![]() |
|
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə təmir işləri icra olunur.
“Yol-xeber.az” xəbər verir ki, Sözügedən küçənin uzunluğu 600 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 2 küçəsində rəmir işləri icra olunur.
“Yol-xeber.az” xəbər verir ki, Sözügedən qəsəbənin uzunluğu 500 metr təşkil edən 16 və 900 metr uzunluğa malik 17-ci küçələrində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, torpaq əsaslı olan hər iki küçənin ortalama eni 6 metr təşkil edir.
Təmir çərçivəsində küçələrdə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçələrin profilə salınması işləri aparılıb. Hazırda hər iki küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam etdirilir.
“Yol-xeber.az” xəbər verir ki, Uzunluğu 45 kilometr olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız-qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Dövlət başçısının tapşırığına uyğun olaraq, artıq bu problemlər aradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir.
"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. Artıq yolun 34 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə düzbucaqlı və müxtəlif diametrlərə malik suötürücülərin tikintisi yerinə yetirilib. Yolboyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər artıq icra olunub. Hazırda körpülərin yanaşma yollarının tikintisi son mərhələdə olmaqla davam etdirilir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmimş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Zərdab rayonunun Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
“Yol-xeber.az” xəbər verir ki, Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
18 km uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni 6 metrə qədər nəzərdə tutulub.
Hazırda tikinti işləri yolun uzunluğu 5.4 km təşkil edən Məlikumudlu hissəsi üzrə icra olunur. Sözügedən hissədə torpaq işləri yekunlaşıb, hazırda suötürücü boruların inşası və bəzi yerlərdə yol əsasının tikintisi aparılır.
Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.
“Yol-xeber.az” xəbər verir ki, Lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.
Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir.
Lokomotivlərin xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.
Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.
“Yol-xeber.az” xəbər verir ki, Belə ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırıldı.
Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olundu.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.
Burada diqqət çəkən bir neçə əsas nöqtə:
Hərəkət Axını və Pik Vaxtlar: 28 May metro stansiyasındakı hərəkət sıxlığı və narazılıqlar xüsusilə pik saatlarda nəzərə çarpır. Bunun qarşısını almaq üçün intervalların azaldılması və sərnişin axınının optimallaşdırılması məqsədi ilə tədbirlər görülür.
Xətlərin Ayrılması: Bakı metrosunda xətlərin ayrılması, yəni fərqli metro xətləri arasında keçişlərin qarşısını almaq, hər bir xəttin müstəqil fəaliyyət göstərməsini təmin etmək məqsədini daşıyır. Bu, 28 May stansiyasında keçid nöqtələrinin sıxlığını azaltmağa kömək edəcək.
Yeni Stansiyalar və Tunellər: 2025-ci ilin yanvarında açılacaq yeni stansiyalar və mövcud stansiyaların birləşdirilməsi, metro şəbəkəsinin genişlənməsi və səmərəli işini təmin edəcək. Hətta geoloji çətinliklərə baxmayaraq, müasir texnologiyaların tətbiqi ilə tunellər inşa ediləcək.
Şaftaların Tətbiqi: Şaftaların istifadəsi, yerüstü ərazilərdəki sərt məhdudiyyətləri aşmağa və inşaat prosesini daha effektiv həyata keçirməyə kömək edəcəkdir.
Bu dəyişikliklər Bakı metrosunun işini daha səmərəli və sərnişinlər üçün daha rahat hala gətirməyə yönəlmişdir. Bu cür layihələr şəhər nəqliyyatının inkişafına müsbət təsir edəcək və Bakıdakı metro şəbəkəsinin keyfiyyətini artıracaq.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı rayonunda uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-Allahyarlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
“Yol-xeber.az” xəbər verir ki, Avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan əhalinin gediş-gəlişini, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Layihəyə uyğun olaraq yenidənqurma işləri texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur.
Tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan işlər çərçivəsində əsasən yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun qurulur.
“İnşaat Norma və Qaydaları”na əsasən hazırda yolda torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə üzrə zəruri yerlərdə mövcud körpülərinin təmiri və tikinitisi də nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla avtomobil yolu müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işləri sürətlə davam etdirilir.
“Yol-xeber.az” xəbər verir ki, Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.
Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km (əlavə olaraq 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları) təşkil edəcək.
Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.
Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən ümumi uzunluqları 1240 metrə malik iki tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır.
Burdan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir.
Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, qeyd olunan ərazilərdə tikinti işləri icra olunur.
Layihəyə uyğun olaraq 3-cü km-lik hissədə və Mirzə Uluqbəy küçəsində isə yeraltı piyada keçidlərinin inşası aparılır.
Qeyd edək ki, tikinti işləri ilə bağlı sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.
Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...