Ötən gün aparıcı Azər Zahidin sosial şəbəkələrdə qazi Amil Əliyevlə qalmaqallı videosu yayılıb. Görüntülərdə aparıcının görmə məhdudiyyətli qaziyə zərf verərək "Sən onsuz da saya bilməyəcəksən" sözlərini deməsi insanların qınaq obyektinə çevrildi.

Bu haqda açıqlama verən aparıcı Tiktokda canlı yayım açaraq baş verənlərə aydınlıq gətirəcəyini bildirmişdi. Ötən gecə Azər Amili canlı yayıma dəvət edərək bütün söz-söhbətələrə son qoyub.

 Yaranmış vəziyyəti izah edən aparıcı Amilin ondan incimədiyini deyib və ondan dəfələrlə üzr istəyib. 

Xatırladaq ki, Amil İkinci Qarabağ müharibəsində yaralanaraq iki gözünü itirib. O, düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.

 

Aparıcı Azər Zahidin qazi ilə sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Videoda aparıcı görmə məhdudiyyətli qaziyə zərf verərək "Sən onsuz da saya bilməyəcəksən" deyib.

Azərin bu sözləri sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Onlar aparıcının qazi ilə bu cür rəftarını qınayıblar.

Baş verənlərlə bağlı BAKU.WS-ə açıqlama verən aparıcı sözügedən görüntülərin bütöv versiyası olduğunu, sadəcə o hissəni kəsib paylaşaraq onu nüfuzdan salmaq istəyən qruplaşmaların olduğunu qeyd edib:

"Videoda 3 qazi var. Mən onlara maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. "Sən onsuz da saya bilməyəcəksən" sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar".

Azərbaycanlı aparıcı gözdən əlil qazini təhqir edib.

Tanınmış aparıcı Azər Zahid qazilərlə görüşüb onlara müəyyən məbləğdə pul ianə edib, lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən ona, sən onsuz da saya bilməyəcəksən deyib.

 Aparıcının bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib.

Həmin görüntüləri təqdim edirik:

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqət çəkib.

Xanəndə Qazaxda hərbçi qardaşların toyuna qatılıb. O bildirib ki, zabitlər Qabil və Qalib eyni gündə ailə qurub.
Onlar əkiz bacılarla nikah masasına oturub.

Nigar əlavə edib ki, hərbçilərin toyunda təmənnasız iştirak edib.

"Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin" - deyə Nigar paylaşımında qeyd edib.

Bu dəfə "Söhbət Var" verilişinin qonağı Çingiz İbrahimovun oğlu İbrahim Çingiz olub.

Aktyor imici barədə danışarkən, başına gələn əhvalatdan da danışıb.

O bildirib ki, İzmirdən Bakıya qayıdanda üç türk polisi onu saxlayıb.

" 6 aydır dırnaqlarımı tutmurdum, üzümü qırxmırdım, saçımı kəsdirmirdim. Polislər məni saxlayıb çamadanlarımı yerə atdılar. Sonra başladılar türk dilində nə işlə məşğul olduğumu soruşmağa. Mən də onlara başa salıram ki, aktyoram. Dedilər ki, aktyorsansa, instaqramına baxaq. İnstaqrama baxanda gördülər ki, izləyicilərim var, çantalarımı yerinə yığdılar".

Müğənni Emil Bədəlov TikTok-da canlı yayıma girən məşhurlara lağ edib.

Axşam.az bildirir ki, sənətçi aparıcı Tural Əsədovun ona ünvanladığı sualları cavablandırıb. "TikTok olmasaydı..." sözlərinə Emil belə reaksiya verib:

"Tənbəl olmasaydım, oliqarx olardım. TikTok olmasaydı, bəzi məşhurlar acından ölərdilər. Əsəbiləşirəm, bu haqda danışmayaq. TikTok-da bəzi insanlar var. Mən də girib baxıram. İnanmırdım ki, həyatda onları görüm. Belə adam olar?".

Şou-biznesdəki qalmaqallardan danışan ifaçı "Camaata qalmaqal maraqlıdır. Kimin qalmaqalı çoxdur, onun toyu da çoxdur. Kim bütün günü sosial şəbəkədə görünürsə, toyları boldur" sözlərini deyib.

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev Xəzər TV-də yayımlanan “Komedixana” layihəsi haqqında tənqidi fikirlər səsləndirmişdi.

