Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…

2020-ci ildə Azərbaycanla müharibənin başlanmasının səbəkarı Ermənistandır, başqa kimsə yox.

Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Erməni Universiteti”nin müəllim və tələbələri ilə görüşündə deyib.

“Bu müharibə baş verməməliydi. Bu müharibəni biz ermənilər, Ermənistan hökuməti törədib. Məsuliyyətsiz və səs-küylü bəyanatlarla müharibənin başalanmasını qızışdırdıq”, - Köçəryan qeyd edib.

Onu da xüsusi ilə bildirib ki, 2016-cı il 4 günlük aprel döyüşlərindən Ermənistan tərəfi ciddi dərs çıxarmalı idi: “4 günlük müharibədən almalı olduğumuz dərslərə, orduda ciddi dəyişikliklərə ehtiyac var idi. Lakin bunlara məhəl qoyulmur, heç kimin vecinə deyil… Ordunun əsas islahatları isə daha çox məmurların əsas ziyarət yerinin yeməkxana olduğu çiyələk islahatına bənzəyir”.

O əlavə edib ki, Ermənistan hakimiyyəti ordunun döyüş hazırlığı ilə maraqlanmırdılar və döyüş hazırlığı qabiliyyəti olan ordu anlayışının nə olduğunu anlamırdırlar. “Diqqət döyüş hazırlığına yönəldilməli idi. Ordu nədir? Dövr 2 ildir. Əsgərin hazırlığı 5-6 ay çəkir, 2 ildən sonra tərxis olunur. Əgər döyüşə hazırlığınız 2 il çəkirsə, əsgər tərxis olunandan sonra ordunuz olmayacaq, ya da onun döyüş effektivliyi kəskin şəkildə azalacaq. Və nəticəsi də göz qabağında…”

44 günlük Qarabağ savaşına gəldikdə Köçəryan ilginc faktlar deyib: "Müharibə başlayandan sonra üçüncü gün Qarabağda idim. İki həftə Qarabağda qaldım və deməliyəm ki, gələndən sonra ikinci və ya üçüncü gündə həm Bako Saakyandan, həm də Arkadi Qukasyandan Arayik Arutyunyanla görüş təşkil etməyi xahiş etdim. Mənim əsas mesajım müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etmək idi.
Çünki müharibəyə hazır olmadığımızdan ötən hər gün bizdə daha çox problemlərə səbəb olurdu.

Daha sonra Arayik Arutyunyan dedi: “Əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək”. Bako Saakyan bunu mənə sözbəsöz çatdırdı: “Biz Qarabağda əldə etdiklərimizi aldıq”.

PUA mövzusuna toxunan Köçrəyan qeyd edib ki, ilk əlamətlər artıq 2016-cı ildə var idi və ondan sadəcə olaraq çox ciddi nəticələr çıxarmaq lazım idi: “Biz Su-30-ları selfi üçün almamışdıq, zenit sistemlərinə ehtiyacımız var idi, hava hücumundan müdafiəyə çox ciddi sərmayələr lazım idi, amma bu, edilmədi. 2016-cı ildəki müharibədən nəticə çıxarmalı idik, amma biz ondan mahiyyətcə heç bir nəticə çıxarmadıq. Bu müddət ərzində biz Azərbaycana nəinki demək olar ki, bütün kəmiyyət göstəricilərində güzəştə getməyə başladıq, həm də təhlükəsizliklə bağlı məsələlərdə kəskin şəkildə güzəştə getməyə başladıq”.

İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel, jurnalist Fatih Altaylının proqramında mühüm açıqlamalar verib. Özel, prezident seçkiləri ilə bağlı müzakirələrə yeni bir formulla yanaşıb.

Ajans.az xəbər verir ki, Özgür Özel Ekrem İmamoğlunun məhkəmə prosesi nəticəsində azadlığa buraxılmaması halında, CHP olaraq prezidentliyə Mansur Yavaş namizəd göstərəcəklərini deyib. O əlavə edib ki, seçkilərin qazanılması halında, Türkiyə sürətlə parlament idarəetmə sisteminə keçəcək və Ekrem İmamoğlu baş nazir olacaq.

