![]() |
|
Nüvə enerjisi üzrə ixtisaslaşmış Amerika şirkətinin nümayəndələri gözlənilmədən İrəvanda peyda olublar; Ermənistanın növbəti oyunbazlığı regionda fəlakətli vəziyyət yarada bilər
Nüvə enerjisi üzrə ixtisaslaşmış Amerika şirkətinin nümayəndələri gözlənilmədən İrəvanda peyda olublar. Erməni mediası xəbər verir ki, şirkət nümayəndələrinin İrəvanda görünməsi Amerikanın gələcək nüvə tikinti layihələrində iştirakının nəinki həll olunmuş məsələ olduğuna, həm də artıq icra mərhələsində olduğuna işarədir. Belə ki, podratçı şirkət ABŞ hökumətinin müvafiq departamentinin - Nüvə Tənzimləmə Komissiyasının və Ermənistan hökumətinin müvafiq icazəsi olmadan İrəvana gələ bilməzdilər.
Erməni mediasının yazdığına görə, ABŞ səfirinin müşayiət etdiyi nümayəndələrin İrəvana gəlməsi o deməkdir ki, Nikol Paşinyan hökuməti “Rosatom”un xidmətlərindən imtina edərək, Amerikaya etibar edib. ABŞ şirkəti nümayəndəsini baş nazirin müavini Mher Qriqoryan qəbul edib. Bildirilir ki, görüşdə nüvə müqaviləsinin açıq və gizli şərtlərinin nəhayət təsdiqləndiyi şübhə doğurmur.
Erməni mediası yazır ki, AES siyasi məsələdir. “Nikol Paşinyan nüvə müqaviləsi müqabilində Donald Tramp administrasiyası ilə hansı addımları və qərarları razılaşdırıb”, - deyə sual edir və ona da işarə vurur ki, Paşinyan bu anlaşmaya hakimiyyətini qorumaq üçün razılaşa bilər.
Yeri gəlmişkən, “Metsamor” AES-in bölgə üçün fəlakət mənbəyi olduğu, onun tullantılarının Araz çayına axıdıldığı, köhnəlmiş infrastrukturun sıradan çıxması halında regionda qarşısıalınmaz fəlakətlərin yaşana biləcəyi barədə illərdir yazılır, deyilir. Amma Ermənistan hakimiyyəti bu nimdaş tikilidən qurtulmağın yolunu seçərkən də mənfur niyyətlərə əl atır ki, bu da əlavə gərginlik yarada biləcək haldır. Bu, həm də iki nəhəngi üz-üzə qoymağa hədəflənən strategiyadır. Ekspertlərimizin mövzu ilə bağlı maraqlı yanaşmaları var.
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son günlərdə Ermənistanın yeni AES tikmək niyyəti yenidən gündəmə gəlib: “Xarici işlər naziri Ararat Mirzoyanın açıqlamaları və ABŞ-ın nüvə sənayesində ixtisaslaşmış nümayəndələrinin İrəvanda gözlənilmədən peyda olması, bu layihənin artıq real icra mərhələsinə keçdiyini göstərir. Xüsusilə modul tipli kiçik reaktorların seçilməsi isə texniki seçimdən daha çox geosiyasi qərar təsiri bağışlayır. Ermənistanın "Metsamor" AES-dən imtina edərək yeni texnologiyaya - kiçik modul reaktorlara keçməsi təkcə enerji təhlükəsizliyi ilə bağlı deyil, həm də strateji yön dəyişikliyi ilə izah olunur. Modul tipli reaktorların seçilməsi, yüksək zənginləşdirilmiş uran istifadəsi və texnoloji mürəkkəblik səbəbindən riskli və bahalı alternativ sayılır. Bununla belə, İrəvan hökuməti Rusiyanın “Rosatom”u əvəzinə, ABŞ şirkətinə üstünlük verməklə açıq şəkildə Qərb blokuna “yıxıldığını” nümayiş etdirir".
