Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ

Pakistan və Hindistan arasında gərginlik sürətlə artır. Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində baş vermiş silahlı hücum nəticəsində 26 mülki şəxsin həyatını itirməsindən sonra Hindistan cavab olaraq İndus hövzəsində su axınını dayandıraraq Pakistana su göndərilməsinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu hadisələr fonunda Türkiyə, içində SİHA-ların (silahlı pilotsuz uçuş aparatları) da yer aldığı hərbi texnika və silah-sursat daşıyan 6 ədəd hərbi yük təyyarəsini Pakistana göndərib.

Silahlı toqquşmalar 

Qanlı hücumdan sonra tərəflər qarşılıqlı ittihamlarla çıxış edərək, uzun illər sonra ilk dəfə sərhəd bölgəsində açıq silahlı toqquşmaya giriblər. Regionda vəziyyətin gərginliyi davam edir. Həm Hindistan, həm də Pakistanın nüvə silahlarına sahib olması isə beynəlxalq ictimaiyyətin narahatlığını daha da artırır.

Dünyanın gözü bu gerginlikte! Türkiye 6 uçak dolusu silah gönderdi

Hücum turistlərin ölümü ilə başladı

Hadisələr Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalgam bölgəsində 22 aprel tarixində baş verən silahlı hücumla başlayıb. Həmin hücum nəticəsində 26 turist həyatını itirib, çox sayda insan isə yaralanıb. Hindistan hücumda Pakistanı günahlandıraraq, İndus Suları Müqaviləsini dayandırıb və Pakistan diplomatlarını ölkədən çıxarmağa qərar verib. Eyni zamanda, Pakistana qarşı viza xidmətlərini də ləğv edib.

Türkiyədən səssiz dəstək

"Türkiyə" qəzetinin xəbərinə görə, Türkiyə Ordusu tərəfindən Pakistana göndərilən 6 hərbi yük təyyarəsində silah, raket və PUA-lar yerləşdirilib. Pakistanlı rəsmilər "Türkiyə səssiz, lakin əsl dəstək nümayiş etdirir. Bizi izləməyə davam edin" açıqlaması ilə Ankaraya təşəkkür ediblər.

Hindistan və Pakistan ordusu qarşılıqlı atəş açır

Son iki gündə Hindistan və Pakistan hərbçiləri arasında atışmalar davam edir. Hindistan Ordusu bildirib ki, Pakistan tərəfdən açılan atəşə cavab olaraq, gecə yarısı sərhəddəki Pakistan postlarına qarşılıq verilib. Pakistan tərəfi hələlik rəsmi açıqlama verməyib.

Diplomatik böhran dərinləşir

Hindistan Pakistan vətəndaşlarına verilmiş bütün vizaları ləğv edib, İslamabaddakı Pakistan diplomatik heyətinə məhdudiyyətlər qoyub. Pakistan isə Hindistanla bütün ticarət əlaqələrini dayandırıb, hava məkanını bağlayıb və İndus hövzəsinə ediləcək istənilən müdaxiləni “müharibə səbəbi” kimi qiymətləndirəcəyini bəyan edib.

Pakistan - Hindistan gerilimi sonrası Türkiye'den silah hamlesi

Kəşmir münaqişəsinin tarixi

Kəşmir bölgəsi 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında mübahisəli ərazi olaraq qalır. Hindistan bölgənin bir hissəsinə, Pakistan isə digər hissəsinə nəzarət edir. 2019-cu ildə Hindistan Cammu və Kəşmirin yarı muxtar statusunu ləğv edərək birbaşa Yeni Dehliyə tabe etdikdən sonra tərəflər arasında gərginlik daha da artmışdı.

Nüvə səviyyəli təhlükə

İki nüvə dövlətinin qarşıdurması, regionda və dünyada ciddi narahatlığa səbəb olub. Son hadisələr diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxaracaq səviyyəyə çatıb. Beynəlxalq ictimaiyyət tərəfləri sakitləşməyə çağırsa da, vəziyyətin nə zaman sabitləşəcəyi hələ də məlum deyil.

İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik

"İsrail ordusu HƏMAS-ı məğlub edə bilmədi, Qəzzadakı dağıntılar saxta qələbə təəssüratı yaratdı".

Bunu İsrail ordusunun istefada olan general-mayor Yitzhak Brik “Maariv” qəzetinə müsahibəsində deyib.

"İsrail ordusunun hazırda HƏMAS-ı məğlub etmək gücü yoxdur. Deməli, Qəzzada bütün bu dağıntılar qələbə təəssüratı yaratmaq məqsədi daşıyır. Bu təəssürat siyasi və hərbi liderlərin xalqı çaşdırması ilə gücləndirilir", - Brik deyib.

