UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq

UEFA Millətlər Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq.

Sonuncu - VI turda 9 qarşılaşma baş tutacaq.

Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması ilə yanaşı, Türkiyə də meydana çıxacaq. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gələcək.

Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olacaq.

UEFA Millətlər Liqası

VI tur

19 noyabr

A Liqası

III qrup

23:45. Bosniya və Herseqovina - Niderland

23:45. Macarıstan - Almaniya

Xal durumu: Almaniya - 13, Niderland - 8, Macarıstan - 5, Bosniya və Herseqovina - 1.

B Liqası

I qrup

23:45. Çexiya - Gürcüstan

23:45. Albaniya - Ukrayna

Xal durumu: Çexiya - 8, Gürcüstan - 7, Albaniya - 7, Ukrayna - 5.

IV qrup

23:45. Monteneqro - Türkiyə

23:45. Uels - İslandiya

Xal durumu: Türkiyə - 11, Uels - 9, İslandiya - 7, Monteneqro - 0.

C Liqası

I qrup

23:45. Slovakiya - Estoniya

23:45. İsveç - Azərbaycan

Xal durumu: İsveç - 13, Slovakiya - 10, Estoniya - 4, Azərbaycan - 1.

D Liqası

II qrup

23:45. Malta - Andorra

Xal durumu: Moldova - 9, Malta - 6, Andorra - 0.

Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video

Geridə qoyduğumuz həftədə ən yaddaqalan məqamlardan biri də braziliyalı ulduz futbolçu Ronaldinyonun Azərbaycana 3 günlük səfəri idi.

Ölkə.Az futbol əfsanəsi haqqında bir sıra faktları təqdim edir:

Əsl adı Ronaldo de Assis Moreyra olan futbolçu 1980-ci ildə Braziliyanın Porto Alegre şəhərində ən təhlükəli bölgələrindən birində, kasıb ailədə doğulub. 
"Ronaldinyo" ləqəbi portuqal dilində "kiçik Ronaldo" mənasını verir və onu braziliyalı digər Ronaldodan fərqləndirir. 
Anası satıcı, atası isə gəmiqayırma zavodunun işçisi və həvəskar futbolçu olub. 8 yaşında olarkən atası ürəktutmasından vəfat edib. Bu ölümdən dərindən sarsılan Ronaldinyo karyerası boyu atasını “ona yol göstərən qüvvə” hesab edirdi.
Onun böyük qardaşı Roberto de Assisin də futbol karyerası olub və Ronaldinyonun inkişafında mühüm rol oynayıb.
Ronaldinyo futboldan əvvəl bir müddət futzal oynayıb və bu da ona təcrübə yığmağa imkan verib.
13 yaşında bir matçda vurduğu 23 qolla Braziliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının diqqətini çəkməyi bacaran Ronaldinyo 1997-ci ildə Misirdə keçirilən FIFA U-17 Dünya Çempionatında qalib gəlir.

Ronaldinyo gənclik karyerasına Braziliyanın “Qremio” klubunda başlayıb. Gənc yaşlarında müstəsna driblinq bacarığı ilə diqqəti cəlb edib.
O, karyerası boyu həmçinin “Pari Sen-Jermen”, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” klublarında və Braziliya millisində oynayıb.
Kiçik ronaldo millidə oynayarkən 97 matçda 33 qol vuraraq Braziliyanın ən böyük oyunçularından biri kimi geniş şöhrət qazanıb.
2001-ci ildə “Arsenal” Ronaldinyonu transfer etmək istədiyini açıqlasa da, o, Braziliya millisində çox az oyun keçirərək iş icazəsi ala bilmədiyi üçün sövdələşmə baş tutmur.

Ronaldinyonu tez-tez Pele ilə müqayisə edirdilər. Pele də dəfələrlə onu tərifləyərək futbolçunun özünəməxsus üsluba sahib olduğunu bildirib.