E.Mirzəbəyli qeyd etdi ki, bu hal ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq enerji əməkdaşlığının dərinləşməsinin nəticəsi kimi təqdim olunur: “Amma əslində bu qərar Ermənistanın regionda təhlükəsizlik balansında dəyişikliklər etməyə hazır olduğunu göstərir. Baş nazir Nikol Paşinyan üçün bu layihənin həyata keçirilməsi həm beynəlxalq legitimlik, həm də daxili güc balansını qorumaq baxımından vacibdir. ABŞ-la bağlanmış müqavilənin "açıq və gizli şərtləri" barədə mediada yayılan xəbərlər Paşinyan hökumətinin bu layihə vasitəsilə geosiyasi zəmanət axtardığını göstərir. Ermənistan siyasi rəhbərliyi üçün bu layihə eyni zamanda Moskva ilə münasibətlərin “rəsmən soyuması” üçün simvolik addımdır. Ermənistanın bu istiqamətdə atdığı addımlar Cənubi Qafqaz regionunun nüvə və enerji təhlükəsizliyinə birbaşa təsir edir. Çünki kiçik modul reaktorlar yüksək zənginləşdirilmiş uranla işlədiyindən nüvə materiallarının yayılması riski artır. Ermənistanın bu texnologiyanı effektiv və təhlükəsiz şəkildə idarəetmə qabiliyyəti beynəlxalq miqyasda sual altındadır". Millət vəkili bildirdi ki, Ermənistanın enerji müstəqilliyi uğrunda atdığı addımlar əslində yeni asılılıqlar yaratmaq potensialına malikdir: “Ermənistan bu ikili oyunu həm ABŞ-dan, həm də Rusiyadan maksimum texnoloji, maliyyə və siyasi dəstək qoparmaq üçün istifadə edir. Rusiya ilə münasibətlərin pozulmasını gecikdirmək, paralel olaraq isə Qərblə əməkdaşlığı dərinləşdirmək istəyir. İrəvan çox yaxşı anlayır ki, enerji sektorunda kiminlə əməkdaşlıq etməsi yalnız iqtisadi deyil, həm də hərbi-siyasi nəticələr doğuracaq. Bu səbəbdən Rusiya ilə münasibətləri tam qoparmaq istəmir, amma Qərbə yönəlmək niyyətini də açıq erməni hakimiyyəti müxtəlif auditoriyalar - daxili ictimaiyyət, Rusiya, ABŞ və Aİ üçün fərqli ritorikadan istifadə edir. Bu, həm daxildə radikal rusiyayönlü qrupları sakitləşdirmək, həm də Qərb tərəfindən "islahatçı və çevik tərəfdaş" kimi görünmək məqsədi daşıyır. Ermənistan uzun müddət bu balansı saxlayacaq qədər geosiyasi çəkiyə malik ölkə deyil. Nə iqtisadi gücü, nə də diplomatik manevr imkanları ona bu strategiyanı sonsuzadək davam etdirmək imkanı verir. İrəvan hansısa məqamda konkret seçim etməli olacaq".
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov dedi ki, sovet dövründən qalmış “Metsamor” AES köhnəlib: “ABŞ-la belə bir layihənin olması mümkündür. Amma onun reallaşacağı ilə bağlı qəti bir söz demək mümkün deyil”. S.Məmmədovun sözlərinə görə, əgər ABŞ Ermənistanda AES tikəcəksə, bu, Ermənistanın Rusiyaya qarşı növbəti və çox ciddi demarşı olacaq: “Bu, iqtisadi bir layihə olsa da, onun reallaşması siyasi nəticələrə gətirə bilər. Amma görünən budur ki, edilən hər bir demarşa Rusiya tolerantlıq göstərməkdə davam edir. Rusiyanın isə Ermənistana təzyiq rıçaqları kifayət qədərdir. Açığı, bizim üçün və region üçün təhlükə yaradan yeni tikiləcək AES-dən çox köhnə "Metsamor" AES-dir. Onun fəaliyyəti dayandırılacağı halda “çirkli” nüvə tullantılarını kim utilizasiya edəcək? Əgər bu, Rusiyanın və konkret “Rosatomun” nəzarəti altında baş verməyəcəksə, o zaman Ermənistan hakimiyyətinin növbəti məsuliyyətsiz addımlar atmayacağına zəmanət yoxdur. Onlar nüvə tullantılarından “çirkli mərmilər” istehsal edə bilər. Ona görə də yeni AES-in tikilməsi nəticəsində fəaliyyətdə olan köhnə AES-in fəaliyyətinin dayandırılmasının həm də hərbi və ekoloji nəticələri ola bilər. Çirklənmiş maye bizim su hövzələrinə axıdıla bilər və s." Hüquqşünas digər məqamlara da diqqət çəkdi: “Dəfələrlə qeyd etdiyimizi bir daha təkrarlayaraq qeyd edə bilərəm ki, Ermənistanın xarici siyasətində hərc-mərclik davam edir. Onlar bir-birinə düşmən olan ölkələrin hamısı illə müttəfiqlik etmək, siyasi, iqtisadi, hərbi və s. sahələrdə əməkdaşlığı genişləndirməkdə davam edirlər. Paralel olaraq Rusiyaya, ABŞ-a, Avropa İttifaqına, İrana vədlər verir, hətta sənədlər imzalayırlar. Ona görə də hələ bu layihənin sonu necə olacaq, onu proqnozlaşdırmaq çox çətindir”.
