![]() |
|
"Neftçi" Misli Premyer Liqasının XXI turunda bu gün "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 18:30-da start götürəcək.
"Ağ-qaralar" hazırda 18 xalla 7-ci, qonaqlar 17 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ilk görüşündə "Sabah" "Kəpəz"lə üz-üzə gələcək. Bu matç saat 16:00-da başlayacaq. Paytaxt klubu 28 xalla 5-ci, Gəncə təmsilçisi isə 14 xalla 10-cu yerdədir.
Misli Premyer Liqası
III dövrə, XXI tur
31 yanvar
16:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
18:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Neftçi Arena"
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
UEFA Avropa Liqası matçında Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
"Qarabağ" bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edəcək.
Liqa mərhələsinin VII turuna təsadüf edəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qarşılaşma saat 21:45-də start götürəcək. Görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. "Qarabağ" - FCSB (Rumıniya)
Baş hakim: Filip Qlova (Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq.
Turun maraqlı görüşlərindən biri Fransanın paytaxtı Parisdə baş tutacaq.
PSJ doğma meydanda "Mançester Siti” ilə qarşılaşacaq. "Real” evdə "Zaltsburq”la üz-üzə gələcəksə, "İnter” səfərdə "Sparta”nın qonağı olacaq.
UEFA Çempionlar Iiqası
Liqa mərhələsi
VII tur
22 yanvar
21:45. "Leyptsiq” (Almaniya) - "Sportinq” (Portuqaliya)
21:45. "Şaxtyor” (Ukrayna) - "Brest” (Fransa)
00:00. "Real” (İspaniya) - "Zaltsburq” (Avstriya)
00:00. PSJ (Fransa) - "Mançester Siti” (İngiltərə)
00:00. "Sparta” (Çexiya) - "İnter” (İtaliya)
00:00. "Arsenal” (İngiltərə) - "Dinamo” (Xorvatiya)
00:00. "Seltik” (Şotlandiya) - "Yanq Boys” (İsveçrə)
00:00. "Feyenoord” (Niderland) - "Bavariya” (Almaniya)
00:00. "Milan” (İtaliya) - "Jirona” (İspaniya)
Qeyd edək ki, Liqa mərhələsində sonuncu - VIII turun oyunları yanvarın 30-da keçiriləcək.
Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tura start veriləcək.
İlk oyun günündə 9 matç keçiriləcək.
Turnir cədvəlinin lideri, ən az pley-offa vəsiqəni təmin etmiş “Liverpul” “Lill”i qəbul edəcək.
“Barselona” “Benfika”nın “Yuventus” isə “Brügge”nin qonağı olacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur
21 yanvar
21:45. “Atalanta” (İtaliya) - “Şturm” (Avstriya)
21:45. “Monako” (Fransa) - “Aston Villa” (İngiltərə)
00:00. “Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya)
00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya)
00:00. “Brügge” (Belçika) - “Yuventus” (İtaliya)
00:00. “Atletiko” (İspaniya) - “Bayer” (Almaniya)
00:00. “Liverpul” (İngiltərə) - “Lill” (Fransa)
00:00. “Srvena Zvezda” (Serbiya) - PSV (Niderland)
00:00. “Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)
FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni tamam və ya davam oyunu Bakıda baş tutacaq.
7 yanvar Bakıda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada 1-0 önə keçmişdi.
14 yanvarda keçirilmiş cavab oyununda isə “Hapoel Holon” 65-62 hesablı qələbəylə seriyada ümumi hesabı bərabləşdirməyi bacarmışdı.
Qeyd edək ki, klublar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında oynanılacaq.
"Flamenqo"ya transfer olunan "Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.
Bu barədə "CNN Brasil" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir. Amma forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. /report
Futbol üzrə İspaniya Superkubokunun qalibi bəlli olub.
Bu gün final görüşü keçirilib.
"Barselona" "Real"la qarşılaşıb. Gərgin keçən matçda 7 qol vurulub.
Kataloniyalılar 5:2 hesablı qələbəyə seviniblər. Komandanın qollarına Lamin Yamal, Robert Levandovski, Alexandro Baldye imza atıb. Rafinya isə dubl müəllifi olub.
"Kral klubu"nun heyətində isə Kilian Mbappe və Rodriqo fərqlənib.
Bununla da "Barselona" tarixində 15-ci dəfə İspaniya Superkubokun qalibi olub.
“Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilir ki, “Qarabağ” bu transferdən bonuslarla bir yerdə 4 milyon avro qazanacaq.
La Liqa klubu braziliyalı forvardla 2028-ci ilin sonuna qədər müqavilə imzalayacaq.