![]() |
|
“Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçik həcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb.Metropolitenin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb.
Təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öz növbəsində, müayinə və təhlillər aparıb. Şirkət tərəfindən yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb.
Qeyd edək ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib.
Yol-xeber.az" xəbər verir ki, Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb.
“Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini 6 mərhələdə aparacaq.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.
Bütün proses boyu müasir texnologiyaların ən son yeniliklərindən yararlanmaqla, dayanıqlı və yüksək keyfiyyətli materiallardan istifadə ediləcək.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılır.
Yol-xeber.az" xəbər verir ki, Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır.
I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir.
Yolun texniki göstəriciləri aşağıdakı kimidir:
- Yolun uzunluğu - 81.74 km;
- Yolun texniki dərəcəsi - I;
- Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
- Hərəkət zolağının eni - 3.5 m;
- Torpaq yatağının eni - 21.5-29.5 m;
- Hərəkət hissəsinin eni - 14-21 m;
- Yol çiyinlərinin eni – 1.5-2 m;
- Ayrıcı zolağın eni – 2 m.
Yolun konstruksiyası aşağıdakı kimidir:
- Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı - 23 sm
- Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) - 20 sm
- Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) - 20 sm
- Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) - 16 sm
- Yol geyiminin alt qatı (binder, iridənəli a/b) - 7 sm
- Yol geyiminin üst qatı (xırda dənəli a/b) - 5 sm
Layihə çərçivəsində qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası, asfalt-beton örtüyünün aşınma layına qədər döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.
Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.
Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə (sağ və sol istiqamət) 12 700 metrə yaxındır.
Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
- 1-ci viaduk - 57 km-də, 185 m;
- 2-ci viaduk - 61.6 km-də, 250 m;
- 3-cü viaduk - 62.5 km-də, 295 m;
- 4-cü viaduk - 65.1 km-də, 146 m;
- 5-ci viaduk - 69.67 km-də, 118 m;
- 6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
- 7-ci viaduk - 78.7 km-də, 295 m;
- 8-ci viaduk - 79.3 km-də, 158 m;
- 9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).
İnşa edilmiş tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:
- 1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);
- 2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);
- 3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);
- 4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);
- 5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);
- 6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);
- 7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m).
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində daş divar, geodivar və beton istinad divarı olmaqla ümumi uzunluğu 31 800 metr olan divarlar inşa edilib, 69 200 metr uzunluğunda drenaj xətti çəkilib, 256 000 metr uzunluğunda kanallar qurulub.
Hazırda layihə boyu son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə və beynəlxalq magistral normalarına uyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Ötən 20 il ərzində Azərbaycan dəmir yolları ölkəmizin nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dəmiryol sənayesi böyük inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verib. Məhz 2003-cü ildən bütün sahələri əhatə edən yeni tərəqqi dövrü başlayıb və dəmir yollarının da inkişafı üçün unikal imkanlar yaranıb.
Yol-xeber.az" xəbər verir ki, Dəmir yolları son 20 il ərzində yatırılan iri investisiyalar və məqsədyönlü inkişaf strategiyası sayəsində yeni sima qazanıb, bir çox hədəflərə nail olunub. Son illərdə ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə, transformasiya mərhələsindən keçib, korporativ idarəetmə sisteminin qurulması üzrə işlər görülüb. Nəticədə daha şəffaf, səmərəli və inklüziv idarəçilik strukturu formalaşıb.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, dəmir yollarında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. O cümlədən:
- Qatar parkının yenilənməsi məqsədilə 2014-cü ildə “Alstom” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində ölkəyə 50 ədəd lokomotiv çatdırılıb.
- “Stadler Rail Group”la əməkdaşlıq çərçivəsində 2015–2018-ci illərdə ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün sinfinin ən yaxşılarından olan elektrik qatarları alınıb.
- 2019-cu ildə “Stadler” istehsalı olan “FLIRT” markalı hərəkət vasitələrinin alınması üçün müqavilə bağlanıb. Yeni dizel və elektrik qatarları 2023-cü ilin sonları və 2024-cü il ərzində ölkəyə çatdırılaraq qatar parkına əlavə olunub.
- Lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün işlər görülüb. Bu məqsədlə 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib, 2023-cü ildə 303 yeni platforma alınıb.
- Yükdaşımaların təhlükəsiz təşkili üçün lokomotiv parkını sağlamlaşdırmaq məqsədilə 17 lokomotiv Qazaxıstan və Latviyaya göndərilib, onlardan 12-si ölkəyə çatdırılıb.
Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb. Mərkəzdə dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti həyata keçiriləcək. Yerli qatar parkı ilə yanaşı, mərkəzin xidmətləri regionun eyni növ hərəkət vasitələrindən istifadə edən dəmiryol operatorları üçün də əlçatan olacaq.
Azərbaycan nəqliyyat qovşağına çevrilir
Son 20 ildə Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmiryol xətləri yenilənir, beynəlxalq tərəfdaşlıqlar gücləndirilir.
Azərbaycan dəmir yolları ilə 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb.
Tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və müddəti qısaldaraq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirilmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılmasına təşəbbüs göstərilib.
ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb. Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.
Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində də işlər davam etdirilir. 2023-cü ildə İranın Astara şəhərində yerləşən terminalda 700 min tona yaxın, 2024-cü ildə isə 814 min ton (2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çox) yük aşırılıb. ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb.
Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Şimal-Cənub dəhlizinin bir hissəsi olan Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.
Sərnişindaşımada rekord göstəricilər, yenilənmiş xidmət keyfiyyəti
Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında vətəndaşlarımıza yüksək keyfiyyətli dəmir yolu xidmətləri göstərmək üçün ADY-nin qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçinin “Alstom” istehsalı olan lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarların istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu, həmçinin Bakı–Balakən xətləri boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb:
- 2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb;
- 2015-ci ilin oktyabrından 2017-ci ilin əvvəlinədək Abşeron dairəvi üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub;
- 2017-ci ildə Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin istifadəsinə verilib;
- Həmin il Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub;
- 2018–2020-ci illərdə Sumqayıt Dəmiryol Vağzalı, Sabunçu Dəmiryol Vağzalı, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyaları yenidən qurularaq sakinlərin istifadəsinə verilib;
- 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub;
- 2020-ci ildə Abşeron dairəvi dəmir yolunun Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı baş tutub;
- 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu üzrə sərnişindaşımaya başlanılıb;
- 2023-cü ilin noyabrından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub.
2023-cü ildə ADY tərəfindən rekord həddə – 7 milyondan çox sərnişin daşınıb. Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı–Qəbələ–Bakı marşrutunun açılması və Bakı–Gəncə–Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar, Dəllər yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici 2022-ci ilin göstəricisindən (5,1 milyon nəfər) 38% çox olub.
2024-cü ildə isə rekord yenilənərək 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, Ləki və Ucar kimi yeni dayanacaqların istifadəyə verilməsi və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olub. ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.
2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Gündəlik olaraq hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.
Bundan başqa, ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət qrafiki optimallaşdırılıb, Bakı–Sumqayıt–Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 2022-ci ildə 19,4 min nəfər, 2023-cü ildə 26 min nəfər, 2024-cü ildə isə 37 min nəfər olub.
Ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Ağstafa stansiya və dayanacaqlarında, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktiv edilib.
İnfrastruktur müasir tələblərə uyğun yenilənir
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında ötən 20 il ərzində Azərbaycan dəmir yollarında irimiqyaslı tikinti və yenidənqurma layihələri icra edilib. Görülən işlər nəticəsində yük və sərnişin daşınması üzrə xidmət keyfiyyəti yüksəlib, ölkənin tranzit imkanları genişlənib:
- 2015–2017-ci illərdə magistral dəmir yolu xətlərinin 200 kilometrlik hissəsi əsaslı təmir olunub;
- 2017-ci ildə 8,3 kilometrlik Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi tamamlanıb;
- 2021-ci ildə Qəbələ Dəmiryol Vağzalını Ləki stansiyası ilə birləşdirən 43 kilometrlik birxətli Ləki–Qəbələ dəmir yolu xəttinin açılışı baş tutub;
- Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub;
- 2023-cü ildə Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilməyə başlanıb;
- 2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb;
- 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.