"Əgər İmamoğlu bu prosesdə hələ də həbsdə olarsa, biz CHP olaraq dayanmayacağıq. Mən avtobusun üstündə olacağam, Mansur Yavaş başqa bir şəhərdə olacaq. Qrup sədr müavinlərimiz və millət vəkillərimiz isə fərqli şəhərlərdə fəaliyyət göstərəcək. Mübarizəyə davam edəcəyik".

Özel daha sonra bu fikirləri əlavə edib:

"Əgər Ekrem İmamoğlu həbsdə qalarsa, biz seçkiləri 70 faiz səslə qazanarıq. Hətta xalq, parlamentdə konstitusiyanı dəyişdirəcək çoxluğu da bizə verər. Bundan sonra sürətlə gücləndirilmiş parlament sisteminə keçid təmin edilər. Sonra isə qərəzsiz bir prezident seçilər. O prezident də xalqın ürəyində yer etmiş bir şəxs olar. Mansur Yavaş prezident olar, sistem parlamentə keçər və Ekrem İmamoğlu baş nazir kimi icra hakimiyyətinin başında yer alar".

Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi

Erməni mediası onun səfərini həm lüzumsuz xərc adlandırıb, həm də heç kəsin Xaçaturyanı saymadığını yazıb - deputatdan şərh

Ötən həftəsonu beynəlxalq medianın diqqəti Papa Fransiskin dəfn mərasiminə yönəlmişdi. Dünyanın ən güclü dövlətlərinin əsas fiqurları Papa ilə son dəfə vidalaşmaq üçün Vatikanda idi.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan da mərasimdə iştirak edib. Lakin bu ölkənin tənqidçi mətbuatı onun səfərini həm lüzumsuz xərc adlandırıb, həm də erməni prezidentini heç kəsin saymadığını yazıb. Üstəlik, Ermənistan liderinin mərasimdə iştirakı “milli maraqlara zidd” qiymətləndirilib.

Erməni mediası bunu onunla “əlaqələndirib” ki, Azərbaycan dövlətinin Vatikanda xristianlığın tarixi haqda beynəlxalq konfrans təşkil etməsinə Papanın icazə verməsi “artsaxın erməni mədəni-mənəvi irsinin təhqir olunması”na şərait yaratmaq imiş. Yəni buna görə də Ermənistan prezidenti dəfnə getməməli idi.

Onu da deyək ki, Xaçaturyanın mərasimdə Fransa prezidenti Emmanuel Makronun əlini sıxması fotosu yayılıb. Həmçinin deyilir ki, dünya liderlərinin qrup fotolarında Ermənistan prezidentini tapmaq mümkün olmayıb.

“Ermənistan prezidentini hansı sırada oturtduqlarını təxmin etmək çətin deyil. Və əgər Papanın dəfnindən yeganə foto Makronla əl sıxışmasıdırsa, əlbəttə ki, bu barədə Vaaqn Xaçaturyanın Vatikana xərclərini saymaqdan daha çox düşünməliyik”.

Bəs ermənilər yeni Roma Papasından hansı mövqeyi gözləyir?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Vatikanda konfrans keçirməsi çox önəmli hadisədir. Deputatın sözlərinə görə, bu, Azərbaycanın uğurudur: “Azərbaycan bütün dini mərkəzlərlə çox sıx əlaqələr qurub. Ölkəmiz bu əlaqələri hər zaman inkişaf etdirib. Vatikanla Azərbaycanın münasibətləri hər zaman yaxşı olub, bundan sonra da belə olacaq. O ki qaldı Ermənistanın yanaşmasına, Ermənistan Vatikanla əlaqələri yüksək səviyyəyə qaldırmağa çalışır. Bunun üçün dəstək almağa səy göstərir. Hətta illər öncə Sərkisyan öz kürəkənini Vatikana səfir təyin etmişdi, məqsəd Vatikanın tam dəstəyini əldə etmək idi. Bu gün Ermənistanı qıcıqlandıran odur ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan-Vatikan münasibətləri daha güclüdür. Ermənistan isə nə qədər çalışsa da, Vatikanın dəstəyini ala bilmir. Bu, əslində Azərbaycanın uğurlu siyasətinin göstəricisidir”.

C.Məmmədovun fikrincə, Ermənistan qlobal güc, qlobal dini mərkəz kimi Vatikandan dəstək gözləyir: “Ermənistan buna nail ola bilmədiyi üçün qıcıqlanır. Yeni Roma Papasının da Ermənistanın haqsız mövqeyini dəstəkləyəcəyini gözləmirəm. Azərbaycanın Vatikanla qurduğu sağlam, möhkəm münasibətlər sayəsində bu qeyri-mümkündür. Odur ki, Ermənistanın narahatlığı anlaşılandır. Ermənistan birmənalı şəkildə hədəflərinə nail ola bilməyəcək”.

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, erməni prezidenti Vatikanda sayan olmadı: “Onun ən böyük "sevinci" Makronla görüş idi. Ümumiyyətlə, müharibədən sonra İrəvan əlini hara atırsa, boşa çıxır. Ona görə də bu səyləri də nəticəsiz qalacaq. Bundan əlavə, müharibədən sonra ermənilər xristianlıq faktorunu tez-tez qabartmağa çalışırlar. Bu minvalla daha böyük dəstək alacaqlarını gözləyirlər. Ancaq Ermənistan yeni yollar axtarmalıdır. Bu da sülhə xidmət etməlidir. Yəni Vatikana, Makrona üz tutmaqla hansısa pis niyyətlərini reallaşdıra bilməyəcəklər".

Ekspertin fikrincə, Vatikan dünyanın həm də siyasi mərkəzidir: “Burada bir sıra siyasi məsələlər danışılır. Yəni təkcə dini məbəd deyil. Biz Tramp-Zelenski görüşündə də buna şahid olduq. Ancaq Ermənistan Vatikana pənah apara bilməzdi. Onların nicatı Türkiyə və Azərbaycandan asılıdır. O baxımdan İrəvan tələbləri və götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Xatırladaq ki, Roma Papası Fransisk ölümündən bir gün əvvəl Pasxa bayramı münasibətilə yaydığı təbrikdə Azərbaycan və Ermənistanı sülhə çağırıb. O bu sülhün əbədiliyi üçün dua edib: “Bu bayram günündə gəlin Cənubi Qafqazı da xatırlayaq və dua edək ki, Ermənistan və Azərbaycan arasında yekun sülh razılaşması tezliklə imzalansın. Gəlin, dua edək ki, bu razılaşma imzalandıqdan sonra yerinə yetirilsin və regionda çoxdan gözlənilən əmin-amanlığa gətirib çıxarsın”.

Qeyd edək ki, aprelin 26-da Vatikanda, Müqəddəs Pyotr meydanında Roma Papası Fransiskin dəfn mərasimi keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin və digər rəsmilərin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalagerlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb. Xatırladaq ki, Papa Fransisk 2013-cü ildə Vatikanda Müqəddəs Taxt-Taca yüksəlib. O, dünyanın müxtəlif yerlərinə 30-dan çox missioner səfəri edib, burada sadə insanlarla şəxsən ünsiyyətdə olub və qəbulların hədsiz təmtəraq və xüsusi təhlükəsizlik tədbirləri olmadan keçirilməsini tələb edib.

İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyini açıqlayıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb:

“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb, 1903 binaya kiçik ziyan dəyib. İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz”.

Daha əvvəl bildirilib ki, Türkiyə hakimiyyəti təmir proqramı çərçivəsində beş il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Eyni zamanda, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikilməlidir. Ümumilikdə İstanbulda 6 milyonu yaşayış olmaqla 7,5 milyona yaxın ev var.

Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Rusiyada qeyri-qanuni qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statuslarını tənzimləməli və ya ölkəni tərk etməli olduğu müddəti 2025-ci il sentyabrın 10-dək uzadıb.

Rusiya prezidentinin müvafiq fərmanı hüquqi aktlar portalında yer alıb.

Əvvəlki fərman miqrantların hüquqi statuslarını aprelin 30-dək tənzimləməyi tələb edirdi.

Qeyd edək ki, Rusiyada fevralın 5-dən ölkədə qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması üçün xüsusi rejim qüvvədədir.

İndi deportasiya ilə bağlı qərarı polisin ərazi və nəqliyyat bölmələrinin rəisləri və müavinləri, Daxili İşlər Nazirliyinin miqrasiya xidmətlərinin rəisləri verə bilərlər.

Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək

Hazırda bütün diqqət Ukraynadakı müharibəyə yönəlsə də, bəzi qitə ölkələri Rusiya ordusunun Avropa ilə sərhədləri boyunca artan fəallığından narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Qərb kəşfiyyatı bildirir ki, Kreml hərbçilərin orduya cəlb edilməsini genişləndirir, silah istehsalını artırır və sərhəd bölgələrində dəmir yol xətlərini modernləşdirir. Xüsusilə Finlandiya ilə sərhəddəki aktivlik Kremlin NATO ilə potensial toqquşma hazırlığının tərkib hissəsi kimi səciyyələndirilir.

Kəşfiyyat məlumatına görə, Ukraynada müharibənin başlamasından əvvəl Rusiya 40-a yaxın T-90M döyüş tankını istehsal edib. İndi ildə təxminən 300 tank istehsal edir. Qeyd olunur ki, bunların heç biri Ukraynaya göndərilmir, sonrakı istifadə üçün Rusiya ərazisində saxlanılır.

Rusiyanın artilleriya, sursat və PUA istehsalının bu il ciddi şəkildə artacağı gözlənilir.

Fevralda Danimarka kəşfiyyatı xəbərdarlıq etmişdi ki, Rusiya NATO-nu zəif hesab edərsə, beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər. Avropalı kəşfiyyat rəsmisi nəşrə deyib ki, Rusiya NATO-nun kiçik bir ölkəsini, məsələn, Rusiya əhalisinin sayının əhəmiyyətli dərəcədə olduğu Estoniyanı işğal edərək alyansın birliyini sınamağa cəhd edə bilər.

Amerikalı analitik Maykl Koffmanın fikrincə, Rusiya 7-10 il ərzində üç keçmiş sovet ölkəsinə (Baltikyanı) - Litva, Latviya və Estoniyaya hücum edəcək.

Materialda vurğulanır ki, Rusiya yenidən silahlanma planlarını NATO ilə sərhədi boyunca yerləşdiriləcək yeni qoşunların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırır. Bu bölmələr yeni avadanlıqlarla təchiz ediləcək.

Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”

Şimali Koreya əsgərlərinin Kursk bölgəsinin azad edilməsində gedən savaşlarda uğurla iştirakı ilə bağlı bəyanat yayıb.

Şimali Koreya hökuməti ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.

Kurskun azad edilməsi ilə bağlı yayılan bəyanatda Şimali Koreya əsgərlərinin Kursk bölgəsində qəhrəmancasına vuruşduğu, yüksək döyüş ruhu və əzmkarlıq nümayiş etdirdiyi qeyd olunub. “Silahlı Qüvvələr neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”, - sənəddə deyilir.

Şimali Koreya lideri Kim Çen Inın verdiyi bəyanatda isə deyilir ki, Rusiya ərazisini öz ərazisi kimi görən əsgərləri Şimali Koreya ilə Rusiya arasındakı ittifaqın möhkəmliyini sübut etməklə yanaşı, fədakarlıqla döyüşüb əfsanəvi hərbi qəhrəmanlıq hekayələri yazıblar.

irandaki-partlayisda-olenlerin-sayi-artdi

İranın cənubunda Şəhid Rəcai limanında baş verən partlayış zamanı həlak olanların sayı 46 nəfərə çatıb.

“Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, hazırda insident zamanı yaralanan 138 nəfərin xəstəxanada müalicəsi davam etdirilir.

Bundan əvvəl yayılan məlumatda 40 nəfərin öldüyü, 1240-dan çox insanın isə xəsarət aldığı qeyd olunmuşdu.

Xatırladaq ki, aprelin 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda təkrar partlayışlar qeydə alınıb. İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohaceraninin sözlərinə görə, insident kimyəvi məhsullar anbarında baş verib. Bununla belə, partlayışa nəyin səbəb olduğu hələ məlum deyil. İnsidentlə bağlı araşdırma davam edir.

abs-yemene-zerbe-endirdi

ABŞ Silahlı Qüvvələri Yəmənin şimal-qərbində yerləşən Saada şəhərinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Al Masirah” telekanalı yayıb. 

Zərbələr həmin şəhərdə Afrika ölkələrindən olan miqrantların saxlanıldığı mərkəzə endirilib. 

