Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki sonuncu rəqibi də Fransa – Xorvatiya matçının nəticəsindən sonra bəlli olub.

“Ötən ilin dekabrında baş tutmuş püşkatma nəticəsində D qrupunda yarışacağı müəyyənləşmiş Azərbaycanın bu qrupda Ukrayna və İslandiya ilə yanaşı Millətlər Liqasının 1/4 finalında Xorvatiyaya qalib gəlmiş Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Millətlər Liqası

20 mart

1/4 final

Fransa – Xorvatiya 2:0 (ümumi hesab: 2:2, penalti seriyası: 5:4)

Almaniya – İtaliya 3:3 (ümumi hesab: 5:4)

İspaniya – Niderland 3:3 (ümumi hesab: 5:5, penalti seriyası: 5:4)

Portuqaliya – Danimarka 5:2 (ümumi hesab: 5:3)

A və B Liqaları

Pley-off, cavab oyunları

Macarıstan – Türkiyə 0:3 (ümumi hesab: 1:5)

Serbiya – Avstriya 2:0 (ümumi hesab: 3:1)

Belçika – Ukrayna 3:0 (ümumi hesab: 4:3)

Şotlandiya – Yunanıstan 0:3 (ümumi hesab: 1:3)

B və C Liqaları

Pley-off, cavab oyunları

Gürcüstan – Ermənistan 6:1 (ümumi hesab: 9:1)

Sloveniya – Slovakiya 1:0 (ümumi hesab: 1:0)

İrlandiya – Bolqarıstan 2:1 (ümumi hesab: 4:2)

İslandiya – Kosova 1:3 (ümumi hesab: 2:5)

Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

Rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

Dördüncü hakim: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.( Report )

Gürcüstan millisi Ermənistanı DARMADAĞIN ETDİ

Futbol üzrə Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisini məğlub edib.

İrəvandakı Vazgen Sarkisyan adına stadionda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Gürcülər üçün ilk qolu 33-cü dəqiqədə yarımmüdafiəçi Giorgi Koçoraşvili vurub. 37 və 59-cu dəqiqələrdə hücumçu Giorgis Mikautadze iki dəfə fərqlənib.

Maraqlıdır ki, Mikautadzenin ilk qoluna qapıçı Giorgi Mamardaşvili kömək edib.

Cavab oyunu martın 23-də Tbilisidəki Boris Paiçadze adına Dinamo Arenada keçiriləcək. Bu qarşıdurmanın qalibi B Liqasında, uduzan isə C Liqasında oynayacaq.

Messi Argentina millisinin heyətinə düşə bilmədi

Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin Uruqvay və Braziliya ilə oyunları üçün milli komandanın heyətinə daxil edilməyib.

Oxu.Az xəbər verir ki, ulduz hücumçunun Argentina milli komandasının yekun siyahısına daxil edilməməsinə onun MLS-də "Atlanta Yunayted" ilə oyunda aldığı bud əzələsi zədəsi səbəb olub.

Qeyd edək ki, Messi Argentina milli komandasının heyətində 2026-cı il Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində artıq 9 oyun keçirib və bu oyunlarda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Hazırda Argentina milli komandası seçmə mərhələnin cədvəlində 12 oyundan 25 xal toplayaraq liderlik edir. İkinci yerdə 20 xalla Uruqvay milli komandası qərarlaşıb.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

ikinci oyun günündə daha dörd matç baş tutacaq.

“Atletiko” evdə “Real”la, “Lill” “Borussiya” ilə üz-üzə gələcək. PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

12 mart

21:45. “Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)

İlk oyun - 1:1.

00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya)

İlk oyun - 1:2.

00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland)

İlk oyun - 7:1.

00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika)

İlk oyun - 3:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.

Ramazanda necə idman etmək lazımdır?

Ramazanda qidalanma digər günlərdən az olsa da, bu ərəfələrdə idmanla məşğul olanlar az deyil. Bunu edənlər bəzi qaydalara əməl etməlidirlər.

Qafqazinfo xəbər verir ki, oruc tutarkən tez-tez idman etmək qan şəkərinin aşağı düşməsinə, suyun və duzun itirilməsinə səbəb olur.

Orucluykən davamlı idman etmək enerjinizi azalda bilər ki, bu da iş və ya gündəlik həyatınızda məhsuldarlığınızın azalmasına səbəb ola bilər.

Bəs Ramazanda necə idman etmək lazımdır?