Qarabağ və Şərqi Zəngəzura dəmir yolları ilə “Böyük Qayıdış”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edilmiş torpaqlarda başladılan genişmiqyaslı bərpa və quruculuq işləri dəmir yollarını da əhatə edir. ADY bu ərazilərdə işçi qatarlarını cəlb edərək bərpa layihələrinin icrasında yaxından iştirak etməklə yanaşı, öz infrastrukturunu da bərpa edir.
Bu istiqamətdə:
- 2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
- Hazırda Horadiz–Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 60 faizi yekunlaşıb;
- 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
- Bu xətt üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb;
- Birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb;
- İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir;
- Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb.
Rəqəmsallaşan dəmir yolları
ADY dəyərlər zəncirinin əsas halqalarından biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir. Belə ki, biznes proseslərin hazırlanması, mərkəzi hesabatlılıq sisteminin qurulması, insan kapitalının optimallaşdırılması, müştəri xidmətlərinin rəqəmsallaşdırılması və s. istiqamətlərdə rəqəmsallaşma paralel olaraq şirkətdaxili prosedurlarda, yükdaşıma və sərnişindaşıma sahələrində də həyata keçirilir.
Son illər ADY-də:
- Güclü İKT komandası formalaşdırılıb, təcrübəli xarici Baş rəqəmsallaşma inzibatçısı (Chief Digital Officer) cəlb edilib;
- Nüfuzlu konsaltinq şirkətindən dəvət edilmiş mütəxəssislərlə birlikdə İKT üzrə inkişaf strategiyası hazırlanıb;
- Azərbaycanda və xaricdəki tərəfdaşlarla rəqəmsal elektron imza və kriptoqrafik vasitələrdən istifadə etməklə logistika dəhlizlərinin avtomatlaşdırılması istiqamətində işə başlanılıb;
- 2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq yüklənmə sayı 180 mini ötüb.
ADY son illər beynəlxalq dəhlizlər üzrə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini artırıb, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.
Mühüm nailiyyətlərdən biri beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır.
Kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda kağız biletlərin istifadəsi dayandırılıb. İndi sərnişinlər heç bir fiziki təmas olmadan NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə rahat şəkildə səfərlərini həyata keçirə bilirlər. Həmçinin ölkədaxili sərnişin qatarlarına minik zamanı sərnişinlər “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etməklə səfərə çıxa bilirlər.
Son olaraq ADY-nin rəqəmsallaşma səyləri bu ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.
Ətraf mühit, sosial və korporativ idarəetmə öhdəliyi
2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı üçün milli prioritetlər arasında yer alan dayanıqlı inkişaf gündəliyi dəmir yollarının inkişafına yön verən əsas amillərdən biridir.
ESG tədbirləri çərçivəsində ADY sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edir. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmiryol stansiyalarında velosiped dayanacaqları təşkil edilib. “Yaşıl enerji”ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.
Ötən il ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı təqdim edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlar gələcək inkişaf üçün böyük perspektivlər açır. ADY strateji məqsədlərini əhatə edən 2030-cü il Strategiya sənədinə əsasən, əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində işini qarşıdakı illərdə də davam etdirəcək.
Bakı metropoliteninin inkişafı və genişləndirilməsi istiqamətində son 20 il ərzində mühüm layihələr icra olunub. Bunun bariz göstəricisi metropolitenin yeni inkişaf planının hazırlanması qeyd oluna bilər. Yol-xeber.az" xəbər verir ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi baxımından metronun genişləndirilməsi məqsədilə yeni konseptual inkişaf sxemin hazırlanmasına başlanıldı. 2011-ci ildə təsdiq edilmiş konseptual inkişaf sxeminə uyğun olaraq, Azərbaycanın müstəqilliyi illərinin Bənövşəyi adlandırılmış ilk metro xəttinin iki stansiyası 4 il sonra istifadəyə verildi.
