![]() |
|
Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov və ailəsi "Sea Breeze" şəhərciyindəki mənzilini qəbul edib.
Emin Ağalarov şəxsən mənzili Qarabağ qazisinə və onun ailəsinə təqdim edib. Bu zaman təsirli anlar yaşanıb. O, sözügedən anları sosial şəbəkə hesabında paylaşaraq ailəni bir daha təbrik edib.
Qeyd edək ki, bu lotereya iştirakçılara kurortun lüks mənzillərindən birini qazanmaq şansı verirdi və Qasımov ailəsi təsadüfi seçmə nəticəsində qalib olub.
“O afişalar nazirliyin email ünvanına göndərildi, bundan sonra ABŞ səfirliyi vizamı ləğv etdi, bunu edən axı nə qazanır?”
“Bu sözləri müğənni Damla “ARB”də yayımlanan “Günə bax” verilişində deyib.
O, Amerikada təhsil alan oğlu İbrahimi bu səbəbdən 10 aydır ki, görə bilmədiyini deyib: “Amerikada yaşayan həmyerlilərimiz qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Vizamı aldım, ancaq onlara dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar və biletləri satışa çıxartdılar. Halbuki mən onlarla razılaşmamışdım”.
Müğənni bildirib ki, vizası olduğu halda, onu yenidən səfirlikdən çağırıblar: “Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs, siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. O afişaları nazirliyə göndərənin qazandığı sadəcə bir ananın ahıdır...
O, qeyd edib ki, bu hadisələrdən sonra viza üçün ikinci dəfə də müraciət etsə də, yenə eyni halla qarşılaşıb: “Səfirlikdə xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. İmtina sənədinə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün darıxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləğv edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər, övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü sizin yanınıza gəlsin. Dərsləri üçün gələ bilmədiyini desəm də, söylədi ki, tətildə gələr”.
Daha ətraflı videomaterialda:
Aktyor və “Survivor” tarixinin məşhur iştirakçılarından olan rəqqas Hasan Yalnızoğlu vəfat edib.
50 yaşlı Yalnızoğlu ötən gün Bakırköy Dövlət Xəstəxanasında mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.
Qeyd edək ki, mərhum "Anadolu Ateşi" rəqs qrupunun baş rəqqası idi.
Noyabr ayında Bakıda 70 mindən çox qonağın iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb və universitetlərin fəliyyətinədək dəyişikliklər edilib.
Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Bəziləri toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir.
Bəs görək, şou əhli həmin ərəfədə toylar üçün öncədən təklif alıbmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmin vaxt üçün toy təklifi gəlmədiyini bildirib:
"Biz elə insanlarıq ki, hər şeyi anlayışla qəbul edirik. Əgər ölkəmizdə bu cür ciddi bir tədbir varsa və toylar tıxaclara səbəb ola bilərsə, insanlar çalışırlar ki, işlərini sığortalasınlar və həmin ərəfədə toy etməsinlər. 15 gün tez və ya 15 gün gec toy məclisi təşkil etməklə bir şey olmaz. Təki Allah hamıya toy, xeyir günlər nəsib etsin. Mənim üçün noyabrın 25-nə, 27-nə əvvəlcədən yazılıblar. COP-29 ərəfəsində hələ ki, Bakıda toy təklifi almamışam.
Tədbir keçirilən günlər üçün şəhərdən kənar, daha çox Moskvadan zənglər gəlib.
İnsanlar xərc çəkir, məclis təşkil edir. Hamı istəyir ki, toyu rahat, problemsiz keçsin, ona görə də tədbir ərəfəsində məclis təşkil etmirlər.
Əgər tədbir vaxtı toy etsələr, yolların çoxu bağlı olduğu üçün hər kəs məclisdə iştirak edə bilməyəcək, nəticədə toy yiyəsi ziyana düşəcək. Ona görə də, tədbirin bitməsini gözəyirlər".
Müğənni Tacir Şahmalıoğlu bildirib ki, toylar bir neçə günlük qadağan olunsa da, bu, ciddi problem yaratmayacaq:
"COP-29 tədbiri zamanı Bakıda toyların qadağan olunacağı ilə bağlı söz-söhbət dolaşır.
Bizim işimiz xalqdan asılıdır, əgər toylar olmasa, biz müğənnilər də işləməyəcəyik. Bu, beynəlxalq tədbirdi, əgər toylar dayandırılsa, başa düşülən olar. Bu, bizim üçün ciddi problem olmaz, dayandırılarsa, buna hörmətlə yanaşarıq. Təki COP-29-un xalqımıza, ölkəmizə faydası olsun. Biz lazım olsarsa, bir neçə gün işlərə fasilə verə bilərik, burada dəhşətli heç nə yoxdur".
Müğənni Afət Fərmanqızı isə noyabr ayı üçün Bakıda deyil, Rusiyada bir neçə toy məclisində iştirak edəcək:
"Bir neçə gün əvvəl Bakıda idim, amma artıq Moskvaya geri gəlmişəm. İş fəaliyyətim buradadır deyə, mənim üçün COP-29 vaxtı da iş olacaq.
Yenidən Bakıya gələcəyəm, çünki 7 oktyabrda oğlumun toyu olacaq. COP-29 ərəfəsində toyların qadağan ediləcəyi ilə bağlı yayılan söz-söhbətləri mən də eşitmişəm, amma hələ ki, rəsmi qərar yoxdur. Buna baxmayaraq, tədbir ərəfəsində Bakıdan heç bir toy təklifi almamışam. Noyabr ayında Moskvada və Rusiyanın digər şəhərlərindəki toy məclislərində iştirak edəcəyəm".
"Pulun varsa və kiminləsə bəhsə girmisənsə, haradan və hansı müğənnini istəsən, toya, ad gününə gətirə bilərsən. Hər şey puldan asılıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında şou-biznes və mədəniyyət məsələləri üzrə ekspert Anar Vəziroğlu türk sənətçi Petek Dinçözün bir şəxsin bağında 8 nəfərin iştirak etdiyi məclisdən 70 min dollar qonorar alması ilə bağlı məlumatdan danışarkən deyib.
Ekspert yerli sənətçilərin tədbirlərə türk ulduzlarından baha getdiyini vurğulayıb:
"Bizimkilərə ondan çox verirlər. Röya toya 30 min manata gedir. Azdır 30 min manat? Aygün də onun kimi. Bizimkilər də o qiymətə gedirlər. Görünür, Petek Dinçözü də kiminsə gözü tutub. Deyib ki, onu gətirəcəyəm, 70 min də verəcəyəm. Bu bizdə gözlə görünən xasiyyətdir. Deyir, filankəs bu qiymətə gətiribsə, mən ondan artıq verəcəyəm".
Anar Vəziroğlu deyib ki, Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı olub:
"Hələ Telman İsmayılovu demirəm, bir dəfə "bərkgedən" müğənnilərin birini çağırıb, ona 3 milyon manat, üstündə də saat hədiyyə etmişdi. Adam var, uşağı üçün pul xərcləyir, adam da var qonşu ilə bəhsə girir. Yəni tanıdığı şəxs 100 min veribsə, bu 200 min verir. Biz uşağımıza toy etsək, ora heç İzzət Bağırov da gəlməz. Görünür, bunların ətrafı böyükdür ki, Petek Dinçözü gətirə bilib".
Qeyd edək ki, bu günlərdə türk müğənni Petek Dinçöz Bakıya qonaq gəlib. Sənətçi Bakıdakı bağlardan birində 8 nəfər üçün oxuduğu məclisdən 70 min dollar qonorar alıb.
Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb.
Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.
İctimaiyyətin, xüsusən ədəbi mühitin nümayəndələri həmin materialda geniş auditoriyaya hörmətsizlik, cəmiyyətə meydan oxumaq, ədəbi dəyərləri, poeziyanı gözdən salmaq, onu gülüş obyektinə çevirmək, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmək kimi məqamlar görərək kəskin etiraz bildiriblər. Ortaq və doğru olan qənaət belədir ki, diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmır.
