![]() |
|
UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçlarına start veriləcək.
ilk oyun günündə 4 görüş baş tutacaq.
“Real” evdə “Atletiko” ilə qarşılşacaq. İngiltərənin “Arsenal” klubu PSV-nin, Fransa təmsilçisi “Lill” “Borussiya”nın qonağı olacaq. “Brügge” isə Belçikada “Aston Villa” ilə qarşılşacaq.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
4 mart
21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə)
00:00. “Real” (İspaniya) - “Atletiko” (İspaniya)
00:00. PSV (Niderland) - “Arsenal” (İngiltərə)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Lill” (Fransa)
Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı sabah keçiriləcək.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray" futbolçularının ünvanına işlətdiyi "meymun kimi tullanırdılar" ifadəsinə görə cəza ala bilər.
Oxu.Az xəbər verir ki, UEFA İntizam Məcəlləsinin 14-cü maddəsinə əsasən, idman yarışlarında kiməsə meymun demək irqçilik sayılır.
Buna görə təcrübəli çalışdırıcı 10 matçlıq cəza ala bilər.
Qeyd edək ki, PFDK-da (Peşəkar Futbol İntizam Komitəsi) futbolun nüfuzuna xələl gətirən açıqlamalara görə "Qalatasaray"ın baş məşqçisi Okan Burukun da işinə baxılacaq.
Bu səbəblə türkiyəli məşqçinin bir oyundan üç oyuna qədər soyunub-geyinmə otağına və əvəzedicilər skamyasına daxil olması qadağan edilə və ya 30 gündən 60 günə qədər diskvalifikasiya oluna bilər.
Qeyd edək ki, "Qalatasaray" Joze Mourinyonun dediklərinə görə bəyanat yayaraq prokurorluğa, UEFA və FİFA-ya şikayət ünvanlayıb.
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Son oyun günündə keçiriləcək 4 matçdan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.
Günün ilk görüşü Almaniyada Dortmund “Borussiya”sı ilə Portuqaliya “Sportinq”i arasında oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bu mərhələnin ən prinsipial oyunu isə İspaniyada keçiriləcək. “Real Madrid” İngiltərədə 3:2 hesabı ilə qalib gəldiyi “Mançester Siti”ni bu dəfə “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45. "Borussiya Dortmund" (Almaniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 3:0
00:00. PSJ (Fransa) – “Brest” (Fransa)
İlk oyun - 3:0
00:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 3:2
00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya)
İlk oyun - 1:2
Qeyd edək ki, pley-off mərhələsinin ötən gün keçirilmiş cavab oyunlarından sonra Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, Niderlandın “Feyenoord” və Belçikanın “Brügge” komandaları 1/8 finala vəsiqə qazanıblar. Bu raundun püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq ilk yarış günündə Azərbaycanın 12 təmsilçisi tatamiyə çıxacaq.
Kişilərdən Əhməd Yusifov, Murad Muradlı, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev və Elşən Əsədov (66 kq) mübarizə aparacaqlar.
Qadınlarda Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Fidan Qasımova, Fidan Əlizadə (hər ikisi 57 kq) qüvvəsini sınayacaqlar.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 23-cü turunda “Adana Demirspor” futbolçuları “Qalatasaray”la matçda meydanı tərk edib.
“NTV Türkiyə” xəbər verir ki, məsələ ilə bağlı Adana təmsilçisinin baş məşqçisi Mustafa Alper Avcı açıqlama verib.
Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:
“Penaltidən sonra meydançadan çıxmağımızı prezidentimiz istədi. Biz meydançada qalmaq istədik”.
"Turan Tovuz"un futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.
"sportinfo" xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.
Xarici ölkə vətəndaşı olan xanım isə onun təklifini qəbul etməyib. Futbolçunun ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.
Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.
Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.
Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.
Qeyd edək ki, bu hadisə bir neçə ay öncə baş versə də, mediada indi gündəmə gəlib.
İngiltərə Liqa Kubokunda ikinci finalçı bəlli olub.
“Yarımfinalda “Liverpul” və “Tottenhem” komandaları qarşılaşıb.
Görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, “Liverpul” adını finala yazdırıb. Klub finalda “Nyukasl” ilə qarşılaşacaq.
Həlledici oyun martın 16-da Londondakı “Uembli” stadionunda keçiriləcək.
“Bu, Azərbaycan futbolunun mühüm qərarlarından biri idi. Çünki son dəfə Azərbaycan Premyer Liqasında 12 komanda təxminən 10 il öncə olub”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.
O, fevralın 2-də AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən ölkə Premyer Liqasında komanda sayının artırılması haqda qəbul olunan qərardan danışıb. Qərara əsasən, növbəti mövsümdən çempionatda 10 yox, 12 klub mübarizə aparacaq.
S.Hacıyev bu qərarın Azərbaycan futbolu üçün müsbət dəyişiklik olduğunu vurğulayıb: “Uzun illərdən sonra 12 komandalı sistemə qayıtmaq əlbəttə ki, müsbət haldır. Təbii ki, hazırda çempionatın formatı ilə əlaqədar müəyyən suallar var. İclasda ilkin olaraq məsələ bu idi ki, 12 komandalı çempionat təsdiq edilsin. Lakin biz də AFFA olaraq tam anlayırıq ki, həm Premyer Liqa, həm də 1-ci liqa komandaları artıq indidən öz planlarını bilməlidirlər. Biz maksimum qısa müddətdə bu məsələyə geri dönüş edəcəyik. Nəzərdə tutulub ki, qarşıdakı 2, maksimum 3 həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclasının keçirilsin, sözügedən iclasda konkret olaraq hazırkı duruma görə qərar qəbul olunsun, 1-ci liqadan Premyer Liqaya neçə komandanın gələcəyi, Premyer Liqadan 1-ci liqaya komandaların hansı formatda gedəcəyi müəyyənləşsin.
Gündəmdə olan sualların hamısı AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq. Bildiyiniz kimi, 12 komandalı liqalar üçün müxtəlif formatlar var. "6-lıq" sistemi, 3 dövrəli sistemlər mövcuddur. Hər formatın öz mənfi və müsbət tərəfləri var. Biz "6-lıq" sistemi görmüşük. Bu məsələ ilə əlaqədar onu deyə bilərəm ki, hazırda beynəlxalq təcrübəyə baxılması üçün bizə zaman lazımdır. Avstriyada 2 "6-lıq", Baltik ölkələrində 3 dövrəli sistem var”.
Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.
Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.
Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.
Güləşçi bu barədə instaqram hesabında paylaşım edib.
“Adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm”.
Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.