Prezidentin Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq, yeni xəttin qazıntısından texniki təchizatına qədər dünyanın qabaqcıl texnologiyaları tətbiq edilir. Yeni xəttin stansiyaları 7 vaqonlu qatarları qəbul etməyə hesablanıb. Stansiyalarda müasir SCADA, qatarlarda isə gələcəkdə radiodalğalarla idarəetmə prinsipləri əsas götürüldü. Yeraltı stansiyalar sərnişin məmnunluğu baxımından ən həssas təbəqənin belə maraqları nəzərə alınaraq liftlərlə təchiz edildi. Xəttin enerji məsələləri də müasir 35 kVt paylayıcı yarımstansiyaların inşası üzərində qurulmaqla texniki təhlükəsizlik məsələlərində optimal həllər tətbiq olundu. Ümumiyyətlə, metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından Yaşıl və Qırmızı xətlərdə 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub. Enerji təhlükəsizliyi baxımından hər 3 xətti əhatə edən 21 dizel-generator quraşdırılmaqla, enerjinin verilişində fasilələr olduqda, hətta minimal tələblər çərçivəsində qatarların da hərəkətini təmin edən alternativ mənbə yaradılıb.
Son 20 il ərzində Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Metropoliten üçün xətlərin fəaliyyətini təmin edən nəhəng infrastruktur kimi, “Xocəsən” elektrik deposu isə nəinki müstəqillik dövründə, ümumilikdə Bakı metrosunun 58 illik tarixində yetişdirilmiş yerli mütəxəssilərin mühəndis-texniki bilik və bacarığının əyani nümayişidir. Bundan savayı, dərin özüllü 2 stansiyanın ikinci giriş-çıxışları inşa edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakı metropolitenində mövcud infrastrukturun yeni standartlar səviyyəsinə qaldırılması əsas prioritetlər sırasındadır. Ötən illər ərzində 7 stansiya tamamilə, 9 stansiyanın platforma, vestibül və ya keçid sahələri əsaslı təmir olunaraq yenidən qurulub. Bu isə Bakının ağır hidrogeoloji şəraiti də nəzərə alınmaqla, yeni stansiyaların inşası qədər mühüm məsələ hesab olunur. Hazırda “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılır, “Cəfər Cabbarlı” stansiyasında isə yekunlaşmaq üzrədir.
İnşaat və yenidənqurma sahəsində ən mühüm yeniliklərdən biri dəmir-beton blokların tətbiqidir. Azərbaycan brendi kimi ölkədə ilk dəfə məhz Bakı metropolitenində təşkil edilən bu istehsal sahəsinin məhsulları ilə Bənövşəyi xəttin bütün yeni sahələri təmin olunur. “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-B-04” tunel sahələri ilə yanaşı, “8 Noyabr”, “Xətai”, “Elmlər Akademiyası”, “Cəfər Cabbarlı”, “İçərişəhər” stansiya yollarında və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 500 metrlik hissəsində tətbiq edilib.
Metro nəqliyyatı üçün vaqon parkının müasirləşdirilməsi ən vacib məsələlərdən hesab olunur. 2003-2011-ci illərdə alınmış 166 yeni vaqonla metronun o vaxt üçün aktual olan qatar çatışmazlığı məsələsi həll olundusa, 2015-ci ildən innovasiyalar baxımından 4-cü nəsil vaqonların alınmasına başlanıldı. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır.