“Komedixana” komandası isə deputata səhnəciklə cavab verib.
Yayımlanan səhnəcikdə “Etibar müəllim də özünü pis güdürməyib” ifadələrinə yer verilib.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Etibar Əliyev səhnəcikdən xəbərdar olduğunu deyib:

“Mənə dedilər ki, onlar belə bir şey paylaşıb. O qədər vaxtım yoxdur ki, onlara baxıb əsəbiləşim. Elə şeylərə baxmıram. Mən onların nəyinə baxım? Əslində, onların səhnədəki mədəniyyətini görürsünüz. Nə danışdıqlarını təxmini təsəvvür edirəm. Heç maraqlanmıram. Sadəcə, hesab edirəm ki, bu cür komediyalarla - bunun adı komediya deyil - şit-şit hərəkətlərlə auditoriyanı tutmaq olmaz”.

E.Əliyev səhnəcikdə barəsində deyilən ““Etibar müəllim də özünü pis güldürməyib” sözlərinə də münasibət bildirib:

“O qədər dərin adam deyillər ki, hər hansı bir sətiraltı ifadələri olsun. Onların səviyyəsinə uyğun sətiraltı nə ola bilər ki? "Özünü güldürmək” nə deməkdir? Ramiz Məlik onlara çox yaxşı cavab verib. O qədər səthi, dayaz adamlardır ki, nəsə gözləmirəm”.

Millət vəkili barəsində deyilənləri təhqir kimi qəbul edib-etmədiyi ilə bağlı isə suala isə belə cavab verib:

“Mən onlara teatrdan, komediyadan, pyesdən saatlarla mühazirə oxuyaram. O şeyləri çox yaxşı bilirəm. Gəlsinlər, onlara saatlarla mühazirə deyim, bir az savadlansınlar”, - deyə o söyləyib.

Aktrisa Nataşa Bassett “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan ayrılıb.

Ayrılığın səbəbi kimi Şivon Zilisin milyarderdən əkiz uşaq dünyaya gətirməsi göstərilir.

Məlumata görə, avstraliyalı aktrisa Maskın başqa bir qadından əkiz uşağı olduğunu bildikdən sonra münasibətlərinə son qoyub.

Məlumatda bildirilir: "Nataşa İlondan çox şey öyrəndi və o, birlikdə keçirdikləri vaxta görə minnətdardır, çünki bu, çox xüsusi sevgi idi. Ayrılığa baxmayaraq, Nataşa hələ də dost ola biləcəklərinə ümid edir. O, indi karyerasına diqqət yetirməyi planlaşdırır".

Xatırladaq ki, İlon Maskla Nataşa Bassettin münasibəti bu ilin fevralında məlum olmuşdu. Onlar Los-Ancelesdə şəxsi təyyarədən enərkən paparatsilərə tuş gəlmişdilər.

ATV rəhbərindən Mirşahinə cavab

ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin Azərbaycandakı bəzi telekanalları tənqid etməsindən sonra feysbuk səhifəsində ona cavab verib.

"Qafqazinfo" xəbər verir ki, o, rəhbəri olduğu televiziyanı Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib:

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Qeyd edək ki, Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək "İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.

Mir Şahin həmçinin əlavə edib ki, həmin kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara kəskin şəkildə iradlar bildirilib.

 

 
 
Pike Şakiranı aldatdığı qadından ayrıldı

“Barselona”nın müdafiəçisi Jerar Pike Şakiranı aldatdığı qadından ayrılıb.

Bu barədə “Qafqazinfo” “Marca”ya istinadən xəbər verir.

Nəşrin iddiasına görə, 35 yaşlı oyunçu məşhur müğənni ilə ayrılmasına səbəb olan ofisiant qadınla münasibətinə son qoyub. O, keçmiş sevgilisi ilə münasibətləri yaxşılaşdırmaq üçün bu addımı atıb.

Şakira  xəyanətə görə Pikedən ayrıldıqdan sonra oğulları Milan və Saşa ilə birlikdə ABŞ-a köçməyə hazırlaşır. Müğənni və vəkilləri övladlarının tam qəyyumluğunun ona verilməsi tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, Şakira və Jerar Pike 12 illik münasibətdən sonra ötən ay ayrılıblar. Onlar rəsmi evlənməmişdi.

Xəbər lenti