İsrail ordusunun HƏMAS-ı məğlub etmək gücündə olmadığını vurğulayan Brik, HƏMAS-ın hərbi gücünün İsrailin bəyan etdiyindən qat-qat az zərər gördüyünü və indi əvvəlki gücünə qayıtdığını bildirib.

Brik həmçinin qeyd edib ki, İsrail ordusunun HƏMAS-la mübarizə aparmaq və Qəzzada daimi dislokasiya qurmaq üçün kifayət qədər hərbi gücü yoxdur.

Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK

İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Ölkə.Az xəbər verir ki, qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

 

 

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər. 

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

İNTERPOL-un Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı Bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı Bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Yaxın vaxtlarda Bakıda saxlanılan A.Derrazla bağlı aparılan cinayət işi üzrə açıq məhkəmə baxışının başlanacağı və açıqlanacaq beynəlxalq korrupsiya dəlillərinin əlavə qalmaqallar yaradacağı gözlənilir.

Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır

Ermənistanın mövcudluğu təhdid altındadır, çünki bu ölkənin geopolitik risklərin öhdəsindən gələ biləcək siyasi-diolomatik kadrları və uzunmüddətli perspektivlərə ümid yaradacaq manevrlər üçün yetərli zamanı yoxdur... Bu baxımdan, Ermənistan bir dövlət olaraq, tədricən geopolitik xəritədən yoxa çıxmağa məhkumdur və bu uydurma dövlət ən yaxşı halda, yalnız Rusiyanın qeyri-rəsmi quberniyası kimi formal mövcudluğa ümid edə bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda Ermənistanın mövcudluq şərtlərinin qəlizləşməkdə olduğu müşahidə olunur. Rəsmi İrəvan Qərbə inteqrasiya siyasətində hələ də israrlı mövqe tutmağa çalışır. Ancaq nə ABŞ-dan, nə də Avropa Birliyindən əvvəlki kimi ciddi dəstək ala bilmir. Ona görə də, indi rəsmi İrəvan olduqca ciddi tərəddüdlər içərisində qalıb. Çünki Qərbə inteqrasiya siyasətindən imtina üçün yeganə alternativ Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə bağlıdır. Və bu, Ermənistanın müstəqilliyinin tamamilə Kremlə təhvil verilməsi üzrə inkişaf edə biləcək bir ssenaridir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı ətrafında yaranmış situasiyanı nisbətən öz xeyrinə dəyişməyə nail olmuş Rusiya indi Ermənistanı açıq mətnlə təhdid etməyə belə, başlayıb. Belə ki, Kreml Ermənistandan Qərbə inteqrasiya siyasətindən imtina tələb edir. Əks halda, rəsmi İrəvanı Ermənistanın Avrasiya İqtisadi İttifaqından qoyulacağı ilə hədələyir. Və bu, iqtisadi-ticari alternativləri olmayan Ermənistan üçün real fəlakət ssenarisi anlamı daşıyır.

Əslində, Paşinyan hakimiyyəti son illərdə yürütdüyü xaotik xarici siyasət kursu ilə Ermənistanı indiki qəliz vəziyyətə sürükləyib. Yəni, Ermənistanın son dövrlərdəki siyasi addımları ölkənin qarşılaşdığı mürəkkəb daxili və xarici təzyiqlərin əsas səbəbidir. Və rəsmi İrəvanın geosiyasi kursunda müşahidə edilən tərəddüdlər və daxili idarəetmədəki populist meyllər ölkənin uzunmüddətli sabitliyini ciddi şəkildə təhdid edir.

8f0f3659eddb9dd7b76a2cd0c307486e.jpg (252 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son illərdə Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək niyyəti nümayiş etdirsə də, faktiki addımlar bu istiqamətdə ardıcıl və təsirli deyil. Avropa məsələləri üzrə nazir müavininin vəzifədən uzaqlaşdırılması və onun əvəzləyicisinin hələ də müəyyən edilməməsi, inteqrasiya prosesinin prioritet olmaqdan çıxdığını göstərir. Bu isə Avropa Birliyində Ermənistanın etibarlı tərəfdaş ola biləcəyinə müəyyən şübhələr oyadır.

Eyni zamanda, buna paralel olaraq, rəsmi İrəvan yenidən Kreml ilə əlaqələri gücləndirməyə çalışır. Baş nazir Nikol Paşinyanın 9 May tədbirlərində iştirakı və MDB platformasında fəallıq göstərməsi, Ermənistanın Qərbdən uzaqlaşıb, yenidən Rusiyaya meyl etdiyini təsdiqləyir. ABŞ və Avropa Birliyindən umduğu dəstəyi ala bilməyən rəsmi İrəvan Ermənistanın iqtisadi və təhlükəsizlik baxımından, Rusiyaya daha çox möhtac olduğunu anlamağa başlayıb.

Digər tərəfdən, Qərbdən dəstəyi zəifləyən Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində böyük risklər ilə qarşılaşa biləcəyini də nəzərə almaq məcburiyyətində qalıb. Belə ki, baş nazir Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" Partiyası daxilində radikal dəyişiklik planları hazırlayıb. Bu baxımdan, erməni baş nazirin, mövcud parlament fraksiyasının 80 faizini əvəzləmək və tanınmayan şəxslərdən ibarət yeni bir siyahı ilə seçkilərə qatılmaq niyyəti, ictimaiyyətdə dəyişiklik təsəvvürü yaratmaq cəhdidir.

Təbii ki, baş nazir Nikol Paşinyanın bu populist taktikası köhnə uğursuzluqların üzərinə yeni simalarla "pərdə" çəkmək məqsədi güdür. Ancaq real islahatlar olmadan bu dəyişikliklərin yalnız qısa müddətli seçki manipulyasiyası olacağı da qətiyyən şübhə doğurmur. Ona görə də, Paşinyan hakimiyyətini yaxın gələcəkdə olduqca qəliz bir siyasi və geopolitik bir mərhələ gözləyir. Və bu mərhələnin Paşinyan hakimiyyəti üçün uğur gətirmə ehtimalı hazırda o qədər də inandırıcı görünmür.

1319f78dc5bc396ecbc981f6993b54c4.jpg (52 KB)

Məsələ ondadır ki, Ermənistanın qarşıdakı mərhələdə hansı istiqamətə yönələcəyi, əsasən həm ölkədaxili siyasi iradəyə, həm də xarici şərtlərə bağlı olacaq. Ona görə də, hazırda Ermənistan üçün proseslərin inkişaf istiqamətləri üzrə mümkün ssenarilər şaxələnmiş çoxvektorlu xarakter daşıyır. Birincisi ssenari üzrə Ermənistan həm Rusiya, həm də Avropa Birliyi ilə tarazlaşdırılmış siyasət yürüdə bilər. Əgər, real ölkədaxili islahatlar da aparılarsa, bu halda, sosial-iqtisadi sabitlik də mümkündür. Ancaq Ermənistan cəmiyyətində hökm sürən mövcud "siyasi mədəniyyət" və "elit struktur"un müqaviməti bu variantın uğur qazanmasına əngəl ola bilər.

Rəsmi İrəvanın indiki situasiyada üstünlük verə biləcəyi daha inandırıcı görünən ehtimal məhz Ermənistanın iqtisadi və siyasi sahələr üzrə yenidən daha çox Rusiyaya doğru üzünü çevirməsidir. Bu halda, rəsmi İrəvanın ABŞ, Avropa Birliyi və digər Qərb dövlətləri ilə münasibətlərinin ciddi şəkildə soyuya biləcəyi qətiyyən şübhə doğurmur. Və nəticədə bu, yenidən Rusiyanın təsiri altına düşən Ermənistanın siyasi müstəqilliyinin və daxili sabitliyinin daha da zəifləməsinə yol aça bilər.

Ona görə də, rəsmi İrəvanın siyasi və geopolitik manipulyasiya vərdişlərinə sadiq qalmağa çalışacağı indi daha çox inandırıcı görünür. Halbuki, Paşinyan hakimiyyəti yalnız görüntü xarakteri daşıyan siyasi dəyişikliklər edərsə, bu halda, ölkədaxili böhran da qaçılmaz olar. Yəni, Ermənistan cəmiyyətində ictimai narazılıq və yeni etiraz dalğaları baş qaldıra bilər. Bu baxımdan, radikal-revanşist siyasi düşərgənin yeni iğtişaşlara hazırlaşdığı bir şəraitdə idarəetmənin iflic vəziyyətinə düşməsi və sosial partlayış ilə bağlı risklər də kifayət qədər yüksəkdir.

Maraqlıdır ki, indiki situasiyada Ermənistan üçün ən məqbul variant yeni geosiyasi hədəflərə transformasiya imkanları aça biləcək dəyişikliklərə cəhd göstərməkdir. Ancaq bu, qısa deyil, daha uzunmüddətli perspektiv üçün pozitiv nəticələr vəd etdiyindən siyasi cəsarət də tələb edən ssenaridir. Çünki rəsmi İrəvanın Ermənistanı indiki qəliz situasiyadan çıxartmaq üçün uzunmüddətli hədəflərə hesablanmış çoxvektorlu diplomatiya yürüdə biləcəyi ciddi şübhələr doğurur. Və ən əsası belə riskli ssenari üçün həm də peşəkar siyasi-diplomatik kadrlar, eləcə də strateji düşüncə vərdişləri lazımdır.

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB)

Bütün bunları nəzərə aldıqda, Ermənistanın hazırda dövlətçiliyini qorumaq baxımından, öhdəsindən gəlməsi o qədər də asan olmayan problemlərlə qarşı-qarşıya qaldığı qətiyyən şübhə doğurmur. Belə ki, Ermənistan ilk növbədə gələcək sabitlik və inkişafı üçün xarici siyasətdə real və ardıcıl çoxvektorlu strategiya formalaşdırılmalıdır. Ölkə daxilində köklü institusional islahatlar aparılmalı, populist idarəetmədən imtina edilməlidir. Sosial-iqtisadi inkişaf üçün yeni, innovativ proqramlar hazırlayaraq, reallaşdırmalıdır. Siyasi-diplomatik kadrların peşəkarlığı artırılmalı və milli maraqlar uzunmüddətli perspektivlərə uyğunlaşdırılmalıdır.

Əks halda, Ermənistan regional və qlobal proseslərdə zəif, təsirə açıq bir subyekt olaraq qalacaq və ölkədaxili siyasi sabitliyi də həmişə ciddi təhlükə altında olacaq. Üstəlik, bütün bu ölkədaxili siyasi-iqtisadi və geopolitik risklər ümumiyyətlə, Ermənistanın mövcudluğunu belə, təhdid edən proseslərə də yol aça bilər. Çünki Ermənistanın bu risklərin öhdəsindən gələcək siyasi-diolomatik kadrları yoxdur.

Buna paralel olaraq, Ermənistanın uzun müddətli perspektivlərə ümid yaradacaq manevrlər üçün zamanı da mövcud deyil. Bu baxımdan, Ermənistan bir dövlət olaraq, tədricən geopolitik xəritədən yoxa çıxmağa məhkumdur. Və bu uydurma dövlət ən yaxşı halda, Rusiyanın qeyri-rəsmi quberniyası kimi formal mövcudluğa ümid edə bilər.

dunya-liderleri-romaya-toplasir

Xəbər verdiyimiz kimi, bu gün Papa Fransiskin dəfn mərasimi keçiriləcək.

Papanın vəsiyyətinə görə, o, Romanın mərkəzindəki Santa Maria Maggiore bazilikasında torpağa tapşırılacaq və bir əsrdən artıq müddətdə Vatikandan kənarda dəfn edilən ilk pontifik olacaq.

“Qafqazinfo”nun məlumatına görə, artıq dünya liderləri dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.

Onlar arasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp, Fransa Prezidenti Emmanuel Makron, Ukraya Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də var.

***

Dəfn mərasimində iştirak etmək üçün ABŞ-nin keçmiş prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden də Romaya səfər ediblər.

***

Romaya səfər edənlər arasında Böyük Britaniyanın Baş naziri Key Starmer, Braziliya Prezidenti Luis İnasio Lula da Silva, İtaliyanın Baş naziri Ciorcia Meloni və Argentina Prezidenti Xavyer Miley də var.

 

 





 
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.

XX əsrin faciəsi adlandırılan bu hadisə əsrin ən böyük texnogen fəlakəti olub.

Qəza 1986-cı il aprelin 26-da baş verib. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədər olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb.

Hadisənin təsirindən, yaratdığı xəstəliklərdən indiyə qədər ölənlərin dəqiq sayı bilinməsə də, ehtimal olunur ki, bu 50-100 min nəfər ola bilər.

Bununla yanaşı Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv çirklənmənin fəsadları ilə üzləşib. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.

Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında SSRİ-də yaşayan digər xalqların nümayəndələri kimi azərbaycanlılar da aktiv iştirak ediblər. İşlərə ümumilikdə 7 min azərbaycanlı cəlb edilib, onlardan 2 mini bu illər ərzində müxtəlif xəstəliklərdən ölüb.

Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Qeyd edək ki, BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.
Tramp ermənilərin gözləntilərini puç etdi

ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsindən istifadə etməməklə ermənilərin gözləntilərini puç edərək onları növbəti dəfə məyus edib.

Tramp 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsi yerinə ermənicə “böyük fəlakət” mənasını verən “meds yeghern” ifadəsini işlədib.