Qeyd olunan məqamlara, həmçinin üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.
Hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.
Müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:
"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir.
Xalq artisti Emin Ağalarov sevimli avtomobilini nümayiş etdirib.
Müğənni "Cadillac Eldorado" markalı maşını 2800 dollara ABŞ-dən aldığını deyib. O bildirib ki, 1997-ci ildə aldığı avtomobili indi Bakıya gətirib:
"Maşını Pensilvaniyada çox yaşlı bir kişidən aldım, onu saytdan tapdım. Qar yağırdı, ev sahibi məni qaraja apardı, kürək verdi və dedi: Qazın, görün”. Onu qazmağım bir saat çəkdi. Sadəcə, yuxu idi. Elvis Preslinin çoxlu "Cadillac"ları var idi və mən onun böyük pərəstişkarıyam. Dostlarım və atamla onu təmir etdik. Amma yenə xarab oldu. Sonra əsaslı şəkildə təmir etdirdim. Bu il avtomobilin 50 yaşı tamam oldu".
"Mən heç kimdən küsməmişəm, heç kimdən də inciməmişəm. Heç kimlə danışmıram, görüşmürəm. Xoşlamıram, sevmirəm. Televiziyalardan dəvət edirlər, imtina edirəm. Bu yaşımda lazım deyil ki, efirlərə çıxım. İki filmə çəkilmişəm, bəsimdir.
Sadəcə olaraq aidiyyəti qurumlardan bu illər ərzində məni yada salan olmayıb. Nə nazirlik tərəfdən sayıblar, nə də kino işçiləri sayıblar. Ona görə də mən onları tanımıram, heç tanımaq da istəmirəm".
Bunu Moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin "Makedon"u Aqil Ağacanov deyib.
O daha sonra hazırkı işindən danışıb.
"Xalqımla fəxr edirəm. Allah cansağlığı versin hamıya. Mənim sənətim şef-aşpazdır. Bakının ən yaxşı restoranlarında çalışmışam. Pirşağıdakı "Qızılqum" sanatoriyasında uzun müddət şef-aşpaz işləmişəm. Ondan sonra toylara dəvət ediblər, kababçı getmişəm. Bütün Azərbaycan xorəklərini bişirə bilirəm.
1971-ci ildə restoranda işləyəndə heç bizim aşpazlar bilmirdilər ki, "Kiyev kotleti" nədir? Bunları mən Ukraynada öyrənib gəlmişəm. Bu mənim sənətimdir.
45 il toylara getmişəm. 75 yaşım da tamam oldu", - deyə o bildirib.
Aqil Ağacanov bildirib ki, filmdə çəkildiyi həmkarları ilə bu gün əlaqə saxlamır.
"Tez-tez görürəm ki, onlar müsahibə verib deyirlər ki, "Makedon"la əlaqəmiz yoxdur. Mənim də heç onlarla əlaqəm yoxdur. Onlar da bir uşaq kimi filmə çəkiliblər, qurtardı getdi. Onlarla nə əlaqəm olacaqdı ki?! Hərənin öz işi-gücü var.
Oturmuşam öz evimdə-eşiyimdə. Bağım-bağatım, nəvələrim yanımda. Mən 5 babamı tanıyıram. Bizim əslimiz Xorasandan gəlmə türklərdir. Bu gündən sonra mənə heç nə lazım deyil. Dövlətim də pensiya verir, dolanıram, şükür Allaha. Mənə bu gündən sonra kino lazımdır?" - deyə Aqil Ağacanov bildirib.
İş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov dənizə baxan villasının içini ilk dəfə nümayiş etdirib. O, kadrları “Instagram”da yayımlayıb.
O, Bakıdakı evinin Xəzər dənizinə baxan hissəsini lentə alıb. Xalq artisti videoya balkonu olan panoramalı yataq otağı ilə başlayıb. Daha sonra soyunub-geyinmə otağının içini, eləcə də mərmər pilləkənləri və dəbdəbəli üslubda zalları göstərib.
Videonun sonunda o, tennis məşqinə gedib.