Hindistan Silahlı Qüvvələri ölkənin sərhəd məntəqələrinin Pakistan tərəfindən atəşə tutulduğunu bildirib.
“Bu barədə Hindistanın “Press Trust of India” agentliyi və “NDTV” telekanalı yayıb.
Bildirilib ki, hadisə Cəmmu və Kəşmir yaxınlığında qeydə alınıb, Hindistan hərbçiləri isə atəşə cavab verib.
Dağıntı və tələfat barədə isə məlumat verilməyib.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.
Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib.
Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb, sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə hücumlarını pisləyərək, Ukrayna ilə sülh sazişi imzalamağa çağırıb.
“Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən Kiyevə Rusiya zərbələrindən narazıyam. Bu hücumlara ehtiyac yoxdur və seçilmiş vaxt çox uyğunsuzdur. Vladimir,dayan! Həftədə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!” - o qeyd edib.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.
Ötən gecədən bəri Türkiyə ərazisində zəlzələlər baş verib.
Kandilli rəsədxanası xəbər verir ki, ötən gecə 02:55-də və 02:58-də Mərmərə dənizində 3 və 3.2 maqnitudalı 2 zəlzələ qeydə alınıb.
Bundan əlavə, Mərmərə dənizinin Silivri sahilləri - İstanbulda bu gün səhər saat 7-də 3 ballıq zəlzələ qeydə alınıb.
Həmçinin Türkiyənin Kütahya şəhərində bu gün yerli vaxtla 07:23 və 07:29-da da zəlzələ baş verib.
Yeraltı təkanlar 4.6 və 3.9 bal gücündə olub.
Zəlzələ mərkəzinin yerin 9.2 və 6.2 km dərinlikdə olduğu bildirilib.
ABŞ Suriyaya qarşı birtərəfli sanksiyaları ləğv etməyə tələsmir.
Bu barədə hazırda ABŞ Dövlət Departamentinin Yaxın Şərq Məsələləri Bürosunda yüksək vəzifəli şəxs olan amerikalı diplomat Tim Linderkinq bildirib.
“Əlbəttə, biz Suriyaya, onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmişik. Onlar bir anda ləğv edilməyəcək. Bəzi ölkələrdən fərqli olaraq Suriyaya qayıtmağa tələsməyəcəyik. Bütün dövlətlərin Suriyanın yeni hökuməti ilə qarşılıqlı əlaqədə hərəkət etmələrinə hörmət edirik. Digər ölkələrin bu problemləri necə nəzərdən keçirməli olduğunu diktə etmək bizim işimiz deyil. Tərəfdaşlarımızdan bəzilərinin yenidən səfirlik açmaq, Dəməşqdə bayraq qaldırmağa can atdıqlarını görürük. ABŞ olaraq biz hələ bu nöqtəyə gəlməmişik”, - o, Amerika-Ərəb münasibətləri üzrə Vaşinqtonda yerləşən qeyri-hökumət milli şurasının keçirdiyi onlayn seminarda çıxışı zamanı deyib.
