Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO

Son vaxtlarda rəqsi viral olan azyaşlı azərbaycanlı qızın videosu xarici ölkələrdə də paylaşılıb.

 Qərbi Afrika ölkəsi Qanada feysbuk səhifələrindən birində paylaşılan video 2 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayıb.

Sosial şəbəkələrin Qana seqmentində izləyicilərin böyük əksəriyyəti videoya "möhtəşəm", "çox istedadlı qızdır", "çox gözəl rəqs edir", "rəqsdə yaxşı gələcəyi var" və s. şərhlər yazıblar.

Qeyd edək ki, Nuray adlı azyaşlı qızın rəqs etdiyi kadrlar Azərbaycanda birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri arasında qızcığazın rəqsini gözəl hesab edənlərlə yanaşı, yaşına uyğun olmadığını və kişilər kimi rəqs etdiyini yazanlar da olub.

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA 

Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq 11,5-dən 9,7-yə düşüb.

Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ölkə əhalisi əsrin sonuna qədər azalacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdaliyeva də təsdiqləyib ki, son illər bir çox ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı aşağı düşür:

Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə, demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər:

“Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması, habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii artımın qarşısını alan başlıca faktorlardandır”.

Ölkəmizdə ən yüksək doğum göstəricisi

Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb:

“Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə isə 122 846 nəfər körpə doğulub”.

Dünyada proses necə gedir?

ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ölkələrin dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının üzvləri “The Lancet”də dərc olunmuş müstəqil şərhlərində doğulan uşaq sayının azalmasının müsbət və mənfi cəhətlərini araşdırıblar. Mütəxəssislər deyirlər ki, doğulan uşaq sayının azalması əhalinin artması, ətraf mühit, ərzaq təhlükəsizliyi, sağlamlıq, iqlim dəyişikliyi və biomüxtəliflik baxımından fayda gətirə bilər, lakin səhiyyə, pensiya, sosial təminat, işçi qüvvəsi və geosiyasətə mənfi təsir göstərəcNə üçün insanlar uşaq dünyaya gətirməkdən çəkinirlər?ək.

Dünyanı silkələyən bu vəziyyətin səbəblərinə gəldikdə isə iqtisadi vəziyyət, xəstəliklər, uşaq yetişdirmənin tələb etdiyi xərclər, doğuş planlamasının əlçatan olması və qadınların maariflənməsi göstərilir.

Bu vəziyyətdən narahat olmayan, əhalinin sayının azalmasını ətraf mühit üçün müsbət hal kimi qiymətləndirənlər də az deyil. Çünki düşünürlər ki, dünya əhalisi azaldıqda, əhali karbon emissiyalarını azaldacaq və meşə sahələri daha az məhv olacaq. Lakin təbii olaraq, əhalinin strukturunun dəyişməsi və yaşlıların sayının artmasının mənfi təsirləri daha çoxdur. Tədqiqatlar əhalinin strukturu ilə bağlı təəccüblü proqnozları ortaya qoyur.

401 milyon uşaq, 866 milyon yaşlı

Beş yaşa qədər dünya əhalisi 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401 milyona, 80 yaşdan yuxarı dünya əhalisi 2017-ci ildəki 141 milyondan 2100-cü ildə 866 milyona yüksələcək. Tədqiqatçılar 2100-cü ilə qədər ölkələrin 97 faizində ümumi doğuş nisbətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Məsələn, 2021-ci ildə bir qadına düşən doğuş nisbəti 2,23 olduğu halda, 2050-ci ildə bu rəqəmin 1,68-ə, 2100-cü ildə isə 1,57-yə düşəcəyi deyilir.

“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər”

Azərbaycandakı əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir.

Psixoloq Nizami Orucov da təsdiqləyib ki, son vaxtlar ailə dəyərlərini yeniləri əvəzləyir:

“İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır”.

Psixoloq bildirib ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi olmamasının da kökündə hedonist düşüncə dayanır:

“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud da “evlənsəm bədbəxt olaram” qorxusu onları bu qərardan uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd keçirməyimizə səbəb olur”.

Yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər?

Mütəxəssislər 21-ci əsrdə dünyanın sarsıdıcı sosial dəyişikliklərlə rastlaşacağını vurğulayıblar. Maraqlıdır, yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər? Professorlar aşağıdakı suallar qarşısında narahatdırlar: Yaşlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək? Yaşlılara qayğı və sağlamlıq xidmətləri necə maliyyələşdiriləcək? Onların baxımını kim həyata keçirəcək? Bu baş versə, insanlar təqaüd ala biləcəklərmi? Bu sualların dəqiq cavabını zaman verəcək.

"Üç növ xəstəlikdən ölümə görə Azərbaycan dünyada liderdir. Onlardan biri ürək-damar xəstəliyi, ikincisi xərçəng, üçünçüsü isə şəkərdir. Onların hər üçünün kökündə çox ciddi sosial iqtisadi faktor dayanır".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən sosial problemlərin həlli zəruridir:

"Çünkü sosial problemlər insanların psixoloji durumuna birbaşa təsiredir, vəziyyətini dəyişir, nəticədə ürək-damar xəstəlikləri çoxalır. Bu gündən sonra Azərbaycan xalqının uzunömürlülər siyahısında qalmaqada davam edəcəyi sual altındadır. İndi uzunömürlülər yaşlı nəslin nümayəndələridir, onların orqanizmləri Bakı şəhərində fəaliyyət göstərən iri marketlər şəbəkəsində satılan ərzaq məhsullarının konservatları ilə zəhərlənməyib. Həmin insanlar təbii qidalarla böyüyüb və yaşlaşlblar. Bu gün isə Azərbaycanda yaşı 100 yaxın insanları tapmaq demək olar ki, mümkün deyil".

Asif Bayramov hesab edir ki, bu gün satılan ərzaqlarla qidalanma davam etsə, ərzaq təhlükəsizliyi təmin olunmasa, Bakı şəhərində yaşıllığın sayı artmasa bu mühitdə insanarın uzun ömür sürməsi imkansızdır:

"İnsanlar daha tez qocalacaq və xəstələnəcək".

Səfəvilərdən bu günə kimi: Çayxanaların maraqlı tarixi - VİDEO

Azərbaycanda qədimdən indiyədək kişilərin yığıncaq yeri sayılan çayxananın tarixi Səfəvilər dövrünə qədər gedib çıxır.

Səfəvilər dövlətində mövcud olan qəhvəxanaları müasir çayxanaların sələfi saymaq olar. İlk qəhvəxanalar şəhərlərarası yolların kəsişməsində, daha sonralar şəhər daxilində yaranıb. Karvan yollarının kənarında su quyuları, namazgahlar və dincəlmək üçün kiçik yerlər təşkil olunurdu. Qəhvəxana da eyni məqsədə xidmət edirdi.

Şəhərdaxili ilk qəhvəxanalar məscidlərin yaxınlığındakı qiraətxanalar sayılırdı. Müsəlmanlar məhz burada oturaraq namaz vaxtını gözləyirdilər. Zaman keçdikcə onların sayı artaraq məhəllələrdə yaranır, daha sonralar isə iri şəhərlərdə həmyerlilərin görüşdüyü qəhvəxanalar meydana gəlir. Bura müsəlman kişilərin məsciddən kənar toplaşdığı məkan idi. Bazar əsrlər boyu insanların görüş yeri sayılsa da, orada oturub saatlarla söhbətləşmək olmurdu.

