![]() |
|
Xəbər verdiyimiz kimi Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.
“Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Azərbaycanın “Qarabağ”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” və başqa klubları təbrizliləri təbrik edib. Bununla bağlı rəsmi səhifələrdə paylaşım edilib.
Qeyd edək ki, “Traktor” sona 2 tur qalmış ən yaxın rəqibi “Sepahan”la xal fərqini 8-ə çatdırıb. Ötəngünkü oyunda Təbriz klubu “Şəms Azar”i (Qəzvin) dörd cavabsız qolla darmadağın edib.
Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxıb.
Turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib.
Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Paralel keçirilən oyunda isə “Traktor”un ən yaxın izləyicisi “Sepahan” öz meydanında “Qol Qohar”a uduzub - 1:2. Bununla da Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdıraraq sona 2 tur qalmış tarixində ilk dəfə çempionluğu bayram edib.
Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.
AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.
Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.
“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.
Almaniya milli komandası və "Real Madrid" klubunun üzvü Antonio Rüdigerin karyerası vaxtından əvvəl başa çata bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçiyə erkən kirəcləşmə (osteoartrit) - oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik diaqnozu qoyulub. Adətən bu xəstəlik yalnız 40-50 yaşlarında oynaqlara təsir edir, lakin alman ulduz son 8 aydır ki, ağrıkəsicilərlə oynayır.
Rüdigerin diaqnoz nəticəsində xəstəliyin 4-cü mərhələsində olduğu ortaya çıxsa və oynaq tamamilə məhv olsa, bu, onun karyerasının sonu olacaq.
Qeyd edək ki, "Toni" 2022-ci ildən bəri "Kral klubu"nun formasını geyinir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları keçirilir.
ikinci oyun günündə “Barselona” İspaniyada “İnter”i qonaq edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər oyununda PSJ səfərdə “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.
Çərşənbə günü Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” və “İnter” komandaları arasında keçiriləcək ilk oyun İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbilə təxirə salına bilər.
İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik problemi ilə bağlı İspaniyanın müxtəlif yerlərində hava limanlarında böyük gecikmələr və təxirəsalmalar olub.
İtaliya təmsilçisinin matça 24 saat qalmış Barselonaya getməyi planlaşdırdığı, lakin fasilələrə görə səfərin yarımçıq qala biləcəyi bildirilib.
İspaniya mətbuatının məlumatına görə, UEFA-ya “İnter”in bu gün Barselonaya çata bilməyəcəyi təqdirdə matçın təxirə salınması variantının nəzərdən keçirilməsi bildirilib.
Qeyd edək ki, qarşılaşma aprelin 30-u saat 23:00-da start götürməlidir.
İngiltərə çempionatında 34-cü turun oyunları keçirilib.
“Liverpul” doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib.
Arne Slotun komandası rəqibini 5:1 hesabı ilə darmadağın edib.
Nəticədə “Liverpul” çempionatın bitməsinə 4 tur qalmış çempion olub.
“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.
“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.
Qurban Qurbanovun komandası yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0.
Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.
Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub.
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı start götürəcək.
“Yarışın ilk günündə Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq.
Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.
Cüdo qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparacaq. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.