![]() |
|
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura 9 oyunla yekun vurulacaq.
İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya” ilə üz-üzə gələcək.
“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un qonağı olacaq. İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya)
21:45. “Lill” (Fransa) - “Şturm” (Avstriya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə)
00:00. “Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) - “Monako” (Fransa)
00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya)
00:00. “Feyenoord” (Niderland) - “Sparta” (Çexiya)
00:00. “Ştutqart” (Almaniya) - “Yanq Boys” (İsveçrə
Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar hazırda Bakıda səfərdə olan əfsanəvi futbolçularla görüşüblər.
“Bu barədə Əli Ağalarov öz instaqram hesabında paylaşım edib.
Fotoda futbolun əfsanələri Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba yer alıb.
Paylaşımda “Azərbaycana xoş gəlmisiniz” sözləri yazılıb.
Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.
Bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.
Tədbirdə xüsusi musiqi atmosferi olacaq.
Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.
UEFA Çempionlar Liqasında bu gün VI tura start veriləcək.
Turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya), “İnter” (İtaliya) isə Almaniya təmsilçisi “Bayer 04”ün qonağı olacaq.
İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
10 dekabr
21:45. “Dinamo” (Xorvatiya) - “Seltik” (Şotlandiya)
21:45. “Jirona” (İspaniya) - “Liverpul” (İngiltərə)
00:00. “Leyptsiq” (Almaniya) - “Aston Villa” (İngiltərə)
00:00. “Bayer 04” (Almaniya) - “İnter” (İtaliya)
00:00. “Atalanta” (İtaliya) - “Real” (İspaniya)
00:00. “Brügge” (Belçika) - “Sportinq” (Portuqaliya)
00:00. “Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)
00:00. “Zaltsburq” (Avstriya) - PSJ (Fransa)
00:00. “Brest” (Fransa) - PSV (Niderland)
Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.
Milli.Az xəbər verir ki, belçikalı keçmiş referi Avropa Liqasının əsas mərhələsində İsveçdə "Malmö" ilə Türkiyənin "Qalatasaray" komandası arasında keçiriləcək VI tur oyununun hakim-inspektoru olacaq.
Dekabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçın hakimlər briqadası hələ açıqlanmayıb.
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilir.
Publika.az-ın əldə etdiyi məlumata görə, AFFA prezidenti Rövşən Nəcəf portuqaliyalı mütəxəssis ilə yolların ayrılmasına qərar verib. O, milli komandanın uğursuz çıxışı ilə yanaşı 70 yaşlı mütəxəssisin son oyunlarda verdiyi açıqlamalardan və göstərdiyi bəhanələrdən razı qalmayıb. Buna görə də Fernandu Santuş ilə yolların ayrılmasına qərar verib.
Qərar AFFA İcraiyyə Komitəsinin gələn həftə - böyük ehtimalla, dekabrın 14-də keçiriləcək iclasında açıqlanacaq.
Santuşu isə azərbaycanlı mütəxəssis əvəz edəcək. AFFA prezidenti hazırda yerli məşqçilər arasında seçim edir. Ən real namizədlər isə Qurban Qurbanov və Rəşad Sadıqovdur.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
Mayamidə (ABŞ) baş tutan püşkatmadan sonra 32 komanda 8 qrupda yer alıb.
A qrupu: "Palmeyras" (Braziliya), "Portu" (Portuqaliya), "Əl-Əhli" (Misir), "İnter Mayami" (ABŞ);
B qrupu: PSJ (Fransa), "Atletiko" (İspaniya), "Botafoqo" (Braziliya), "Sietl Saunders" (ABŞ);
C qrupu: "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Boka Xuniors" (Argentina), "Oklend Siti" (Yeni Zelandiya);
D qrupu: "Flamenqo" (Braziliya), "Çelsi" (İngiltərə), "Leon" (Meksika), "Esperans" (Tunis);
E qrupu: "River Pleyt" (Argentina), "Monterrey" (Meksika), "İnter" (İtaliya), "Urava Red Daymonds" (Yaponiya);
F qrupu: "Fluminense" (Braziliya), "Borussiya" Dortmund (Almaniya), "Ulsan" (Cənubi Koreya), "Mamelodi Sandaunz" (CAR);
G qrupu: "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Vidad" (Mərakeş), "Əl-Ayn" (BƏƏ);
H qrupu: "Real Madrid" (İspaniya), "Red Bull Zalsburq" (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika).
Qeyd edək ki, turnir 2025-ci ildə iyunun 15-dən iyulun 13-dək keçiriləcək.
05 dekabr, 12:52
Gələn ilin yayında ABŞ-də keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasimi bu gün baş tutacaq.
Oxu.Az xəbər verir ki, 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək turnirin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Tarixdə ilk dəfə dünya çempionatında 32 klub iştirak edəcək.
Səbətlər:
1-ci səbət: "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Flamenqo" (Braziliya), "Palmeyras" (Braziliya), "River Pleyt" (Argentina), "Fluminense" (Braziliya).
2-ci səbət: "Çelsi" (İngiltərə), "Borussiya Dortmund" (Almaniya), "İnter" (İtaliya), "Porto" (Portuqaliya), "Atletiko Madrid" (İspaniya), "Benfika" (Portuqaliya), "Yuventus (İtaliya), "Zalsburq" (Avstriya).
3-cü səbət: "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Ulsan" (Cənubi Koreya), "Əl-Əhli" (Misir), "Vidad" (Mərakeş), "Monterrey" (Meksika), "Leon" (Meksika), "Boka Xuniors" (Argentina), "Botafoqo" (Braziliya).
4-cü səbət: "Urava Red Diamonds" (Yaponiya), "Əl-Ayn" (BƏƏ), "Esperance" (Tunis), "Mamelodi Sandaunz" (Cənubi Afrika), "Paçuka" (Meksika), "Sietl Saunders" (ABŞ), "Oklend Siti" (Yeni Zelandiya), "İnter Mayami" (ABŞ).
Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıya gəlirlər.
dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik.
Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan ulduz futbolçu Kriştiano Ronaldonun İslam dininə hörməti diqqət çəkib.
lent.az bildirir ki, bu haqda onun keçmiş komanda yoldaşı Valid Abdullah bildirib. Onun sözlərinə görə, Ronaldo İslam dini ilə çox maraqlanır və namaz rükətlərini öyrənir.
Valid Abdullah həmçinin deyib ki, məşqlər zamanı azan səsini eşidən Ronaldo baş məşqçidən məşqi saxlamağı və müsəlman oyunçuların namaz qılmasını xahiş edir.
Qeyd edək ki, Abdullah 2017-ci ildən "Əl-Nəsr"də qapıçı kimi çıxış edib. O, keçən yay klubdan ayrılaraq, "Əl-Dirayyah" klubuna transfer olunub.
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.
Buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərə) görə 14000 avro ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində "Qarabağ"ı 28500 avro cərimələyib.