Telekanalın məlumatına görə, hücum zamanı azı 30 nəfər həlak olub, daha 50 nəfər isə xəsarət alıb. Yaralılardan çoxunun vəziyyəti ağırdır. 

Mərkəzdə hücum zamanı 100-dən çox miqrantın olduğu bildirilib.

Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?

ABŞ Prezidenti Donald Tramp, Ağ Evə ikinci dönüşü zamanı böyük vədlər vermişdi: müharibələri dayandırmaq, dünyada sabitlik yaratmaq, Amerikanın iqtisadiyyatını yenidən dirçəltmək və ən əsası, ailə dəyərlərini qorumaq.

Musavat.com xəbər verir ki, Tramp administrasiyasının yeni dönəminin ilk 100 günü başa çatıb.

Bəs bu 100 gündə dünya necə dəyişdi? Tramp nələrə nail oldu, nələr isə hələ reallaşmadı?

Müharibələr: Vəd edilən sülh hələ də gözlənilir

Trampın ən böyük vədlərindən biri — müharibələri dayandırmaq — hələlik yerinə yetməyib. Əksinə, bəzi cəbhələrdə gərginlik daha da artıb.

Ukrayna məsələsi: danışıqlar, lakin nəticə yoxdur


• Tramp administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir neçə rəsmi və qeyri - rəsmi görüş keçirdi.
- Ağ Evdə fevral ayında baş tutan görüş bütün dünyanı şoka saldı. Tramp işğalçını deyil, işğala məruz qalanı ittiham etdi və Zelenski Ağ Evdən demək olar ki, qovuldu;

After meeting with Zelenskyy, Trump expresses doubts Putin is willing to  end the Ukraine war | PBS News

• Üzərindən bir az keçmiş Roma Papası Fransiskin dəfn mərasimində yenidən görüşdülər. Orada Tramp və Zelenski diz -dizə oturub, söhbətləşdilər. Aralarında nə masa vardı, nə də yanlarında kimsə...

• Lakin bu təmaslar hələlik nəticə verməyib. Tramp sadəcə bəyan etdi: “Barışa çox yaxınıq, amma vaxt yetişməyib.”

Bu səbəbdən, Rusiya-Ukrayna cəbhəsində atəşkəs və siyasi razılaşma əldə olunmayıb. Müharibə davam edir.

İsrail Qəzzada hərbi əməliyyatları davam etdirəcək

Yaxın Şərq: dəyişməyən gərginlik

• İsrailin Qəzzaya qarşı hərbi əməliyyatları davam edir.
• ABŞ bir tərəfdən atəşkəs çağırır, digər tərəfdən İsrailə dəstəyini açıq göstərir.
• Yaxın Şərqdə qan durulmayıb, əksinə vəziyyət daha da mürəkkəbləşib.

İranla gizli danışıqlar: ehtiyatlı açılımlar

• Tramp administrasiyası Oman və Roma vasitəsilə İranla dolayı danışıqlara cəhd etdi.
• İranda nüvə proqramı və bölgədə sabitlik mövzularında müəyyən yumşalma siqnalları verildi.
• Lakin hələlik real razılaşma əldə edilməyib.

İran məsələsində ehtiyatlı diplomatiya pəncərəsi açılıb, amma nəticə üçün daha çox iş lazımdır.

ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar? |  Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

ABŞ iqtisadiyyatı: Sərt rüsumlar, çətin nəticələr

• Tramp administrasiyası ticarət müharibələrini yenidən qızışdırdı.
• Çin, Avropa İttifaqı və digər ölkələrə qarşı sərt gömrük rüsumları tətbiq olundu.
• Bu siyasət dünya ticarətinə ağır zərbə vurdu, qlobal bazarlarda qeyri-sabitlik yarandı.
• ABŞ-da bir çox səhmlər çökməyə başladı, orta və böyük bizneslər ciddi ziyan gördü.

Bu təzyiqlərdən sonra:

• Tramp ticarət müharibələrinə 3 aylıq ara vermək məcburiyyətində qaldı.
• Bəzi ölkələrə tətbiq etdiyi rüsumları müvəqqəti dayandırdı.

Buna görə də Trampın “iqtisadi dirçəliş” tezisi olduqca mübahisəlidir: daxildə müəyyən sahələrdə canlanma olsa da, ümumi iqtisadi göstəricilər qeyri-sabitdir.

