![]() |
|
ABŞ-ın Çinə qarşı tarif siyasəti Pekinin sərt cavabına səbəb olub.
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ BRIKS-in Rio-de-Janeyroda keçirilən genişləndirilmiş nazirlər görüşündə çıxışı zamanı Vaşinqtona açıq mesaj göndərib.
“Ticarət müharibəsinə cavabımız aydındır və qətiyyətlidir: əgər siz mübarizədə israrlısınızsa, biz sonadək döyüşəcəyik. Əgər dialoqa hazırsınızsa, onda bir-birimizə bərabərhüquqlu tərəf kimi yanaşmalı, qarşılıqlı hörmət etməliyik”, – deyə Van İ vurğulayıb.
Çinli nazir əlavə edib ki, Pekin yalnız öz milli ləyaqətini deyil, eyni zamanda dünyanın parlaq gələcəyini müdafiə etdiyini bəyan edir.
Qeyd edək ki, ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət gərginliyi son aylarda yenidən gündəmə gəlib. Pekinin bu sərt açıqlaması münasibətlərin daha da gərginləşəcəyindən xəbər verir.
Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb öldürüldükdən sonra ölkəsinə qaytarılan meyitində işgəncə izləri aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu iddia ilə nypost nəşri çıxış edib.
Araşdırmalara görə Roşçinanın beyni, gözləri və qırtlağı çıxarılıb. 27 yaşlı jurnalistin cəsədi 757 ukraynalının qalıqları ilə aparılan dəyişmə zamanı Ukraynaya qaytarılıb və "naməlum kişi" kimi qeydiyyata alınıb.
Ukrayna Baş Prokurorluğunun müharibə cinayətləri idarəsinin rəhbəri Yuri Belousov bildirib ki, meyitdə qabırğa sınığı, cızıqlar, qan sızmaları və elektrik şoklarının izləri müşahidə olunub. Boynundakı göyərti isə boğulma ehtimalını göstərir.
Roşçinanın meyiti çox pis vəziyyətdə olduğu üçün rəsmi ölüm səbəbi hələ müəyyən edilməyib, əlavə ekspertizalar aparılır.
Jurnalistin atası xarici mütəxəssislərin iştirakı ilə daha geniş araşdırma tələb edir.
Qeyd edək ki, Viktoriya Roşçina 2023-cü ilin avqustunda Rusiyanın nəzarətinə keçən Ukrayna ərazilərində yoxa çıxıb. Rusiya onun tutulmasını doqquz ay sonra, 2024-cü ilin mayında təsdiqləyib.
Bildirilir ki, o, əvvəlcə Berdyanskda ukraynalılar üçün ən ağır rejimli koloniyalardan birinə aparılıb, sonra isə Rusiyanın Taqanroq şəhərindəki istintaq təcridxanasında saxlanılıb və Moskvaya aparılarkən həyatını itirib.
Roşçina müxtəlif Ukrayna media qurumlarında çalışıb, 2022-ci ildə isə Beynəlxalq Qadın Media Fondunun "Jurnalistikada Cəsarət" mükafatına layiq görülüb.
Pakistan Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirib.
Bu barədə məlumatı “The Economic Times” yayıb.
Bildirilib ki, bu tədbir iki ölkə arasında artan gərginlik fonunda görülüb.
Məlumata görə, Pakistan Sialkot bölgəsində ön mövqelərə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri cəmləşdirib.
Eyni zamanda, ordunun tank və piyada diviziyalarının yerdəyişməsini həyata keçirdiyi də qeyd olunub.
Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Hindistanın iddialarını rədd edərək, Pahalqam terror hücumunun şəffaf və qərəzsiz araşdırılmasını tələb edib.
Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində korrupsiya ilə bağlı başladılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.
“Habertürk” telekanalı xəbər verir ki, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb.
Onlardan 18-i məhkəmənin qərarı ilə həbs edilib.
Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi.
Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı araşdırma zamanı mart ayında həbs edilmişdi.
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İtaliyaya səfər edib. Ölkənin Baş naziri Ciorcia Meloni tərəfindən qarşılanan Ərdoğan dördüncü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Görüşündə iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri ilə İtaliya Baş nazirinin görüşü tərəflərin səmimi ünsiyyəti ilə də yadda qalıb.
Belə ki, İtaliyanın hökumət başçısının Türkiyə liderinə böyük hörmətlə yanaşması və səmimi münasibət göstərməsi fotoqrafların da diqqətindən yayınmayıb.
Eyni zamanda, Ərdoğan Melonini ölkəsinə səfərə dəvət edib.
Xatırladaq ki, tərəflərin bundan əvvəl də müxtəlif beynəlxalq platformalarda görüşü səmimi anlarla diqqət çəkib.
“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfərinin yeni detalları məlum olub”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Times of İsrael” çıxış edib.
Nəşr yazır ki, baş nazirin Bakıya səfəri mayın 7-dən başlayacaq və 4 gün davam edəcək. O, mayın 8-i Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Məlumata görə, Netanyahu daha sonra Azərbaycanın yəhudi icmasının üzvləri ilə bir araya gələcək. Mayın 10-da isə burada Azərbaycan yəhudiləri ilə “yəhudi şənbəsi” kimi bilinən Şabbat gününü qeyd edəcək.
