Sumqayıt körpüsü tam söküldü - Video

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi davam etdirilir.

AAYDA xəbər verir ki, ilkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilib.

Belə ki, körpünün Samur-Abşeron su kanalı tərəfində olan hissəsi tam olaraq sökülüb, dəmir yolu üzərində keçən hissə üzrə körpünün üst qatı götürülüb, hazırda dayaqların söküntüsü işləri həyata keçirilir.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

Yol-xeber.az" xəbər verir ki, Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. 

Artıq 1-ci mərhələ üzrə 4 yerdə 6 tərəzinin quraşdırılması işləri tamamlanıb, 7 yerdə 11 tərəzinin qısa müddət ərzində istismara verilməsi planlaşdırılır: 

  1. M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib. 
  2. M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
  3. M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
  4. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
  5. M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
  6. M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
  7. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir. 
  8. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
  9. M-5 Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 44,9-cu kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
  10. M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 91,6-cı kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
  11. Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunun 21,4-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin tam olaraq 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. Artıq 2-ci mərhələ üzrə işlərin başlanılması üzrə hazırlıq işləri aparılır və 1 ərazidə elektron tərəzi məntəqəsinin quraşdırılmasına start verilib: 

  1. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 451,2-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması üçün ərazidə təmir işlərinə başlanılıb. 

Qeyd edək ki, məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzi (Monitorinq mərkəzi) qurulub

Bundan başqa iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta istismara verilmiş elektron tərəzilərin vasitəsi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanıb.

YOLUNUZ AÇIQ OLSUN...

 

 



Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

Yol-xeber.az" xəbər verir ki, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. 

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.

Artıq layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Hazırda ərazinin profilə salınması, yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri son mərhələdə olmaqla aparılır.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. 

Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcəkyük və sərnişin daşımasını asanlaşdıracaq.

YOLUNUZ AÇIQ OLSUN...  

 

 



M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir. 

Yol-xeber.az" xəbər verir ki, Layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157.3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30.2 metr177.5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46.2 metr təşkil edir. 

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14.5 metrdir. 

Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır. 

YOLUNUZ AÇIQ OLSUN…



Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağının inşası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər davam etdirilir.

Yol-xeber.az" xəbər verir ki, Yeni yol qovşağı layihənin 1.8-ci km-lik hissəsində inşa edilir. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir. 

Hazırda ərazidə yeni yol yatağının inşasıdrenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.

Yeni yol qovşağının tikintisi BilgəhKürdəxanıPirşağıNovxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etmiş olacaq. 

Xatırladaq ki, sözügedən ərazidə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsiavtomobillərin keçmə növbəliliyinin tənzimlənməsiyol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatana qədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb.

Bununla əlaqədar olaraq, sürücülərə hərəkətdə olarkən diqqətli olmalarıyol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur.

YOLUNUZ AÇIQ OLSUN...

 

 



Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Yol-xeber.az" xəbər verir ki, Bu çərçivədə, R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.

İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.

YOLUNUZ AÇIQ OLSUN...

ADY 2024-cü ildə prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir.

Yol-xeber.az" xəbər verir ki, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib.

“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

Daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün ADY tərəfindən 2024-cü ildə infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi işləri davam etdirilib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Bundan başqa, ADY tərəfindən istehsal proseslərinin təhlili aparılıb və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə – “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaradılıb. Bu sistemlər daşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılması kimi mühüm prosesləri həyata keçirir.

ADY 2024-cü ilin noyabrında müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşların Azərbaycan Dəmir Yollarının xidmətlərindən daha rahat yararlanmasını təmin edir. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edirlər.

Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklər həyata keçirilib. Ötən il istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara yüklənmə sayı 166 mini ötüb. Sərnişinlərin təqribən 70 faizi biletlərini onlayn alır.

Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.

2024-cü ildə sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib. Hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli “W-Fi” internet bağlantısı mövcuddur. Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirəcək qatarlarda da aktiv ediləcək.

ADY-nin rəqəmsallaşma səyləri bu ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.

Kredit məbləği kompleks rəqəmsallaşma tədbirlərinə, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, investisiyaların planlaşdırılması, həmçinin daşınma qiymətləri və vergi hesablamalarına çıxış sisteminin yaradılmasının təmin edilməsinə yönəldiləcək. Eyni zamanda, layihə ADY-nin büdcə və müqavilələrin idarə edilməsi kimi korporativ fəaliyyətlərinin rəqəmsal təkmilləşdirmələrini maliyyələşdirəcək.

Bu il həmçinin ADY-də yeni müasir İT ofisi fəaliyyətə başlayıb. Yeni ofis Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır. Ofisin əsas funksiyası texnoloji dəyişikliklərə adaptasiyanı sürətləndirmək, müasir “Agile” metodologiyalarından istifadə etməklə komandalar arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və rahat iş şəraiti yaratmaqdır. Ofis yaradıcı iş sahələri, komfortlu iclas otaqları və qeyri-rəsmi ünsiyyət üçün məkanlar təqdim edir ki, bu da innovativ düşüncə və fikir mübadiləsini stimullaşdırır. Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən brendini möhkəmləndirməyə kömək edir və şirkəti istedadlı kadrlar üçün daha cəlbedici edir.

ADY tərəfindən rəqəmsallaşma sahəsinə qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.

 


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı şəkildə təmiri yekunlaşıb.

Yol-xeber.az" xəbər verir ki, Uzunluğu 27 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilib.

Layihə üzrə torpaq işləri, yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsiyeni yol yatağının inşasıyeni asfalt-beton örtüyününün döşənməsi və yolun Qırmızı Qəsəbədən keçən hissəsində zəruri yerlərdə yeni səki daşlarının düzülməsi işləri aparılıb.  

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub

“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarınınyol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

İyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri yolboyu rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 

YOLUNUZ AÇIQ OLSUN...



Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edilib. 
 
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasənAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən qısa müddət ərzində tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.  
 
Qeyd edək ki, yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpüb qəzalı vəziyyətə düşmüş, dayaqları zədələnmişdir. 
 
İstifadəyə verilən yeni körpü 6 min nəfərə yaxın əhalinin rahat  gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.
 
YOLUNUZ AÇIQ OLSUN...


Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlik tərəfindən bu çərçivədə daha bir layihənin icrası yekunlaşıb.

Belə ki, M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır. 

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb. 

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti