![]() |
|
Rusiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü, UFC təşkilatının keçmiş dünya çempionu Həbib Nurməhəmmədova məxsus və Mahaçqalada yerləşən Abdulmanap Nurməhəmmədov adına döyüş növləri nəktəbi bağlanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, klubun yerində yaşayış kompleksi tikiləcək. Yeni zalın 2026-cı ildə Həbibin doğma kəndində - Yeni Xuşetdə istifadəyə veriləcəyi gözlənilir, lakin məlumat hələlik heç bir rəsmi şəxs tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, yayda hüquq-mühafizə orqanlarının nümayəndələri Abdulmanap Nurməhəmmədov adına döyüş məktəbində axtarışlar aparmışdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstana hücumda iştirak edən silahlılardan biri olan Hacımurad Kahirov ilə bağlı məktəb şagirdlərini də dindiriblər.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları matç (1:4) haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, görüşdən sonra "CBC Sport"a açıqlama verən 28 yaşlı hücumçu qol şanslarını yararlana bilmədiyinə görə təəssüflənib:
"Keyfiyyətli komandaya qarşı oynadığımızın fərqində idik. Çoxlu qol epizodları yaratdıq. Təkcə mənim 3 qol şansım oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədim. Bəxt amili də öz sözünü dedi. Ümumi götürdükdə Fransanın ən yaxşı komandalarından birinə qarşı çıxış etdik. Amma buna baxmayaraq, öz komandama, yoldaşlarıma inanıram".
Braziliyalı forvard Ağdam təmsilçisinin yaxşı çıxış etdiyini vurğulayıb: "Əslində yaxşı oyun nümayiş etdiririk. Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir. Qarşıda Premyer Liqa matçımız var. Həmin görüşə köklənməliyik. Bundan sonra yenidən Avroliqanın oyunlarını fikirləşəcəyik".
"Qarabağ" bu gün UEFA Avropa Liqasında Fransanın "Lion" klubunu qəbul edəcək.
Liqa mərhələsinin V turuna təsadüf edəcək oyun saat 21:45-də start götürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq.
Azərbaycan çempionu 4 turdan sonra 3 xalla 29-cu, qonaqlar isə 7 xalla 9-cu pillədə qərarlaşıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
V tur
28 noyabr
21:45. "Qarabağ" - "Lion" (Fransa)
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, "köhlən atlar" daha əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), evdə İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1. "Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.
“İnter Mayami”nin yeni baş məşqçisi rəsmən bəlli olub.
Bu barədə Mayami klubunun mətbuat xidməti məlumat yayıb.
Komandanı Argentina U-20 millisinin sabiq baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar.
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
AFFA-nın rəsmi saytı xəbər verir ki, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V tur matçını idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Qarabağ” klubu Misli Premyer Liqasının 2024/2025 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanmaqla ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb.
Peşəkar Futbol Liqasının mətbuat xidməti xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarısından çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.
Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 oyunda rəqiblərini ağır məğlubiyyətə uğradıb. Buna nail olan ilk kollektiv Sumqayıt “Xəzər”idir. Komanda 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib.
“Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş rəhbərlik etdiyi komandanın Millətlər Liqasındakı fiaskosundan sonra istefaya göndərilə bilər.
Publika.az-ın əldə etdiyi məlumata görə, tarixinin ən pis qrup turnirini keçirən və yekun nəticədə D Liqasına yuvarlanan yığmanın uğursuzluğu AFFA rəhbərliyini narahat edib. Federasiyanın prezidenti Rövşən Nəcəf uğursuz nəticədən əlavə, gələcək üçün heç bir ümid verməyən komandanın durumundan narahat olmağa başlayıb. Estoniya (0:0) və İsveçlə (0:6) görüşlərə qədər 70 yaşlı portuqaliyalı mütəxəssisi postunda saxlamağı planlaşdıran və ona DÇ-2026-nın seçmə mərhələ oyunlarında şans verməyi düşünən federasiya rəhbəri tənqidlərdən və narazılıqlardan bezərək fikrini dəyişməyə başlayıb.
Məlumata görə, Rövşən Nəcəf Millətlər Liqasındakı çıxışla bağlı Fernandu Santuşdan hesabat istəyib. Portuqaliyalı məşqçi hesabatı yaxın günlərdə şəxsən Azərbaycan futboluna cavabdeh olan şəxsə təqdim edəcək.
Görüşün bu günlərdə və ya yeni iş həftəsinin əvvəlində baş tutma ehtimalı var. Məhz həmin toplantıda Santuşun gələcəyinə aydınlıq gələcək.
Görüş zamanı baş məşqçi ilə yolların ayrılması müzakirə olunacaq. Bu məsələdə ən böyük əngəl Fernandu Santuşun müqaviləsindəki yüksək təzminat məbləğidir. Uğursuzluq fonunda portuqaliyalıdan kompensasiyanın azaldılması da istənilə bilər.
Qeyd edək ki, bu ilin yayında Fernadu Santuşla AFFA arasında 3+1 illik müqavilə imzalanıb.
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Türkiyənin “Fənərbaxça” komandasına transfer olacağına dair iddialar yayılıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Sözügedən iddialar sosial şəbəkələrdə böyük əks-səda doğurub.
Azarkeşlərin bir qismi bu transferi xəyal kimi qiymətləndirsə də, digərləri isə “Fənərbaxça”nın dünya miqyasında səs gətirəcək transfer edəcəyinə inanır.
Lakin bu iddialarla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, ulduz futbolçunun müxtəlif klublarla müqavilə imzalamasından əvvəl də oxşar fərziyyələr gündəmə gəlmişdi.
K.Ronaldo hazırda "Əl-Nassr"ın futbolçusudur.
Billurə
İspaniya təmsilçisi "Barselona" 137 milyonluq rəsmi İnstaqram hesabında klub prezidenti Xuan Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb.
62 yaşlı funksionerin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video yayımlanıb.
Qeyd edək ki, bir neçə gün Bakıda səfərdə olan Xuan Laporta Azərbaycanda yeniyetmə futbolçularla görüşüb, Zəfər parkını və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişdi.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli ötən gün İsveç yığması ilə oyundan (6-0) sonra müsahibə verib.
O, jurnalistlərin suallarını cavablayarkən göz yaşlarına hakim ola bilməyib.
“Məncə, futbolçular məsuliyyəti öz üzərinə götürür. Şəxsən mən götürürəm. Biz həmişə günahkar axtarırırq. “D” liqasına yuvarlanmaq isə faciədir”, - futbolçu cavabında bildirib.