Karyerasının böyük bir hissəsində “Pepsi” ilə reklam razılaşması olan Ronaldinyo 2011-ci ildə “Coca-Cola” ilə müqavilə imzalayır, lakin bir xəbər proqramında onun “pepsi” içməsindən sonra razılaşma pozulur.
Futbolçu ilə bağlı maraqlı faktlardan biri də onun 2001-ci ildə " Klon" serialının bir epizodunda rol almasıdır.
2019-cu ildə ödənməmiş vergilər və pul cəzalarına görə, ona aid 57 mülk, o cümlədən Braziliya və İspaniya pasportları müsadirə edilib.
O, 2020-ci ildə ölkəyə girmək üçün saxta pasportdan istifadə etməsi iddiası ilə Paraqvay polisi tərəfindən dindirilib və qardaşı ilə birgə saxlanılıb. 6 ay müddətinə azadlıqdan məhrum edilən Ronaldinyo həbsdə futzal turnirinə qatılıb və komandası qalib gəlib.

Ronaldinyo və qardaşı Assis 32 gün həbsdə qaldıqdan sonra 1.6 milyon dollar ödədikdən sonra sərbəst buraxılıb. O, cəzasının qalan hissəsini Paraqvayın paytaxtındakı 4 ulduzlu hoteldə tamamlayıb.
Futbol əfsanəsi Şotlandiya Premyer Liqasında çıxış edən "Sent Mirren" klubunda icarə əsasında oynamağı düşünür, lakin adı saxta pasport qalmaqalında hallandığı üçün bu baş tutmur.
Ronaldinyo Vətən müharibəsi dövründə ölkəmizi dəstəkləyən xarici məşhurlar sırasındadır. Belə ki, 2020-ci ilin 29 oktyabrında Azərbaycan xalqının yanında olduğunu bildirib.
Ronaldinyo xeyriyyəçilik səyləri ilə də tanınır. Braziliyada imkansız uşaqlar üçün təhsil və idman imkanları təmin edən Ronaldinyo İnstitutunu yaradıb.
O, 2004-2005-ci illərdə FİFA-nın Dünya üzrə ilin futbolçusu, Avropada ilin futbolçusu, sonrakı illərdə qızı buts, qızıl top, 2012-ci ildə Braziliyada ilin futbolçusu, UEFA-nın ilin futbolçusu və ilin hücumçusu və s. mükafatlara layiq görülüb.
Braziliyalı futbol əfsanəsi bir neçə il Hindistanda futzal oynadıqdan sonra 2018-ci ildə 38 yaşında peşəkar karyerasını başa vurub.
Ronaldinyo təqaüdə çıxdıqdan sonra musiqi və əyləncə sektorunda da fəaliyyət göstərib. Onun lüks avtomobilləri müsadirə olunduqdan bir neçə ay sonra siyasi mahnıda bəzi sətirlər oxuyaraq rep karyerasına başlayıb. Hətta dicey kimi də səhnəyə çıxıb.

 

Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO

Dünyanın səbirsizliklə və həyəcanla izlədiyi Mayk Tayson və YouTuber Cek Paul arasında keçirilən tarixi boks yarışı başa çatıb.

 58 yaşlı əfsanəvi boksçu Mayk Tayson tarixi boks matçının keçiriləcəyi Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumlu ATT Stadionuna üzərində "Iron Mike (Demir Mike)" yazılmış gödəkçə ilə daxil olmasının paylaşımını edib və bu da qısa zamanda dünya mediasında ciddi reaksiyaya səbəb olub.

Yarış başlayan zaman Paul rinqə avtomobillə çıxıb. Ondan fərqli olaraq Tayson rinqə sadə bir giriş edib.

Yarışın nəticəsi olaraq, Cek Paul yarışın qalibi olub.

 

UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.

C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.

Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

16 noyabr

V tur

18:00. Azərbaycan - Estoniya

Baş hakim: Con Biton (Şotlandiya).

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

"Barselona" prezidenti COP29 üçün Bakıya gəlir

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.

Oxu.az verdiyi məlumata görə, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.

Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb.

Laporta 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib.

