Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qış fəsli ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.

Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. 

Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər

Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.

YOLUNUZ AÇIQ OLSUN...

 

 


Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Dəmirçi və digər gəndlərə gedən avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.

Yol-xeber.az" xəbər verir ki, Yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.

YOLUNUZ AÇIQ OLSUN...



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir. 

Yol-xeber.az" xəbər verir ki, Aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənibsuyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur. 

İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. 

Yol-xeber.az" xəbər verir ki, Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

Uzunluğu 65.7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. 

I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yol yatağınınyol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanıb, asfalt-beton örtüyünün alt qatı döşənib. 

Yolun layihə üzrə nəzərdə tutulan və 0.2, 5.6, 12 və 39-cu kilometrlik hissələrdə yerləşən 4 körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb. 

Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir

Ümumilikdə layihə üzrə tikinti işləri 82% icra olunub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək

BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Yol-xeber.az" xəbər verir ki, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33.6 km təşkil edir. 

Sözügedən yolun ilk 11.7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21.9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26.5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3.75 metrdir.

Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. 

Bundan başqa yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların eləcə də keçidlərin tikintisi işləri görülür. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 və 14-cü km-lik hissələrində inşa edilir. 

Layihə boyu ümumi fiziki tərəqqi 55% təşkil edir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. 

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...



Azərbaycan Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam etdirilir.

Yol-xeber.az" xəbər verir ki, Uzunluğu 80 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi üsulundan istifadə olunur.

Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Layihə üzrə körpülərin və lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub.

Layihənin icrası “İnşaat Norma və Qaydaları”na uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...



Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq paytaxt Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunub.

Yol-xeber.az" xəbər verir ki, Bu çərçivədə 27 ünvanda (küçə,prospekt və yol) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb:

1.    8 Noyabr prospekti 
2.    Mətbuat prospekti
3.    Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
4.    Nərimanov rayonu, Atatürk prospekti
5.    Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək) 
6.    Həsənbəy Zərdabi küçəsi
7.    Əhməd Rəcəbli küçəsi (C. Xəndan küç.-Z.Bünyadov pr.-Ak.Həsən Əliyev küç.-Təbriz küç.)
8.    Mikayıl Müşfiq küçəsi (Mətbuat pr.-İ.Qutqaşınlı küç., "Qurd" qapısı-Bakı Şəhər DYP İdarəsinədək)
9.    Nizami küçəsi (R.Behbudov küç.-K.Səfərəliyeva küç., Azərbaycan pr.-S.Rüstəmov küç.)
10.    Səbail rayonu, Teymur Elçin küçəsi 
11.    Səbail rayonu, Mehdi Hüseyn küçəsi 
12.    Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
13.    Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
14.    Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
15.    28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
16.    Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
17.    Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
18.    Kövkəb Səfərəliyeva küçəsi
19.    A.S.Puşkin küçəsi
20.    Nəsimi rayonu Droqal döngəsi 
21.    Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
22.    Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolu (Yanardağa gedən yol)
23.    Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
24.    Zığ şosesi (Beton yol)
25.    Nazim Hikmət küçəsindən Xarici dairəvi avtomobil yoluna çıxışda genişləndirmə işləri
26.    Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış 
27.    Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək).

Təmiri aparılmış küçə və prospektlərin ümumi sahəsi 1 148 000 m2 təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN...



Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.

Yol-xeber.az" xəbər verir ki, Bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb. 

Genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.   

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunub.

YOLUNUZ AÇIQ OLSUN...



Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi icra olunan Böyükşor-Pirşağı yeni avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilib. 

Yol-xeber.az" xəbər verir ki, Torpaq yatağının eni 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən yolboyu  3 yol qovşağı4 körpü və 1 yerdə alt keçidin inşası aparılıb.

Yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri icra olunub.    

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. 

Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.   



24 noyabr tarixində Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini  daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi  ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin  rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına  çatdırılacaq.  Layihə çərçivəsində ilkin olaraq  bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".

Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".

Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin  artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət - özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə  birgə çalışmalarının göstəricisidir.

Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY,  Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırıldılır.

Xəbər lenti