Demokratiya və insan haqları: Yeni yanaşma

• Tramp administrasiyası insan haqları və demokratiya məsələlərini xarici siyasətin əsas prioriteti elan etmədi.
• ABŞ artıq digər ölkələrə “demokratiya dərsi” vermək siyasətindən uzaqlaşdı.
• ABŞ-ın beynəlxalq nüfuzu qismən zərər gördü, amma daxildə milli maraqlara yönələn siyasət geniş dəstək aldı.

Trump administration dismantles LGBT-friendly policies - POLITICO

Trampın müsbət addımları: Ailə dəyərlərinin müdafiəsi və LGBT ideologiyasına qarşı qəti mövqe

Trampın 100 günü ərzində atdığı bəzi mühüm pozitiv addımlar isə böyük rezonans doğurdu:

1. Transgender siyasətinin sərtləşdirilməsi

• Tramp administrasiyası transgender fərdlərin ABŞ ordusunda xidmət etməsini qadağan etdi.
• Hərbi qüvvələrin effektivliyinin qorunması və ordunun ideoloji təzyiqlərdən uzaq saxlanılması üçün bu addım atıldı.

2. LGBT ideologiyasına qarşı açıq mövqe

• Tramp bildirib ki, ABŞ-da yalnız iki cins tanınacaq: kişi və qadın.
• Gender dəyişikliklərini və cinsi kimlik ideologiyalarını dövlət siyasətindən çıxarmaq üçün konkret addımlar atıldı.
• Bu qərar, ailə institutunu və ənənəvi dəyərləri təhdid edən radikal ideoloji axınlara qarşı mühüm bir cavab kimi dəyərləndirildi.

Trampın bu sahədəki addımları dünyada ailə dəyərlərinin və mühafizəkar təməllərin müdafiəsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.

3. Təhsil sahəsində “Patriotik təhsil” təşəbbüsü
• Tramp administrasiyası məktəblərdə “Patriotik təhsil” proqramının bərpası üçün təşəbbüs göstərdi.
• Məqsəd: gənc nəslə Amerika tarixinin müsbət tərəflərini öyrətmək, milli dəyərlərə hörmət aşılamaq.

Yekun: Trampın 100 günü — Böyük iddialar, seçici bazasına konkret mesajlar

Donald Trampın ikinci prezidentliyinin ilk 100 günü göstərdi ki:

• Müharibələr hələ bitməyib,
• İqtisadiyyat hələ tam dirçəlməyib,
• Lakin Tramp ABŞ daxilində ənənəvi dəyərlərin qorunması, LGBT ideologiyasının dövlət siyasətindən uzaqlaşdırılması, milli maraqların önə çıxarılması istiqamətində real və təsirli addımlar atıb.

Trampın ilk 100 günü: Azərbaycan və Türkiyə üçün yeni ümidlər, Ermənistan üçün isə çətin siqnallar

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyinin ilk 100 günü tamamlanıb. Bu müddət ərzində Vaşinqtonun Qafqaz və Türkiyə siyasətində əhəmiyyətli dəyişikliklər müşahidə olunub.
Azərbaycan üçün müsbət dinamika yaranıb, Ermənistan üçün isə əvvəlki himayədar dəstəyi azalıb. Türkiyə isə Tramp administrasiyası dövründə yenidən strateji tərəfdaş statusunu gücləndirməyə başlayıb.

Bəs bu dəyişikliklər nədən qaynaqlanır və gələcək üçün hansı siqnallar verir?

ABŞ-Ermənistan münasibətləri: Sürətli soyuma

Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Ermənistanla münasibətlərində nəzərəçarpacaq dərəcədə soyuma baş verib:
• Biden administrasiyası dövründə Ermənistan ABŞ və Avropa İttifaqı tərəfindən açıq şəkildə dəstəklənir, siyasi və hərbi yardımlarla silahlandırılırdı.
• Trampın rəhbərliyi dövründə bu kurs dayandırıldı. ABŞ artıq Ermənistanı “strateji müttəfiq” kimi ayrıca önə çıxarmır.
• Ermənistanın silahlandırılması proqramları dondurulub, maliyyə dəstəyi və diplomatik lobbi imkanları azaldılıb.
• ABŞ diplomatiyasında Ermənistanın adının çəkilməsi azalıb, mediada və rəsmi bəyanatlarda İrəvana qarşı neytral-soyuq münasibət formalaşıb.

