Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...

Qiyabi pedaqoji təhsil sistemi, xüsusilə regionlarda ucuz və sürətli diplom alma vasitəsinə çevrilib

Özbəkistanda gələcək müəllimlər üçün qiyabi kurslar ləğv ediləcək, müəllimlər yalnız gündüz və axşam təhsil formaları üzrə hazırlanacaq. Bu islahat təhsilin səviyyəsini artırmaq, savadlı müəllimlərin hazırlanmasını təmin etmək üçün zərurət olub.

Məlumdur ki, Azərbaycanda da orta məktəb təhsilinin keyfiyyətini artırmağa ehtiyac var. Bunu xeyli sayda ali təhsilli müəllimin sertifikasiya imtahanlarında yetərli bal toplamaması da sübut edir.

Mütəxəssislər nə düşünür, bizim ölkəmizdə də qiyabi pedaqoji təhsil ləğv olunmalıdırmı? Bu, müəllimlərin savadına, təhsilin keyfiyyətinə müsbət təsir göstərərmi?

Təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycanda müəllim hazırlığı sistemində illərlə mövcud olan qiyabi təhsil forması bu gün təhsilin keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən birinə çevrilib. “Yeni Müsavat”a açıqlamasında ekspert bildirdi ki, bunun əlamətləri yalnız məktəbdəki nəticələrdə deyil, həm də sertifikasiya imtahanlarının nəticələrində özünü açıq göstərir: “Hesabata əsasən, 2023-cü ildə sertifikasiyadan keçən müəllimlərin təxminən 47%-i minimum keçid balını toplaya bilməyib. Ən çox uğursuzluq göstərən müəllimlərin arasında qiyabi təhsil almış şəxslərin üstünlük təşkil etməsi bu təhsil formasının keyfiyyət baxımından nə qədər ciddi problemlər doğurduğunu bir daha sübut edir. "Təhsil haqqında" Qanunun 13-cü maddəsində təhsil formaları sırasında qiyabi forma da tanınır və ali təhsil müəssisələrinə bu formada qəbul mümkündür. Lakin qanunda bu formanın xüsusilə pedaqoji sahədə hansı şərtlərlə tətbiq olunacağına dair konkret normativ çərçivə yer almır. Müəllim peşəsi digər sahələrdən fərqli olaraq, yalnız nəzəri bilik deyil, həm də praktik və pedaqoji bacarıq tələb edir. Tədrisə hazır olmaq üçün auditoriyada keçirilən dərslər, məktəblərdə praktika, laborator məşğələlər, psixoloji hazırlıq və metodoloji tədqiqatlar olduqca vacibdir. Qiyabi təhsil formasında bu komponentlərin ya sayı çox məhduddur, ya da formal şəkildə həyata keçirilir. Qiyabi pedaqoji təhsil sistemi, xüsusilə regionlarda ucuz və sürətli diplom alma vasitəsinə çevrilib. Bir çox halda bu təhsil forması əmək bazarında müəllim kimi işləmək niyyəti olmayan şəxslər üçün sadəcə sosial status, maaş əlavəsi və ya gələcəkdə başqa sahədə işləmək üçün formallıq kimi qiymətləndirilir. Bu isə dövlətin ayırdığı resursların israf olunmasına, təhsil sisteminə isə savadsız və səriştəsiz kadr axınına səbəb olur".

Dünya təcrübəsinə diqqət çəkən ekspertin sözlərinə görə, müəllim hazırlığına strateji məsələ kimi yanaşılır: “Finlandiyada müəllim peşəsi yüksək rəqabətli və yalnız magistr təhsili əsasında əldə olunur. Hər bir müəllim namizədi ilkin mərhələdə psixoloji testlərdən, pedaqoji səriştə ölçmələrindən və real sinif praktikasından keçməlidir.

Niderlandda müəllim hazırlığı yalnız əyani və tam zamanlı formada, ciddi akademik və praktik nəzarət altında aparılır.

Estoniyada müəllim təhsili universitet və məktəb arasında sıx əməkdaşlıqla, əsasən “şagird-müəllim modelində” həyata keçirilir. Bu ölkələrdə qiyabi və ya distant model yalnız müəllimlərin peşəkar inkişafı üçün, yəni artıq işləyən müəllimlərin bacarıqlarının artırılması məqsədilə tətbiq olunur. İlkin müəllim hazırlığında bu formaya yer verilmir. Özbəkistanın atdığı addım bu baxımdan diqqətçəkicidir".

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Kamran Əsədov hesab edir ki, Azərbaycanda sözügedən modelə keçid üçün əsaslar yetərincədir: ""Təhsil haqqında" Qanuna əlavə və dəyişikliklərlə pedaqoji sahədə qiyabi təhsilin mərhələli şəkildə ləğvi qanuniləşdirilə bilər. Bu ləğv qərarı yalnız qadağa kimi yox, eyni zamanda əvəzedici mexanizmlərlə müşayiət olunmalıdır. Qiyabi pedaqoji təhsilin ləğvi müəllim peşəsinin cəmiyyətdəki nüfuzunu artıracaq. Bu, gələcəkdə ali məktəblərə pedaqoji ixtisaslara qəbul olan tələbələrin daha motivasiyalı və məqsədli kontingentdən seçilməsinə səbəb olacaq. Təhsil müəssisələri də daha məsuliyyətli davranacaq, keyfiyyətli dərs keçmək, tələbəyə real bilik vermək məcburiyyətində qalacaq. Tədris prosesinə nəzarət gücləndiriləcək, müəllim hazırlığına sərf olunan vəsait daha səmərəli istifadəyə yönələcək. Əgər bu islahat aparılmazsa, yaxın illərdə məktəblərdə savadsız və qeyri-səriştəli müəllimlərin sayı artacaq, bu da ümumi təhsil keyfiyyətinin daha da aşağı düşməsinə səbəb olacaq. Əldə olunan diplomlar formal olacaq, amma siniflərdə real bilik vermək qabiliyyəti olmayan müəllimlər fəaliyyət göstərəcək. Bu isə təkcə təhsil sisteminə yox, bütövlükdə cəmiyyətin intellektual potensialına ciddi zərbədir. Nəticə olaraq, Azərbaycan da qiyabi pedaqoji təhsilin ləğvi istiqamətində addım atmalı, ali pedaqoji təhsilin forma və məzmun baxımından yenilənməsi ilə bağlı hüquqi və institusional islahatlara başlamalıdır".

02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"

Xəbər lenti