![]() |
|
Meyxanaçı Ağamirzə Məmmədovun qızı Amerikada ailə qurub.
Meyxanaçı bu barədə "Qonaqcanlı" verilişində deyib. O, övladının bu ilin iyununda Amerikada ailə qurduğunu söyləyib. İfaçı qızının özəl günündə iştirak edə bilməyib:
"Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib".
Həmçinin, Ağamirzə baba olub. Onun böyük qızının övladı dünyaya gəlib.
Sözüm ailə, cütlük blogerlərədir: Səhifənizin böyüklüyü ilə, müxtəlif vasitələrlə əldə etdiyiniz reklamlarla "xoşbəxt ailə" görüntüsü yaradırsınız. Tiktokda, instaqramda və s. yerlərdə bu "xoşbəxt ailə" tabloları insanları, qadınları ümidsizliyə salır, ailələri dağıdır.
Ölkə.Az xəbər verir ki, bu sözləri ilahiyyatçı Samir Əzizov deyib.
"Onlarla qadın qara fəhlə işləyən ərindən bu cür xanımını xoşbəxt edən "ər" olmasını istəyir. Siz bu insanların vasitəsilə pul qazanırsınız, amma bilərəkdən ya da bilməyərəkdən evlərə od salırsınız. Sizin özünüzün belə reklam vasitəsilə gəzdiyiniz restoranlar, fotosessiyalar o qara fəhlə kişi üçün əlçatmazdır. Bu, bir boşanma səbəbi idi yazdım", - deyə o əlavə edib.
Əməkdar artist Bəhram Bağırzadə yayımladığı videoya görə tənqid edilib.
Axşam.az xəbər verir ki, aktyor şəhərdə skuter sürən oğlanla qızın videosunu çəkib. Həmin videonu instaqramda yerləşdirən Bağırzadə qınanılıb.
Sosial şəbəkə istifadəçiləri görüntünün silinməsini istəyiblər. Bir çoxları isə bunun nə səbəbə çəkilib yayımlandığı ilə bağlı sual ünvanlayıb.
Skuteri sürən şəxs isə aktyora "Video nə səbəbə çəkilib bilmirəm, amma silinsə yaxşıdır. Videodakı oğlan mən və yoldaşımdır" deyə, şərh yazıb. Bağırzadə isə buna məhəl qoymadan videonu silməyib.
“Kurtlar vadisi pusu” serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib.
“Günaylı gün” verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:
"Mən hazırda Rumıniyada yaşayıram. Açığı deyim ki, mənim təsvir etdiyim Azərbyacan tam başqa cür idi. Ölkənizin bu qədər inkişaf etdiyini düşünmürdüm. Cənab Prezident İlham Əliyevə səslənirəm, mənə vətəndaşlıq verin. Burada yaşayaram. Bu qədər mükəmməl şəhər görməmişəm. Çox gözəl şəhərdir".
Qeyd edək ki, Orhan aydın serialda "Kənan Yarbay" obrazını canlandırıb.
Meyxanaçı Ağakərim Novruzovun müalicəsini ARS Reabilitasiya mərkəzi öz üzərinə götürüb.
Sözü gedən mərkəzdən Qaynarinfoya bildirilən məlumata görə, Ağakərim Novruzovun təkrar ayağa qalxması onun müayinələrinin cavabından asılı olacaq:
"Mərkəzdə belə xəstələr çox olub. Onların böyük əksəriyyətinin də müalicələri effekt verib. Hazırda mərkəzin çəkiliş qrupu Ağakərim Novruzovun evindədir və müayinə aparırlar. Müayinələrin cavabı açıqlanandan sonra xəstənin yeriyib-yeriməməsi, bir sözlə hərəkət edib-etməməsi ilə bağlı dəqiq cavab veriləcək”.
Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.
Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb.
Axar.az xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında “azərbaycanlı blogerin saxlanılması”na toxunub.
“Rusiyadakı işlərdən birində azərbaycanlı bloger saxlanılıb. Bu da bizim müraciətimiz nəticəsində baş verdi, lakin məsələ lazımi prosesə çatmadı. Müəyyən siyasi proseslər başladı, sənədləri təqdim etmək üçün bizə vaxt verilmədi, sonra bizi manipulyasiya etməyə çalışdılar. Bu, təbii ki, hüququn sərhədlərindən kənar bir hekayədir”, - deyə o qeyd edib.
Vardapetyan dəqiqləşdirməsə də, söhbətin Kamil Zeynallıdan getdiyi aydındır.
Erməni mediası isə K.Zeynallının həbsdən azad edilməsini birbaşa Ermənistan Baş Prokurorluğunda görüb. İddia edilib ki, Ermənistana sorğu verilsə də, Ermənistan Baş Prokurorluğu K.Zeynallı ilə bağlı materialları yalnız 22 fevralda göndərib.
“22 fevralda isə Kamil Zeynallı artıq evində idi”, - deyə qeyd edilib.
Meyxanaçı Balaəli burnunda əməliyyat etdirib, onu kiçiltmək istədiyini söyləyib.
“Güzgünün qabağında dayananda ancaq burnumu görürəm”, - o qatıldığı proqramlardan birində bildirib.
Lent.az-ın xəbərinə görə, müğənni qəza keçirəndən sonra nəfəs almağda çətinlik çəkdiyini deyib.
"Əməliyyat etdirmək istəyirəm. Güzgünün qabağında dayananda ancaq burnumu görürəm. Uşaqlıqda da burnum bir dəfə sınmışdı, onun da təsiri oldu. Nəfəs almaqda çətinlik çəkirəm".
Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, o, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:
"Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü".
Aktyor, aparıcı Mətanət Əlverdiyevanın "Emili heç yuxuda görmüsünüz" sualına isə belə cavab verib:
"Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma".
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.
Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.
8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.
Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.
A.Səfərovanın həyat yoldaşı saytımıza bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.
ABŞ-yə köçən və orada işləyən azərbaycanlı telejurnalist Natiq Nailəoğlu (Atakişiyev) həmcinsi ilə nişanlanıb.
Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist özü paylaşım edib.
O, Endryu Korner adlı həmcinsi ilə fotosunu paylaşaraq "nişanlımla" qeydini yazıb.
Qeyd edək ki, Natiq Atakişiyev ANS-də və digər yerli televiziyalarda aparıcılıq edib. O, daha sonra yerli kanallların birinin ABŞ müxbiri kimi fəaliyyət göstərib.
Hazırda xarici media qurumunda Amerika müxbiri kimi çalışır.