Bu, regionda Ermənistanın balans imkanlarını zəiflədir və Azərbaycan qarşısında mövqeyini çətinləşdirir.

ABŞ-Azərbaycan münasibətləri: Yenidən doğan ümidlər

Əgər Biden dövründə ABŞ-Azərbaycan münasibətləri minimum səviyyəyə enmişdisə, Trampın qayıdışı bu münasibətlərdə yeni səhifə açır:
• Tramp administrasiyası Azərbaycanla konstruktiv dialoqu bərpa edib.
• ABŞ Dövlət Departamentinin son açıqlamalarında Azərbaycana qarşı ritorikadan konstruktiv və tərəfdaşlıq mesajlarına keçid müşahidə olunur.
• Azərbaycan və ABŞ arasında enerji, təhlükəsizlik və diplomatik sahələrdə yeni əməkdaşlıq perspektivləri yaranır.

Unutmaq olmaz ki:
• Prezident İlham Əliyev hələ Trampın seçki kampaniyası dövründə açıq şəkildə Trampı dəstəkləmişdi.
• Bu dəstək Azərbaycanda və ABŞ-da siyasi dairələrdə Trampın Azərbaycana fərqli yanaşmasına səbəb olub.

Nəticə olaraq, Trampın ilk 100 günü Azərbaycan üçün yeni dinamika, ümid və mövcud gərginliklərin aradan qaldırılması istiqamətində əhəmiyyətli fürsətlər yaradır.

ABŞ-Türkiyə münasibətləri: Güclənən dostluq

Donald Trampın ikinci dönəmdə Türkiyə ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir:
• Tramp açıq şəkildə Prezident Rəcəb Tayyib Ərdoğanı “dostum” adlandırır və onu açıq müdafiə edir.
• ABŞ administrasiyası Türkiyənin Suriya siyasətinə daha çox dəstək verməyə başlayıb.
• Türkiyənin Suriya şimalında apardığı əməliyyatlara ABŞ tərəfindən daha anlayışlı və təmkinli yanaşma nümayiş etdirilir.
• Əsəd rejiminin zəiflədilməsi və milli qüvvələrin, o cümlədən Əhməd Əş-Şara liderliyindəki milli blokların dəstəklənməsi siyasəti Tramp tərəfindən təşviq edilir.
• Eyni zamanda:
• Türkiyənin F-35 proqramına yenidən daxil olması üçün danışıqlar prosesi canlandırılıb.
• ABŞ-Türkiyə arasında iqtisadi və müdafiə sahələrində qarşılıqlı əlaqələrin artırılması üçün müzakirələr başlayıb.

Bu, Türkiyənin regiondakı mövqeyini gücləndirir və Tramp administrasiyasının Türk dünyasına daha dostyana baxışını nümayiş etdirir.

 Tramp — Azərbaycan və Türkiyə üçün doğru zamanda doğru lider

Trampın hakimiyyətə qayıdışı:
• Azərbaycan üçün ABŞ ilə yeni və daha balanslı münasibət qurmaq fürsəti yaratdı.
• Türkiyə üçün isə qlobal arenada yeni imkanlar açdı və strateji tərəfdaşlığın yenidən bərpa olunmasına şərait yaratdı.
• Ermənistan isə əvvəlki qlobal himayəsini itirməkdədir.

Musavat.com-un analizi göstərir ki, Tramp administrasiyası:
• Regionda balansı dəyişir,
• Müttəfiqlərinə açıq dəstək verir,
• Milli və dini kimliyə hörmət edən siyasət yürütməyə çalışır.

Bu isə həm Azərbaycan, həm Türkiyə üçün, həm də ümumiyyətlə Türk dünyası üçün gələcəyə daha ümidli baxmağa əsas verir.

Musavat.com-un analizi göstərir ki, Tramp seçki kampaniyasında verdiyi əsas vədlərdən ən azı ideoloji sahədə mühüm addımlar atıb və ABŞ-ın daxili kimliyini qorumağa çalışır. Dünya səhnəsində isə daha çətin və mürəkkəb çağırışlar hələ qarşıdadır.

Xəbər lenti