![]() |
|
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması istiqamətində işlərə start verilib.
Yol-xeber.az" xəbər verir ki, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən barət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb.
Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir.
Hazırda hər iki yolda yol yatağının genişləndirilməsi, qazma-dolğu və kipləşdirmə işləri aparılır. Bununla yanaşı, yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü boruların tikintisi də icra olunur.
Qeyd edək ki, layihənin Əmirli-Xanağlı-Uğurbəyli hissəsində Qarabağ kanalı üzərində yeni körpünün tikintisi də planlaşdırılır. Yeni körpü yolun təhlükəsizliyini və rahatlığını artıraraq, nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin edəcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır.
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini arasında gediş-gəlişi xeyli yaxşılaşacaq, Bərdə şəhər mərkəzinə hərəkət daha müntəzəm və təhlükəsiz olacaq, bu da ərazi üzrə sosial və iqtisadi inkişafa mühüm töhvə verəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışmağa davam edib.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
YOLUNUZ AÇIQ OLSUN...
Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Yol-xeber.az" xəbər verir ki, Xatırladaq ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.
Qəza baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumun əməkdaşları cəlb olunmuşdu. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdü.
Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanıldı və səhər saatlarında qəza aradan qaldırıldı.
YOLUNUZ AÇIQ OLSUN...
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışmağa davam edib.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
YOLUNUZ AÇIQ OLSUN...
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışmağa davam edib.
Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərdə, o cümlədən respublikanın avtomobil yollarında qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Yol-xeber.az" xəbər verir ki, Qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Gecə boyu və səhər saatlarında Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində ciddi bir problem müşahidə olunmayıb.
Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
YOLUNUZ AÇIQ OLSUN...
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.
Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müdət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Gecə boyu və səhər saatlarında Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb.
Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər.
Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.
Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.
YOLUNUZ AÇIQ OLSUN...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur. Layihə üzrə I mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.
Yol-xeber.az" xəbər verir ki, xəbər verir ki, bu barədə AAYDA-dan bildirilib. İnşa edilən küçələr boyunca yararsız qrunt qazılaraq çıxarılır, əvəzində yararlı material ilə əks-dolğu işləri aparılaraq yei torpaq yatağı inşa edilir. Ardınca hamarlaşdırıcı qatın, əsasın alt və üst qatının tikintisi yerinə yetirilir. Yol əsası hazır olan ərazilərdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Layihə üzrə inşa edilən piyada səkilərinin kənarlarına səki daşlarının düzülməsi, səkilərə tamet daşların döşənməsi, işıq dirəklərinin quraşdırılması işləri də yerinə yetirilir. Bundan başqa küçələr boyu yeni yaşıllıqlar salınır, kol və ağaclar əkilir. Küçələr boyu Füzuli şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün tikinti ərazisənə lazımi sayda qüvvə cəlb edilir. Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Füzuli şəhərinin daxili yollarının tikintisi l mərhələ üzrə 30%-i yerinə yetirilib.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür.
Yol-xeber.az" xəbər verir ki, Onlayn balans artırmaq üçün:
1. www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.
2. "Balans artırma" bölməsini seçin.
3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş edin.
4. "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edin.
5. "Balans artırma" bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.
Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür.
Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
Xatırladaq ki, “Sürətli Keçid Kartı”nı aşağıdakı satış məntəqələrindən əldə etmək mümkündür:
• Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı ASAN xidmət mərkəzləri.
• Sumqayıt şəhəri 2 saylı ASAN xidmət mərkəzi.
• Quba ASAN xidmət mərkəzi.
• Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələri.
“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.
“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.odenisliyol.az rəsmi internet səhisəsindən tanış olmaq mümkündür.
“Sürətli Keçid kartı” nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.
Yaranmış çətinliklərlə bağlı *1009 nömrəli “Qaynar Xətt” ə zəng edərək dəstək xidməti almaq olar. Bundan başqa www.odenisliyol.az rəsmi internet səhisəsi üzərindən və ya info@tollroad.az email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.
YOLUNUZ AÇIQ OLSUN...