Qəhvəxananın çayxanaya çevrilməsi beynəlxalq aləmdə və ölkə daxilində gedən siyasi-iqtisadi proseslərlə bağlı idi. Böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik siyasətinin XIX əsrdə güclənməsi, ingilislərin çay və qənd ticarəti insanların qidalanma zövqünü dəyişdirdi. Yaşıl çaya nisbətən ucuz satılan qara çay qəhvəni əvəz etdi. Çaya tələbat artdıqca əhali arasında “qəhvəxana” ifadəsi ilə yanaşı, “çayxana” sözü də işlənməyə başladı.
Zaman keçdikcə çayxanalar siyasi mahiyyət kəsb etdi. Səyyahlara görə, Səfəvilər dövründə ölkəyə gələn xarici qonaqlar, diplomatlar da çayxanaya dəvət olunurdular. Xalq üsyanlarının təşkilatlanmasında mühüm rol oynayan çayxanalar siyasi mərkəz kimi qiymətləndirilirdi. Bu kimi halların qarşısını almaqdan ötrü ayrı-ayrı dövlətlərdə xəfiyyə orqanları işə salınırdı. Bəzən çayxana sahibləri özləri, bəzən isə müştərilər arasına göndərilən şəxslər burada xəfiyyə xidmətini yerinə yetirirdilər.

Ətraflı Baku TV-nin süjetində:

Bu məqalə 1984-cü ildə Moskva qəzetlərində dərc olunmuşdu...

Rusiyalı qadın Moskva Onkologiya xəstəxanasında 2 dəfə 3-cü dərəcəli uşaqlıq xərçəngi diaqnozu ilə əməliyyat olunduqdan sonra həkimlər onda irəliləyiş görmədiyinə görə evə yazırlar. Qadın ömrünə 1 ay qaldığını da öyrənir.

Evdə, yataqda ümidsiz yatan xəstə əlinə keçən köhnə qəzetdə bütün orqanizmi gücləndirən bir resept oxuyur. "Heç olmazsa, bir az özümə gəlim, ağrılarım azalsın" deyə onu hazırlayır. Bu reseptlə qadın həyatını xilas edir.

Medicina.az 1975-ci ildə dərc olunmuş və bir qadını xərçəngin əlindən almış həmin resepti təqdim edir.

Lətli aloe yarpaqlarından 4-5 ədəd qırıb yuyur, üstdəki tikanlarını təmizləyir, tənzifdə suyunu süzüb, ət çəkəndən keçirirsiz.2 litr aloe şirəsi alınmalıdır. Bura 2 kq təmiz bal və 2 butul kaqor ( qırmızı şərab, çaxır) əlavə olunur. Hamısını emallı qabda qarışdırıb, 3 litrlik balonlara süzüb, qaranlıq yerdə 10 gün saxlayırsız. 10 gün sonra balondakını süzür, alınan məhluldan gündə 1 xörək qaşığı yeməkdən əvvəl içirsiz. İlk günlər çay qaşığı ilə başlaya bilərsiz.

Butullar soyuducuda saxlanılır. İşıq keçirməsin deyə qara parçaya bükülür.

Bu qarışımı 2 ay qəbul edən qadın ölmədiyini görüb, Onkoloji xəstəxanaya müayinə üçün gedir. 3-cü dərəcəli uşaqlıq xərçəngi diaqnozundan əsər-əlamət qalmamışdı. Qadının çəkisi də 15 kq artmışdı.

Bu barədə qəzetlərdə sonradan yenidən materiallar dərc olunanda qadının 78 yaşı var idi, sağ və sağlam idi.

Bu resept eyni dozada vərəm, ağciyər xəstəlikləri, mədə xorası, psixi xəstəliklər, əsəb, iflic, baş ağrısı, qaraciyər xəstəliklərində də tətbiq oluna bilər.

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb.

Görüntüləri təqdim edirik:

Qanla qidalanan ölümcül bakteriyalarla bağlı yeni bir araşdırma aparılıb.

Medicina.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma bəzi ölümcül bakteriyaların insan qanı ilə qidalandığını sübut edib.

ABŞ-ın Vaşinqton Dövlət Universitetinin alimləri qan dövranı infeksiyalarının əmələ gəlməsini araşdırarkən müəyyən ediblər ki, bəzi ölümcül bakteriyalar insan qanındakı kimyəvi maddələrdən birinə fokuslanaraq onunla qidalanır.

Tədqiqat rəhbəri Siena Qlenn “salmonella”, “escherichia coli” və “citrobacter koseri” adlı üç ölümcül qida bakteriyasının insan qanını hədəf aldığına diqqət çəkib. O, bu təkhüceyrəli mikroorqanizmlərin "vampir kimi" insan qanına meylli olduğunu söyləyib.

Bakteriyaların xüsusilə bağırsaq xəstəlikləri olan insanlarda həzm sistemindəki kəsiklər vasitəsilə qan dövranına daxil ola bildikləri qeyd olunub. Qlennin sözlərinə görə, onlar insan qanındakı maddəni bir dəqiqə kimi qısa müddətdə təsbit edə bilirlər.

Qlenn bakteriyaların qan mənbələrinə necə çatdığını tamamilə öyrəndikdən sonra uyğun dərmanların hazırlana biləcəyini və bu dərmanlar sayəsində xüsusilə qan dövranı infeksiyası riski olan insanları sağaltmağın mümkün olacağını vurğulayıb.

Qeyd edək ki, tədqiqatın nəticələri “eLife” elmi jurnalında dərc olunub.

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda “Doktor” ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi”.

"Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib.

Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkən onun necə qorxmaz, igid olduğunu deyiblər.

“O, Rusiyada hərbi xidmətdə idi. Vətənin dar gününə dözməyib, orada xidmətini yarım buraxıb gəlmişdi Azərbaycana. Çox igid adam idi. Sözün əsl mənasında Milli Qəhrəman adına layiq adam idi”, - deyə onlar qeyd edib.

"Dilimizin inkişafında sözlərin məna daralması və genişlənməsi, adların metaforlaşması təbii prosesdir. Buna süni şəkildə müdaxilə etmək dilimizi təhlükə qarşısında qoyur".

Bunu filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk deyib. O, gənclərin bir sıra sözlərə fərqli məna yükləməsindən narahatlığını ifadə edib:

"Təəssüf ki, son illər xüsusən dili yaxşı bilməyən ərköyün və çılğın gənclərin nitqlərində belə təhlükəli "məna daralmaları" və "məna genişlənmələri" adi hala çevrilib.

Özünə və ana dilimizə sayğısı olan təcrübəli dil daşıyıcılarının belə "daralma" və "genişlənmə"dən istifadə etməsi mümkün deyil. Müşahidələrim bu fikirdə olmağıma əsas verir.

Bəs bu dili korlayan, sözlərimizə süni şəkildə müsbət və ya mənfi mənalar yükləyən kimlərdir?
Niyə "dəhşətli", "qorxunc" mənalarında işlətdiyimiz "müdhiş" sözünü "möhtəşəm" mənasında işlətməliyik? Siz buna təbii proses deyirsiniz?

Soruşuram, "peysər" ("boyunun arxası"), "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? Bu xalqın müəllimi, həkimi, yazıçısı, şairi, ziyalısımı?

Niyə "xiyar", "badımcan" deyərkən ağla mənfi mənalar gəlməlidir? Niyə "girmək" feilinin yerini tədricən "daxil olmaq" ifadəsi tutmalıdır?

Yüzlərlə belə misal gətirə bilərəm.

Bu şəkildə məna daralması və genişlənməsi ana dilimizi gözdən salmağa, dilimizi öz kökündən qoparmağa xidmət etmirmi? Şifahi ədəbi dilimizi küçə leksikonunda danışanlar elə sıxışdırıb ki, ünsiyyət zamanı hər dəfə "türkün məsəli" ifadəsini eşidirik?

Budurmu məna daralması, məna genişlənməsi? Bizim ana dilimizə belə "təbii proses" lazım deyil.

Lütfən, gözəl və ismətli dilimizi eybəcərləşdirən, urvatdan salan təhlükəli "daralmalar"a, "genişlənmələr"ə qarşı amansız olun, dəyərli soydaşlar!", - deyə o əlavə edib.

ehali-et-yemeyi-azaldib

Bu ilin ilk aylarında Azərbaycanda yumurta istehsalı artıb, ət istehsalı isə azalıb.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2024-cü ilin ilk aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib.

2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.

Xəbər lenti