qarabagin-futbolcusu-qurban-qurbanovla-qohum-olur

Azərbaycan millisinin və “Qarabağ”ın üzvü Abbas Hüseynovun bu gün toyu olacaq.

Sports.az xəbər verir ki, müdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanovun qızı ilə ailə həyatı qurur.

Toy mərasiminin Bakıdakı şadlıq evlərinin birində baş tutacağı bildirilir.

Fərid Qayıbov Bakıda səfərdə olan Mesut Özili qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini və Mesut Özili qəbul edib.

Nazirlikdən verilən məlumata görə, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbul görə təşəkkür ediblər.

millimizin-slovakiya-ile-matcinin-hakimi-aciqlandi

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turunda keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.

Millətlər Liqasının IV turunun matçını Norveç təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın referisi Rohit Saqqi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan - Slovakiya oyunu oktyabrın 14-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Lionel Messi ilk ətirini təqdim etdi

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi özünün "Messi Fragrances" ətir xəttini buraxıb.

İlk ətir Leo Messi Eau De Parfum olub. Oktyabrın 10-da 100 ml şüşə üçün 105 dollar qiymətinə satışa çıxarılacaq. Hədiyyə dəsti 120 dollar olacaq.

“Mən həmişə ətirlə bağlı ehtiraslı olmuşam və öz imzam olan ətirimi yaratmaq üçün çox həyəcanlıyam. Bu, dünyada bütün pərəstişkarları üçün fərdi şüşədə həqiqətən unikal və ruhlandırıcı ətirdir”, - Messi sosial şəbəkələrdə yazıb.

“Sadəcə futbol ikonasından daha çox şeydən ilhamlanan bu ətir Messinin təvazökar, lakin güclü şəxsiyyətinin mahiyyətini əks etdirir. Bu, hamımızın içində olan gizli güclü tərəfləri və sakit inamı oyatmaq üçün nəzərdə tutulmuş çoxşaxəli əfsanəni əks etdirən qoxu səyahətidir. Gözə görünəndən çox-çox kənara çıxan bir hekayəni izah edən bir ətir”, - ətrin təsvirində deyilir.(lent.az)

"Neftçi"də yeni baş məşqçi kim olacaq? - NAMİZƏDLƏR

"Neftçi" klubu Roman Qriqorçukla yollarını rəsmən ayırdı.

Offsideplus.az-ın məlumatına görə, "ağ-qaralar"da baş məşqçi vəzifəsinə 4 əsas namizəd var. Onlar aşağıdakılardır:

Arif Əsədov, Samir Abasov, Mahmud Qurbanov, Aftandil Hacıyev.

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında 9 oyuna 5 xal toplayaraq turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

behlul-mustafazade-millinin-heyetinden-cixarildi

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə millinin heyətindən çıxarılıb.

Buna səbəb futbolçunun zədəli olmasıdır.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Qurbanovdan məğlubiyyət şərhi: psixoloji yorğunluq var

"Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu.

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Malmö"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis matçın nəticəsi ilə bağlı bunları söyləyib:

"Əfsus ki, məğlub olduq. Doğma azarkeşlər önündə məğlub olmaq istəməzdik. İkinci hissədə erkən qol buraxdıq. Bu bir qədər təsir etdi. Rəqibi təbrik edirəm".

Baş məşqçi heç vaxt həvəsdən düşmədiklərini söyləyib:

"Deməzdim komanda həvəsdən düşüb. Elə bir vaxtdır ki, bəlkə də psixoloji yorğunluq var. Heç vaxt həvəsdən düşməmişik. Müəyyən reallıqları qəbul etməliyik. Daha yaxşı oynaya bilərik. Belə oyunlarda həddindən artıq motivasiya olmalıdır. Düşünürəm ki, "Malmö" ilə oyundan sonra futbolçular da bunu bir daha anladılar. İnanıram ki, bu oyunun bizə faydası olacaq".

O, heyətdəki qapıçıların oyununa da toxunub:

"Qapıçılarla bağlı düşünəcək bir şey yoxdur. Onların hansı çempionatdan gəldiklərini nəzərə alsaq hər ikisinin bacarığı, böyük potensialları olduğunu deyə bilərəm. Şahruddin Məhəmmədəliyevin kollektivlə məşq üçün bir qədər vaxta ehtiyacı var. Düşünürəm ki qarşıdakı günlərdə daha da yaxşı olacaq. İndi ediləcək nəsə yoxdur".

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.

Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. "Qarabağ" - "Malmö" (İsveç)

Baş hakim: Anastasios Papapetru.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu. "Köhlən atlar" turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.

zire-kepeze-neftci-sumqayita-qarsi

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Bu gün 2 oyun baş tutacaq.

Əvvəlcə “Zirə” “Kəpəz”i qəbul edəcək. Xala və qələbəyə həsrət olan Gəncə təmsilçisinin Zirədəki oyunda da şansları yüksək qiymətləndirilmir.

Digər oyunda isə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Neftçi” də bu gün qələbə həsrətinə son qoymağa çalışacaq.

Daha öncə “Araz-Naxçıvan” “Səbail”ə 3:2 hesabıyla qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
8-ci tur
28 sentyabr

“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
“Neftçi Arena”, 19:30.

“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” (İsveç) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxacaq.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" görüşü oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. (Report)

Xəbər lenti