- İmsakdan 1-2 saat sonra yürüş etmək, yaxud iftardan sonra məşq etmək məsləhət görülür. Lakin iftardan dərhal sonra yüksək templi qaçış və ya fitness zalında məşq ürək-damar və qan dövranı sistemlərinə mənfi təsir göstərir. Buna görə də, daha yavaş və diqqətli idman etmək lazımdır.

- İftarda həddən artıq yağlı və ağır yeməklər əvəzinə vitaminlərlə zəngin yeməklər qəbul etmək lazımdır. Bu iftardan sonra idmanla məşğul olan zaman insana güc, enerji verir.

-Yüksək qan təzyiqi, şəkərli diabet və ya digər sağlamlıq problemləri olan insanların oruc tutarkən idman etmələri tövsiyə edilmir. Xəstəliyi olanların həkim məsləhəti ilə idmanla məşğul olması çox vacibdir.

- Oruc tutarkən sauna və buxar otağından qətiyyən istifadə etmək olmaz.

- İdman zamanı sərf etmək üçün kifayət qədər enerji olması üçün düzgün qidalar istehlak etmək lazımdır.

- Döyüş və komanda idmanları kimi daimi enerji və əzələ tələb edən idmanlardan çəkinmək lazımdır.

- Yalnız əzələ kütləsini qorumağa yönəlmiş məşq rejiminə uyğun olaraq, iftardan sonra həftədə iki dəfə kardio etmək kifayətdir.

fenerbaxca-reyncerse-qarsi

Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçiriləcək.

“Mançester Yunayted” səfərdə “Real Sosyedad”ın, “Atletik” isə “Roma”nın qonağı olacaq.

“Fənərbaxça” evdə Şotlandiya təmsilçisi “Reyncers”i qəbul edəcək.

Avropa Liqası
1/8 finalın ilk oyunları
6 mart

21:45. Alkmar (Niderland) – Tottenhem (İngiltərə)
21:45. Real Sosyedad (İspaniya) – Mançester Yunayted (İngiltərə)
21:45. Styaua (Rumıniya) – Olimpik (Lion, Fransa)
21:45. Fənərbaxça (Türkiyə) – Reyncers (Şotlandiya)
00:00. Viktoriya (Plzen, Çexiya) – Latsio (İtaliya)
00:00. Bodo Qlimt (Norveç) – Olimpiakos (Yunanıstan)
00:00. Ayaks (Niderland) – Ayntraxt (Almaniya)
00:00. Roma (İtaliya) – Atletik (İspaniya)

Ronaldoya 99 şallaq zərbəsi vurulacaq? - Evli qadını qucaqlayıb öpüb

Kriştiano Ronaldo futbol ulduzunu təhdid edən cəza səbəbiylə İrandakı matça qatılmayıb.

Bu barədə "Daily Star" məlumat yayıb.

Qeyd edilib ki, Futbol meqastarı martın 3-də Asiya Çempionlar Liqasında İranın “İstiqlal” komandasına qarşı keçirdiyi oyunda iştirak etməyib. Ronaldo fevralda Tehranda “Persepolis”lə keçirilən əvvəlki oyunu da buraxmışdı.

İdmançının əlil fanatı, qolsuz iranlı sənətçi Fatimə Həmami ilə əlaqə saxladığı üçün onu “zinayaya görə 99 şallaq zərbəsi” cəzası gözlədiyi haqda xəbərlər yayılıb.

Ronaldo onu qucaqlayıb öpüb ki, bu da İranda evli qadına qarşı sərt qaydaların pozulması deməkdir.

Lakin İran səfirliyinin nümayəndəsi idmançının cəzalandırılacağı ilə bağlı məlumatı təkzib edib.

Səudiyyə Ərəbistanından verilən məlumata görə, Ronaldo yorğunluq səbəbindən oyuna çıxmayıb.(Publika.az)

liverpul-psj-ye-inter-feyenoorda-qarsi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha 4 qarşılaşma baş tutacaq.

“İnter” səfərdə “Feyenoord”un, “Liverpul” isə PSJ-nin qonağı olacaq.

“Bayer” evdə Almaniyanın digər təmsilçisi “Bayer”lə, “Benfika” isə “Barselona” ilə üz-üzə gələcək.

1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 finalın ilk oyunları

5 mart

21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)

00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

00:00. “Bayern” (Almaniya) – “Bayern” (Almaniya)

00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)

Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlandı

Futbol üzrə Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.

AFFA-nın rəsmi saytı xəbər verir ki, komanda rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək.

Qarşılaşma saat 21:45-də başlayacaq.

Xəbər lenti