1967-ci ildən fəaliyyət göstərən “Nərimanov” elektrik deposunda davamlı yenidənqurma işləri həyata keçirilir. Qaldırma təmiri sahəsi, vaqonaltı üfürmə, vaqonyuma sahələri yenidən qurulub, qatarların baxış-qulluq sahələrinin yarısı isə tamamilə yeni əsaslarla modernləşdirilib. Depo yollarında dəmir-beton şpalların və digər yol infrastrukturu yeniliklərinin tətbiqi, həmçinin qatarların hərəkətinin müasir “ox sayğacı” bazasında təmin edilməsi, müasir tipli dispetçer idarəetmə mərkəzinin inşası təhlükəsizlik tələblərini yeni standartlar səviyyəsinə qaldırıb. Təkər cütlərinin qatar altından çıxarılmadan yonulması, elektrik mühərriklərinin təmiri, ən vacibi, vaqonların əsaslı təmiri kimi sahələr fəaliyyətə başlayıb, vaqon təmiri prosesinin avtomatlaşdırılması layihəsi həyata keçirilib. Bütün bunlar texniki-iqtisadi səmərə ilə yanaşı, qatarlara xidmət, qulluq və təmirin optimallaşdırılması, eləcə də sərnişinə xidmət mədəniyyətinin artırılmasına təsir göstərib.
Sərnişinə xidmət baxımından xüsusi əhəmiyyət kəsb edən mühəndis-texniki qurğular kimi eskalatoların 90 faizə yaxını tamamilə yeni nəsil analoqları ilə dəyişdirilib. Çoxfunksiyalı diaqnostika kompleksi isə ən mühüm yeniliklərdən biri kimi metropolitendə təhlükəsizliyin daha da artırılması və infrastrukturun fəaliyyəti baxımından yeni standartları müəyyən edib.
Mühəndis-texniki yanaşmalar sırasında şəhər üçün mühüm ekoloji layihələrdən biri də yeraltı qrunt sularından səmərəli istifadə edilməsidir. 2020-ci ildən Bakı metropolitenində formalaşan bu sulardan paytaxtda texniki su kimi, ən əsası, yaşıllıqların suvarılmasında istifadə edilir.
Bakı metropolitenində sərnişin məmnunluğunun tərkib hissəsi kimi, RFİD karta keçid, daha sonra ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi, 2023-cü ilin sonundan isə rəqəmsal transformasiyanın başlanğıcı olaraq QR biletlərin tətbiqi qeyd edilə bilər.
İnklüzivliyin təmin edilməsi baxımından əlil arabası ilə hərəkət edənlərə, bir sözlə, metrodan istifadə imkanları məhdud olanlara təklif edilən “Əlçatan metro” xidməti ildən-ilə genişlənir. 2019-cu ildən indiyədək ilk dəfə ötən il bu kateqoriyalardan olan 1000-dən artıq –1310 sərnişin daşınıb.
2014-cü ildə yaradılaraq, 5 il sonra müasir tələblər səviyyəsində yenidən qurulmuş binada yerləşən Təlim tədris mərkəzi Bakı metropoliteni üçün kadrların hazırlanması, metropolitenlə tanışlıq üçün ən optimal məkana çevrilib. Burada müasir tipli tədris formatında maşinist hazırlığı kursları da keçirilir. Yenilik çərçivəsində ilk dəfə qadınların maşinist olmasına şərait yaradılır.
Metro əsas nəqliyyat vasitələrindən biri olmaqla yanaşı, həm də stansiyalarında keçirilən sosial xarakterli layihələr, maarifləndirmə kampaniyaları və kütləvi-mədəni tədbirlər məkanına çevrilib. Bu isə metronun tarixi-memarlıq abidəsi kimi məşhurlaşan simasına yeni missiya də əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
Yol-xeber.az" xəbər verir ki, Uzunluğu 42.35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib.
Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu və müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunaraq yeni yataq inşa edilib. Sözügedən işlər yekunlaşdıqdan sonra yeni yol əsasının inşası və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunub.
Yol boyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də aparılıb.
Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində 39.6 metr uzunluğa malik yeni avtomobil körpüsü də inşa olunub.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılmasının və yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub və yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN…
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlar əsassında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3 382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir:
- Respublika əhəmiyyətli - 1076,1 km;
- Yerli əhəmiyyətli - 2306,5 km.
