, mahnısını bitirdikdən sonra münsiflər heyəti ilə söhbət edib. Cozef Nigeriya vətəndaşı olduğunu və Naxçıvan Dövlət Universitetində bakalavr təhsili aldığını açıqlayıb. Əcnəbi gənc müğənni İlqar Xəyalın komandasına qoşulub.
Məlumat üçün bildirək ki, "Ay Laçın" Xalq mahnısıdır.
Ətraflı videoda:
Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanın BDU-da qeyri-qanuni təhsil alması və hətta onun universitetdən qovulması ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Müğənninin mətbuat katibi Elvin Elxan Kult.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini bildirib.
“Hazırda konsert işləri ilə məşğuluq. Bu mövzuda açıqlama olmayacaq. Anlayışla qarşılayacağınıza əminəm. Təşəkkürlər”, - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Bakı Dövlət Universiteti öz məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı şəxsin olmadığını bildirib.
Qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.
Pravda.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:
“Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub”.
DİM rəsmisi Röya Ayxan ilə bağlı iddialara isə belə cavab verib: “İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər...”