![]() |
|
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 26-cı pillədə qərarlaşıb.
Yığmanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Siyahıya Çin (43 qızıl, 30 gümüş, 14 bürünc) başçılıq edir. Böyük Britaniya (29 qızıl, 15 gümüş, 10 bürünc) ikinci, ABŞ (13 qızıl, 19 bürünc, 10 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının I tur oyununun təyinatları müəyyənləşib.
AFFA-nın rəsmi saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Balázs Berkeyə Vencel Toth və Balazs Szert köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan millisinin sentyabrın 5-də evdə İsveç, 8-də səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.
Baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov
Müdafiəçilər: Amin Seydiyev, Qismət Alıyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov
Yarımmüdafiəçilər: Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev.
Hücumçular: Ozan Can Kökçü, Ramil Şeydayev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edir:
“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”
Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılacaq.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində başlayacaq.
Yeni mövsümündən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.
Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.
1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın "Real" klubu olub.
"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi "Dinamo" ilə cavab matçına çıxacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.
Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
20 avqust
"Qarabağ" - "Dinamo" (Xorvatiya)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Futbolda belə oyunlar olur.
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis 0:6 hesabı ilə məğlub olduqları oyunu şərh edib:
"Matç barədə danışmaq çox çətin və ağırdır. Futbolda belə oyunlar olur. Hansı ki, rəqibin meydanda hər istədiyi alınır, amma səninki yox. Rəqib cərimə zərbəsindən vurduğu qolla başladı. Daha sonra qapımıza gözlənilməz penalti təyin olundu. İlk hissənin son dəqiqəsində buraxdığımız qoldan sonra nəyisə dəyişmək çətin idi. 6 qoldan 4-nü standart vəziyyətlərdən buraxmışıq".
R.Sadıqov "Omoniya"nın böyükhesablı qələbəsində azarkeşlərin böyük pay sahibi olduğunu bildirib:
"Azarkeşləri komandalarını sona qədər dəstəklədilər. Onların böyük dəstəyi bizim üzərimizdə basqı yaradırdı. Əslində ilk dəqiqələrdə, hər şey normal idi. Düşünürdük ki, hər şey bərabər səviyyədə davam edəcək. Cərimə zərbəsindən vurduqları qoldan sonra daha inamlı çıxış etməyə başladılar".
Qeyd edək ki, "Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.
"Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
"Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda öndədir - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.
""Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçı start götürüb.
"Qarşılaşma "Maksimir" stadionunda keçirilir. Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Dinamo” (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada "Dinamo" (Zaqreb) klubunun qonağı olacaq.
"Maksimir" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
"Qarabağ" - "Dinamo" (Xorvatiya)
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Zaqreb, "Maksimir" stadionu.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodriqeslə ayrılacağı təqdirdə 85 min funt sterlinq ödəməli olacaq.
Cütlüyün arasında Alana Martina adlı qızları olarkən ayrılacaqları təqdirdə Ronaldunun Corcinaya 85 min funt sterlinq ödəməsi ilə bağlı müqavilə imzalanıb.
Əlavə edək ki, müqavilə 2017-ci ildə imzalanıb.