Agentlik tərəfindən indiyədək sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb:
1. Tərtər-Suqovuşan-Talış avtomobil yolu - 28,5 km;
2. “Zəfər Yolu” - 101 km;
3. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu - 22 km;
4. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu - 22 km;
5. Bərdə-Ağdam avtomobil yolu - 44,5 km;
6. Füzuli-Hadrut avtomobil yolu - 12,3 km;
7. Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi - 61,4 km.
Tikintisi davam edən layihələrin 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub:
1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu - 81,7 km, 4 hərəkət zolaqlı;
2. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu - 39,7 km, 4 hərəkət zolaqlı;
3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu - 70,4 km, 4 hərəkət zolaqlı;
4. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu - 81,8 km, 2-4 hərəkət zolaqlı;
5. Kəlbəcər-Laçın avtomobil yolu - 75,6 km, 2-4 hərəkət zolaqlı;
6. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu - 123,6 km, 4-6 hərəkət zolaqlı;
7. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (112 km) - İranla dövlət sərhədi avtomobil yolunun (7,7 km) və Araz çayı üzərində avtomobil körpülərinin tikintisi;
8. Ağdam-Füzuli avtomobil yolu - 65,7km, 4 hərəkət zolaqlı;
9. R-33, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu - 44,8 km, 2 hərəkət zolaqlı;
10. Qubadlı-Eyvazlı avtomobil yolu - 28,5 km, 2 hərəkət zolaqlı;
11. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu - 22,3 km, 2 hərəkət zolaqlı;
12. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolu – 25.2 km;
13. Hadrut-Tuğ-Azıx avtomobil yolu - 19 km, 2 hərəkət zolaqlı;
14. Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları -1274,6 km, 2 hərəkət zolaqlı;
15. Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları – 297 km;
16. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri.
Dövlət Proqramına uyğun olaraq, Agentlik tərəfindən 8 şəhərin - Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın daxili yollarının tikintisi işləri də icra olunur:
1. Şuşa şəhərinin daxili yollarının tikintisi (52 km, I mərhələ 15,8 km);
2. Ağdam şəhərinin daxili yollarının tikintisi (189,7 km, I mərhələ 58,7 km);
3. Qubadlı şəhərinin daxili yollarının tikintisi (74 km, I mərhələ 24 km);
4. Zəngilan şəhərinin daxili yollarının tikintisi (32 km, I mərhələ 15,8 km):
5. Kəlbəcər şəhərinin daxili yollarının tikinti (26,5 km, I mərhələ 18,9 km);
6. Cəbrayıl şəhərinin daxili yollarının tikintisi (44,5 km, I mərhələ-24 km);
7. Füzuli şəhərinin daxili yollarının tikintisi ( 84,7 km, I mərhələ 18,5 km);
8. Laçın şəhərinin daxili yollarının tikintisi və bərpası – ( 80 km, I mərhələ 55.8 km)
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır:
1. Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolu (2,8 km, 2 hərəkət zolaqlı);
2. Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolu (3 km, 2 hərəkət zolaqlı);
3. Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolu(0,3 km, 2 hərəkət zolaqlı);
4. Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolu (0,2 km, 2 hərəkət zolaqlı);
5. Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolu (0,5 km, 2 hərəkət zolaqlı);
6. Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolu (1 km, 2 hərəkət zolaqlı);
7. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-dən ayrılan Umudlu kəndinə gedən avtomobil yolu (10,2 km, 2 hərəkət zolaqlı);
8. M-6(197 km)-Şəfəq stansiyası avtomobil yolu (11,5 km, 2 hərəkət zolaqlı, qırmadaş örtüklü, layihələndirmə işləri həyata keçirilir)
9. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu – 77,6 km;
10. Xankəndi-Şuşa-Laçın avtomobil yolu – 32,6 km;
11. Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam avtomobil yolu – 33,8 km;
12. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu (24 km hissəsi I texniki dərəcəli) – 34 km;
13. Bərdə-Ağdam (40km)-Əsgəran avtomobil yolu – 20,6 km;
14. Tərtər-Ağdərə avtomobil yolu – 24.2 km.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində tikilən tunellərin ümumi uzunluğu 70,8 km (45 tunel), körpülərin ümumi uzunluğu- 9581,6 m (447 körpü), viadukların ümumi uzunluğu 3871 m (16 viaduk) təşkil edir.
İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Vətəndaşların Böyükşor-Pirşağı avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 1.3, 6.5 və 7.7-ci km-lik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub.
Yol-xeber.az" xəbər verir ki, Artıq avtomobil yolunun 6.5-ci km-lik hissəsində uzunluğu 42.2 metr, 7.7-ci km-lik hissəsində isə uzunluğu 47 metr təşkil edən piyada keçidlərinin inşasına start verilib.
Keçidlərin yol səviyyəsindən hündürlüyü 5.5 metr, hərəkət hissəsinin eni isə 2.5 metr təşkil edir.
Layihə üzrə keçidlərdə 23.2 metr uzunluğa malik pandus hissənin yaradılması nəzərdə tutulub. Pandus hissənin ümumi eni 3.8, hərəkət hissəsinin eni 1.65 metr olacaq.
Qeyd edək ki, piyada keçidləri aşırım və panduslar monolit d/beton möhkəmləndirilmiş süni (geocel) əsaslı bünövrələrdən, aşırım, aşırım dayaqları, pilləkənlər və pilləkən dayaqları metal konstruksiyadan ibarət olmaqla layihələndirilib.
Pandus hissələr isə monolit d/beton sütunlardan, eninə və uzununa rigellərdən, hərəkət hissəsini təşkil edən tavadan ibarət olacaq.
Təhlükəsizlik səbəbi ilə hərəkət hissəsinin hər iki tərəfinə metal məhəccərlərin qoyulması nəzərdə tutulub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilib.
Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də tikilib.
Dəmir-beton və metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.
Hazırda keçidin ətrafında abadlaşdırılma işləri aparılır.
Layihə çərçivəsində yolun hər iki tərəfində avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN..
2024-cü il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çin Xalq Respublikasının dəmiryol administrasiyası və digər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də dəmir yolu ilə yükdaşımaların artırılması baxımından bir sıra mühüm nailiyyətlərlə yadda qalıb.
Yol-xeber.az" xəbər verir ki, Ötən ilin əlamətdar hadisələrdən biri Azərbaycandan ilk ixrac blok-qatarının Orta Dəhlizlə Çinə yola salınması olub. 24 noyabr tarixində Bakı–Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorunda əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirib. Belə ki, Orta Dəhliz nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi, eyni zamanda, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırıb. Orta Dəhlizin sürətlə inkişafı həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində yükdaşımaların artırılmasını şərtləndirir.
2024-cü ildə Orta Dəhlizlə yükdaşımalarda növbəti nailiyyətlərdən biri mart ayında Sian limanından birinci konteyner blok-qatarının yola salınması olub. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib.
Ötən il Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU) tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təmin edib. Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil və avtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları, qida və qeyri-qida məhsulları və s. əsas paya sahib olub.
Yükdaşımada əldə edilmiş müsbət göstəricilər ADY ilə Çinin dəmiryol təşkilatları arasında müntəzəm görüş və müzakirələrin nəticəsidir. Ötən ilin mayında ADY rəhbərliyi “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin rəhbər heyəti ilə görüşüb. Müzakirələrin mövzusu iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığa dair ortaq maraq dairəsində olan aktual məsələlər, o cümlədən Orta Dəhlizin inkişafı, yük ötürücülük gücü illik 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti ilə yükdaşımaların bərpasının əhəmiyyəti və digər məsələlər olub. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğu bildirilib.
Bu və digər müzakirələrin məntiqi nəticəsi kimi ötən ilin iyununda Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin genişləndirilmiş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.
2024-cü ilin sentyabr ayında Çin tərəfinin də iştirakı ilə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsinə təşəbbüs göstərilib. Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir yolu, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə etməklə Xəzərin şərq tərəfində Orta Dəhlizin daha bir qolunu formalaşdırır. Assosiasiya Orta Dəhlizin yükdaşımaların şaxələndirilməsinin səmərəli təşkili məqsədilə kollegial orqan qismində çıxış edəcək.