Messi bu tarixdə Azərbaycana gəlir

Məşhur futbolçu Messi dekabrın 10-da Azərbaycana gələcək.
bu barədə Axar.az-a məlumatlı mənbə bildirib.

AFFA prezidenti Ronaldinyo ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf braziliyalı futbol ulduzu Ronaldinyo ilə görüşüb.

Görüş COP29 çərçivəsində Bakıda baş tutub.

Görüş zamanı Rövşən Nəcəf və Ronaldinyo qarşılıqlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, COP29 çərçivəsində ölkəmizə gələn Ronaldinyo müxtəlif tədbirlərdə iştirak edir.

Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı

Kadi Borgesin gedişindən sonra “Qarabağ”ın sağ cinahında müşahidə olunan problem tədricən həllini tapmaqdadır.

Sportinfo.az xəbər verir ki, “Köhlən atlar”ın yayboyu heyətinə qatmaq istədiyi, lakin “hə”sini sentyabrda aldığı Aleksey Kaşuk artıq özünü göstərməyə başlayıb.

Ukraynalı vinger qol və assist sayındakı məhsuldarlığını get-gedə artırır. Bu gedişlə qış fasiləsinə qədər komandanın ən faydalı oyunçusuna çevriləcək.

“21 nömrə” Premyer Liqada 5 görüşdə şans qazanıb ki, bunların 3-də əsas heyətdə yer alıb, 2-də mübarizəyə sonradan qoşulub.

“Kəpəz”lə “Zirə”nin qapısına qol vurub, “Şamaxı”yla dueldə assist müəllifi olmaqla yanaşı, komandasına penalti qazandırıb.

Uzaqgörən Qurban Qurbanov Kaşukun son həftələrdəki inamlı çıxışını görüb “Bode Qlimt”lə qarşılaşmada ona start heyətində yer verib, 62 dəqiqə meydanda olmasına şərait yaratmışdı.

Lakin Avropa Liqası ilə Azərbaycan Premyer Liqasının səviyyəsi eyni olmadığından, yeni transferin “axsadığı” hiss olunurdu.

Göstərdiyi oyun və məhsuldarlıq Alekseyin “Qarabağ” üçün yararlı olacağından xəbər verir. Emanuel Addaidən fərqli, o, kifayət qədər texnikalı və ağıllı oyunu ilə seçilir. Qurbanovun ondan istədiyi başını işə salmasıdır.

Bu gün üçün ən vacib problemi fiziki hazırlıqsızlığıdır. Daha doğrusu, gözlənilən formada deyil. Bu da özündən qaynaqlanır.

Yayboyu Masazırdan vurub Mərdəkandan çıxan, “Gənclik”dən yenə Mərdəkana gedən ukraynalının istirahəti üstün tutmasının yaratdığı çətinlik indi özünü açıq-aşkar göstərir.

İstənilən effekti verməsi üçün daha bir neçə həftə tər tökməyə məhkumdur. Həm də sıradan məşqlərlə yox, digərlərindən bir qarış çalışmaqla. Fiziki durumunu qaydasına salsa, “Sabah”dakından da faydalı Kaşuk görəcəyik.

Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto

Xəbər verdiyimiz kimi, Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo Bakıdadır.

Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov futbolçu ilə bir araya gəlib.

O, sosial media hesabında birgə çəkdirdikləri fotonu yayımlayaraq "Bakıya xoş gəldiniz" deyə, yazıb.

 

 

 
Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video

Xəbər verdiyimiz kimi, braziliyalı ulduz futbolçu Ronaldinyo (Ronaldo de Assis Moreyra)hazırda Bakıda keçirilən və noyabrın 22-də qədər davam edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası - COP29-da iştirak etmək üçün Bakıya gəlib.

Ötən gün paytaxta çatan məşhur futbolçu təyyarədən video da paylşaıb.

Futbolçu portuqal dilində danışdığından Bakının adını çəksə də, çoxları onun nə dediyini anlaya bilməyib.

"Salam, Bakı, gəlirəm. Orada olacağam, tezliklə görüşərik" - Ronaldinyo deyib.

Xəbər lenti