Onun mayın 11-i İsrailə geri dönməsi nəzərdə tutulub.
Qeyd edək ki, may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir.
Türkiyənin aparıcı yerbilimçisi professor Naci Görür bir daha həyəcan təbili çalıb: “İstanbulda ən az 7.2, ən çox 7.5 bal gücündə bir zəlzələ olacaq və bu artıq qaçılmazdır!”
Musavat.com xəbər verir ki, 23 apreldə Silivri açığında baş verən 6.2 bal gücündəki zəlzələnin əslində gözlənilən “böyük İstanbul zəlzələsinin” bir siqnalı olduğunu vurğulayan Naci Görür, bu təkanın Kumburqaz fayının doğuya doğru qırılmasını sürətləndirdiyini və Adalar fayını da tətikləyəcəyini deyib. O, bu zəlzələnin sadəcə bir başlanğıc olduğuna, əsas faciənin hələ qarşıda olduğuna diqqət çəkir.
Görür deyir ki, 1999-cu ildən bu yana 25 il keçməsinə baxmayaraq, İstanbul hələ də böyük zəlzələyə hazır deyil:
“Köçürmə adı altında sadəcə görüntü yaradıldı. Siyasi maraqlar, ranta dayalı planlar gerçək təhlükəni kölgədə qoydu. İstanbul zəlzələyə hazır deyil!”
Görürün fikrincə, bir şəhərin zəlzələyə müqavimətli olması üçün sadəcə binaların möhkəmləndirilməsi kifayət etmir.
“İdarəetmə, xalq, infrastruktur, tikili fondu, ekosistem və iqtisadiyyat – bu altı sahədə sistemli, koordinasiyalı və şəffaf fəaliyyət lazımdır. Təkcə köçürmə – bu işin ən asan və eyni zamanda ən gəlirli tərəfidir. Əsl iş isə hələ başlamayıb.”
Elazığda baş verən 4.9 bal gücündəki zəlzələyə münasibət bildirən professor, bu bölgə üçün ciddi təhlükə görmür və “Rahat olun” deyə bilir. Ancaq İstanbul üçün bu cümləni işlətməkdən uzaqdır.
“Əgər bu sistemsizlik davam etsə, İstanbulda yaşanacaq faciənin məsuliyyəti kollektiv olacaq” – deyən Görür, həm xalqa, həm də siyasətçilərə çağırış edir: “Əgər bu ölkənin sahibiyiksə, seçici olaraq, yaşamaq hüququmuzu təmin etməyi tələb etməliyik.”
Ticarət müharibəsində ABŞ-a güzəştlər onun yeni tələblər irəli sürməyə davam etməsinə səbəb olacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu BRİKS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin xarici işlər naziri Vanq Yi deyib.
Çin XİN-in saytında yerləşdirilən rəyində nazir bildirib ki, Birləşmiş Ştatlar uzun müddət ərzində azad ticarətdən böyük fayda əldə edib: “Lakin indi o, digər ölkələrə hədsiz qiymətlər tətbiq etmək üçün rıçaq kimi tariflərdən istifadə edir. Səssizcə kompromislərə və güzəştə gedib barmağınızı uzatsanız, bütün qolunuzu ələ keçirəcək".
Onun sözlərinə görə, çoxtərəfli ticarət qaydalarının qorunması indiki dövrün ən aktual məsələsidir: "Birləşmiş Ştatlar öz maraqlarını beynəlxalq ictimai maraqlardan üstün tutaraq birtərəfli yanaşmaya əl atır".
Çinli nazir qeyd edib ki, bu gün dünya açıq şəkildə “güclülərin zəifi yediyi cəngəllik qanunu” ilə idarə olunur, məcburiyyət və hədə-qorxunu artıq gizlətməyə ehtiyac görmürlər: “Beynəlxalq münasibətlərin inkişafının əsası daim təhlükə altındadır. BRICS ölkələri birgə proteksionizmin bütün formalarına qarşı çıxmalı, əsası Ümumdünya Ticarət Təşkilatı ilə qaydalara əsaslanan çoxtərəfli ticarət sistemini möhkəm şəkildə qorumalı, onun əsas dəyər və prinsiplərini dəstəkləməli və ticarətin liberallaşdırılmasını təşviq etməlidir".
Hindistan öz hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi düşünür.
Bu barədə “The Economic Times” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, əgər bu plan həyata keçsə, Pakistan Cənub-Şərqi Asiyaya gedən reyslərini Çin və ya Şri-Lanka üzərindən keçirməyə məcbur olacaq. Pakistanın dövlət hava yolları olan “Pakistan International Airlines” Hindistanın hava məkanından istifadə edərək bu regionda yerləşən bir sıra şəhərlərə, o cümlədən Kuala-Lumpur, Sinqapur, Tailand və Malayziyanın digər şəhərlərinə uçuşlar həyata keçirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfərə yollanıb.
“TRT Haber” xəbər verir ki, Ərdoğan 1 günlük səfər çərçivəsində Romada Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Görüşündə iştirak edəcək.
Bununla yanaşı, Türkiyə lideri İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşəcək və tərəflərin iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.