Sentyabrda həmçinin ADY nümayəndə heyəti Çində “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Qlobal Tərəfdaşlarla Görüş – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib. Forum çərçivəsində ADY rəsmiləri Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub.
Müzakirələrin sonunda “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın həmətsisçisi olduğu “Middle Corridor Multimodal LLC” birgə müəssisəsinə qoşulması barədə əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən əməkdaşlığın əsas məqsədi Orta Dəhlizin inkişaf etdirilməsi və Çindən müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirməklə yük həcminin artırılmasıdır.
Genişlənən əməkdaşlıq fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkan verir.
Beləliklə, Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirir, eyni zamanda, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.
Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.
Yol-xeber.az" xəbər verir ki, Ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir. Bunun üçün bir tərəfdən beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə aktiv iş apararaq dəhlizlərin funksionallığının artırılması tələb olunur. Azərbaycan ərazisindən keçən tranzit daşımaların multimodal strukturu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsi beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq və koordinasiyanı zəruri edir.
Qeyd edilən istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verməkdədir. Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu dəmir yolları təşkil edir ki, 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11% üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib.
ADY Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyd edilən tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.
Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olmuşdur. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. İştirak etdiyimiz dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.
Bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında yeni dəmiryol xəttinin çəkilməsi, Naxçıvan MR ərazisində dəmiryol şəbəkəsinin modernləşdirilməsi və Naxçıvan MR ilə Azərbaycanın digər hissəsi arasında dəmiryol əlaqəsinin təmin edilməsindən sonra yekun nəticədə Orta Dəhlizin daha bir qolu formalaşacaq.
2024-cü ildə Orta Dəhliz vasitəsilə konteyner daşımaları artıb
ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb.
2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir.
Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır.
Bakı–Tbilisi–Qars dəmiryol xətti modernləşdirilərək yenidən istifadəyə verildi
Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib.
Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.
Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.
Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqini təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır.
Orta Dəhlizin cənub qanadı hesab olunan Avrasiya Nəqliyyat Marşrutu beynəlxalq marşrutların diversifikasiyasını və əlavə yük axınlarının cəlb edilməsini təmin edərək Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan üçün yeni ticarət imkanları yaradır. Avstriya Dəmir Yollarının bu marşrutun inkişafına maraq göstərməsi Qərb-Şərq istiqamətində yüklərin daşınması potensialının reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində işlər davam etdirilir
Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.
Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.
Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
ADY Şimal-Cənub dəhlizinin inkişafı üçün də intensiv işlər görür. Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.
ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb.
Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 10-15% artırmağa imkan verib.
Terminalın potensialının Astara–Rəşt dəmiryol xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır.
Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.
Tranzit yükdaşımaların səmərəliliyinin artırılması istiqamətində islahatlar aparılır
ADY 2024-cü ildə beynəlxalq dəhlizlər üzrə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini davam etdirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.
Bununla yanaşı, dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının getdikcə daha çox ön plana çıxması fonunda ADY bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandakı mövcud təcrübələrə əsaslanaraq konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə start verib. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu prioritetləşdirilib.
Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən ADY-nin törəmə şirkətləri “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil edilib. Nəticədə “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürərək müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim etməyə başlayıb.
Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə xidmət edən uzunmüddətli strategiya həyata keçirilir
Ümumiyyətlə, bütün qeyd edilən işlər 2024-cü ildə ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və ADY-nin qarşısında qoyulmuş hədəflərə nail olmağa xidmət edir. Əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.
Bu məqsədlə ADY öz fəaliyyətində əsas strateji yüklərin daşınmasına prioritet verilməsi, müştərilərlə işin səmərəli təşkili, dinamik tariflərin və effektiv endirim mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və optimizasiya, təchizat zənciri boyu fəaliyyətin genişləndirilməsi, yeni xidmətlərin göstərilməsi və yeni bazarlara çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq platformalarının – assosiasiya, konsorsium və birgə müəssisələrin qurulması istiqamətlərində strateji təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.