Tramp daha sonra qeyd edib: “Biz Ermənistanla strateji tərəfdaşlığımızı davam etdirməyi və regional sabitliyi qorumağı səbirsizliklə gözləyirik ”.

Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert

"Fransanın xarici siyasəti çox zəifdir. Fransa Aİ-nin prinsiplərinə əməl edir. Aİ isə daim deyir ki, Azərbaycanla ortaq dil tapmağa çalışın. Ermənistan Rusiyanın təsiri altına düşməsin. Biz başa düşməliyik ki, Parisin mövqeyi xeyli zəifləyib, çünki Fransa iqtisadi böhran keçirir. Nəticədə hər yerdə mövqelərindən geri çəkilir".

Bunu fransalı beynəlxalq məsələlər üzrə ekspert Tiqran Yeqanyan Fransa-Azərbaycan müansibətlərini şərh edərkən deyib.

Yeqanyan deyib ki, bu səbəblərdən də Paris-Bakı münasibətlərinin pis olmasına baxmayaraq, Paris çox ehtiyatlı davranır və Bakı ilə diplomatik münasibətləri kəsmək, Azərbaycandakı səfirini geri çağırmaq, Azərbaycanın Fransadakı səfirliyini bağlamaq üçün fəal addımlar atmır.

Ermənistanın gələcəyi və hansı siyasi qüvvənin və ya liderin idarə etməsi ilə bağlı məsələyə gəldikdə Yeqanyan deyib ki, hazırda Ermənistanın siyasi arenasında onu dirçəliş yolu ilə apara biləcək hər hansı qüvvə və ya ayrı-ayrı şəxsləri görmür:

“Erməni elitasının ən ciddi problemi odur ki, onlar Fransaya belə xarici xilasedicilərin gəlməsini gözləyirlər. Amma Fransada Emanuel Makronun Ermənistanı müdafiə etmək üçün “ağ atlı oğlan” rolunda çıxış etməycək. Makron hazırkı vəziyyətdən narazıdır, lakin onun Azərbaycana təzyiq rıçaqları yoxdur”.

O həmçinin qeyd edib ki, bu məsələdə Makron məsuliyyətdən yayınmağa və günahı AB rəhbərliyinə atmağa çalışır. “O, Ermənistan məsələsində təkbaşına hərəkət edə bilməyəcəyini və AB-nin dəstəyinə ehtiyacı olduğunu hər zaman bildirir”, - ekspert qeyd edib.

istanbulda-rusiya-turkiye-danisiqlari-basladi

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı ikitərəfli məsləhətləşmələr başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar qapalı şəkildə aparılır.

Məsləhətləşmələrdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla türkiyəli həmkarı Burak Akçapar Yılmaz iştirak edir.

Tərəflərin əsas olaraq regional məsələlər, ilk növbədə Suriya və Fələstindəki vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparacağı gözlənilir.

Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan

Bizi Qərbin Ermənistanın xilası olduğuna inandırmağa çalışanlar illüziyalar içində yaşayan avantüristlərdir, çünki Avropa İttifaqının Ermənistana yardım etmək və onun Aİ-yə üzvlüyünə həvəsləndirmək arzusu yoxdur.

Bunu Fransanın erməni icmasının fəal nümayəndəsi, beynəlxalq məsələlər üzrə ekspert Tiqran Yeqanyan deyib.

“İctimaiyyəti Aİ-nin xilas yolu olduğuna inandırmağa çalışanlar avantüristlər, cinayətkarlardır. Onlar Ermənistanı məhvə aparırlar”, - Yeqanyan bildirib.

Paşinyanla bağlı mövqeyini açıqlayan Yeqanyan deyib ki, Nikol özü nə düşündüyünü bilmir, onu anlamaq çətindir: “O qədər ziddiyyətli fikirlər söyləyir ki, nə Qərb, nə də ermənilər ona etibar edir. Mən başa düşürəm ki, o, nəyin bahasına olursa olsun, ləyaqəti bahasına olsa da, vaxt qazanmaq, hakimiyyətdə qalmaq və Azərbaycanla yeni müharibədən qaçmaq istəyir".

O əlavə edib ki, Ermənistanın yeni, güclü strateji təfəkkürə ehtiyacı var, diaspora ilə bağlı siyasətinə yenidən baxmalıdır: “Demoqrafik baza olmadan Ermənistan yaşaya bilməz. Əgər Ermənistan diaspora münasibətini dəyişməsə və cəsarətli repatriasiya proqramları hazırlamasa, o, sadəcə olaraq yox olacaq. Diasporda Ermənistanın gələcəyindən həqiqətən narahat olan yeni nəsil var".

Xəbər lenti