Hüseyn Həsənov helikopterlə Qarabağa getdi

Bloger Hüseyn Həsənov helikopterlə Qarabağa yollanıb. 

O Füzuli Hava Limanından video yayımlayıb. 

Hüseyn daha sonra Şuşaya gedib. O, Şuşada gecə saatlarında velosiped gəzintisinə çıxıb.

Şəmi obrazı ilə dünya trendində: rekord rəqəm

Son günlər sosial mediada virala çevrilən özbək müğənni dünya trendinə düşüb.

Onun aktyor və teleaparıcı İlkin Həsəninin Şəmi obrazında klipə çəkilməsi Azərbaycan kontingentinin marağına səbəb olub.

Özbək sənətçi Xamdam Sobirovun "Malohat" adlı musiqisi yutubda 160 milyondan çox baxış toplamaqla dünya trendində 49-cu yerdə qərarlaşıb.

Tiktok platformasında isə sözügedən musiqi ilə çəkilən videolar "kəşf et"ə düşür.

İnsanlar Xamdam Sobirovun Şəmi obrazından ilhamlanaraq son klipindəki imicini ona uyğun seçdiyini düşünürlər.

Rza Rzayev azadlığa buraxıldı

Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsasında belə qərar qəbul edib.

R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.

Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb.

Qeyd edək ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.

"Nikosayağı"dan gözlənilməz addım - FOTO

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şükürlü sosial media hesabında hər şeyi silib.

Metbuat.az xəbər verir ki, blogerin keçən ilin avqustunda keçirdiyi qəzadan sonra fəaliyyətsiz qalan "Instagram" səhifəsində dəyişiklik edilib. Belə ki, səhifədə yayımlanan foto və videolar profil şəkli daxil olmaqla silinib. O, izlədiyi şəxsləri də izləmədən çıxarıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

 
Ağadadaş Ağayevin yeni videosu yayıldı: “Bu iti...” ŞOK GÖRÜNTÜLƏR

Medera Hospitala balta ilə hücum edən xalq artisti Ağadadaş Ağayev ötən gün hadisə haqda video yaydı.

“Yeni Sabah” bildirir ki, o baş vermiş insident haqda geniş açıqlama verib. Bildirib ki, hadisə vaxtı ümumiyyətlə o özü çox səbirli davranıb, qarşı tərəfə “qardaş” deyə müraciət edib, “müsəlmançılıq” üçün yardım istədiyini qeyd edib. 

Hadisə ilə bağlı “Yeni Sabah” yeni video əldə edib. Video xalq artistinin klinikaya hücum etdiyi anda başqa rakursdan çəkilib. A. Ağayev hücuma “Bu iti burda kim saxlayırsa, onun özü də itdir” deyərək başlayır. Ardını videoda izləyin!

 

Ağadadaş "balta insidenti"indən sonra ilk dəfə toyda - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.

Dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb.

Ağadadaş Ağayevin həmin görüntülərini təqdim edirik:

Ağadadaş Ağayev “Xalq artisti” adından MƏHRUM EDİLƏ BİLƏR

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

Eyni zamanda “Xalq artisti” fəxri adının ləğv edilməsini tələb edənlər də az deyil. Bir çoxları hesab edirlər ki, keçmiş SSRİ-dən miras qalan “Xalq artisti” və “Əməkdar artist” titulları sənətçilər arasında ayrı-seçkilik yaradır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“Medera” hospitalı) gözətçiçi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

DİN fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bəyan edib. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb olunub, istintaq hərəkətləri davam etdirilir.

Fəxri ad daşıyan Ağadadaş Ağayevin qeyri-etik davranışı və qınaq obyektinə çevrilməsi müğənnini hədəf edib.

Bəs Ağadadaş Ağayevin “Xalq artisti” fəxri adı onun əlindən alına bilərmi?

Modern.az-ın məlumatına görə, Azərbaycanda fəxri ad fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir.

Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da təqdim oluna bilər. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

Bəs fəxri ada layiq görülən şəxs hansı hallarda ondan məhrum edilə bilər?

Əsasnaməyə görə, fəxri ad almış şəxs iki halda ondan məhrum edilə bilər:

1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda

2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə.

Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq. Məhkəmə müğənnini fəxri addan məhrum da edə bilər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda fəxri adlardan məhrum edilmə halları olub.

Belə ki, yazıçı Əkrəm Əylisli 2013-cü ildə "Xalq yazıçısı" fəxri adından məhrum edilib. Buna onun yazdığı "Daş yuxular" əsəri səbəb olmuşdu. Həmin əsərdə Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran Ə.Əylisli Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti saxtalaşdırmış, uzaq və yaxın tarixi keçmişimizə qara yaxmış, 1 milyondan çox didərgin soydaşımızın mənliyini təhqir etmişdi. Bununla da o, Azərbaycan Respublikasının ”Xalq yazıçısı" fəxri adını ləkələmiş və bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmışdı.

2001-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılıb həbs olunan Rasim Əkbərov isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından məhrum edilib. Ona “Azərbaycanın Milli Qəhrəmanı” adı 23 iyun 1992-ci il tarixində verilmişdi.

1994-cü ilin oktyabrında “Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə keçmiş baş nazir Surət Hüseynov da bu fəxri tituldan məhrum edilmişdi. Ona “Azərbaycanın Milli Qəhrəmanı” adı 1992-ci ilin 8 oktyabrında verilmişdi.

azerin-bozqurd-isaresi-gosterdi-erdogan-alqisladi

Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxıb.

Türkiyə mediası xəbər verir ki, sənətçi Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.

Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik:

Azərbaycanda tanınmış meyxanaçı vəfat etdi

Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.

Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.

Manaf Ağayev bu dairədən deputat olmaq istəyir

Azərbaycanda 2024-ci ilin sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Prosesə hazırlıq dövründə mətbuatda və sosial şəbəkələrə namizədlərin gündən-günə artdığını müşahidə edirik. Hətta aparılan müzakirələrdə tanınmış şəxslərin parlament seçkilərinə qatılacağı haqqında iddialara, ayrı-ayrı insanların deputat olmasını istəyən şəxslərin fikirlərinə də rast gəlirik. Ən çox adıçəkilən tanınmışlar sırasında Manaf Ağayev də var.

İnterpress.az xəbər verir ki, müğənni Manaf Ağayev bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilir. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib.

Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.

Qeyd edək ki, Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb.

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olub.

2009-cu ildə “Toylar Kralı” yarışmasının qalibi olub.

Manaf Ağayev 18 fevral 2022-ci ildə Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil oldu

Xəbər lenti