Linderkinq vurğulayıb ki, Dəməşqdəki keçid hökuməti onun haqqında danışdığı istiqamətlərdə əsaslı addımlar atarsa, sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirəcəklər.
Amerikanın texnologiya nəhəngi "Intel" bu həftə əməkdaşlarının 20%-dən çoxunun ixtisar ediləcəyini elan etməyə hazırlaşır. Bu addım şirkətdəki bürokratik maneələri azaltmaq və mühəndislik texnologiyalarına daha çox diqqət yönəltmək məqsədi daşıyır.
"Bloomberg"in yaydığı məlumata görə, bu ixtisarlar "Intel"in idarəetmə strukturunu sadələşdirməyə və innovasiyalara sərmayəni artırmağa xidmət edəcək.
Qeyd olunur ki, bu, mart ayında Lip-Bu Tanın baş direktor təyin olunmasından sonra həyata keçiriləcək ilk ixtisar dalğasıdır.
Xatırladaq ki, 2024-cü ilin sonunda "Intel"in işçi sayı 108,9 min nəfər olub. Şirkət artıq ötən il təxminən 15 min işçisini işdən azad etmişdi./Milli.Az
Aprelin 26-da dəfn ediləcək Papa Fransisk üçün elan olunan 9 günlük matəm mərasimi mayın 4-də başa çatacaq.
Bu dövr ərzində hər gün Müqəddəs Pyotr Bazilikasında dua mərasimləri təşkil ediləcək.
Roma Papası Fransiskin vəfatından sonra həyata keçiriləcək tədbirlər katolik kardinalların toplantısında müzakirə olunub və yas dövrünün müddəti bu toplantıda müəyyənləşdirilib.
Yeni papanın seçilməsi üçün keçiriləcək konklavın dəqiq tarixi hələ açıqlanmayıb, lakin bu prosesin papanın ölümündən 15-20 gün sonra başlanması nəzərdə tutulur.
Papa Fransiskin nəşi aprelin 23-də Vatikandakı Müqəddəs Pyotr Bazilikasına gətirilib və ictimai vida mərasimi üç gün davam edəcək.
Hindistan və Pakistan arasında gərginlik yenidən silahlı qarşıdurma ehtimalını gündəmə gətirib.
The New York Times yazır ki, münasibətlərin kəskinləşməsi aprelin 22-də Cammu və Kəşmirdə turistlərə və mülki şəxslərə edilən silahlı hücumdan sonra baş verib.
Hücumun məsuliyyətini Pakistandan fəaliyyət göstərən Müqavimət Cəbhəsi öz üzərinə götürüb.
Pakistanlı analitik Syed Muhammad Ali vəziyyətin 2019-cu ildəkindən daha ciddi olduğunu bildirib və Hindistanın bu eskalasiyanı ABŞ-la danışıqlarda alət kimi istifadə edə biləcəyini deyib. Hücum nəticəsində 26 nəfər həyatını itirib, ölənlərin çoxu turist olub.
Terror aktı regionu ALOVLANDIRDI - Sərhədlər bağlandı, müqavilələr donduruldu...
Hindistan Pakistan tərəfdarı terrorçuların aprelin 22-də Cammu və Kəşmirin ittifaq ərazisində 26 nəfərin ölümünə səbəb olan hücumu ilə əlaqədar Pakistan hökumətinin "X" hesabına girişi bağlayıb.
Bu barədə "The Times of India" məlumat yayıb.
Nəşr yazır ki, Hindistan təhlükəsizlik qüvvələri hücumu həyata keçirən silahlı ekstremistlərin tapılması əməliyyatını davam etdirir. Cümə axşamı Kəşmirin Udxampur bölgəsində terrorçularla baş vermiş atışma zamanı Hindistan ordusunun xüsusi təyinatlı əsgəri həlak olub.
Çərşənbə günü Hindistan hökuməti Pakistanla münasibətlərdə bir sıra sərt addımlar atıb. Belə ki, Hindistan İslamabaddakı səfirliyindəki diplomatik heyətin sayını təxminən iki dəfə azaltmaq qərarına gəlib. Eyni zamanda, ölkədəki Pakistan səfirliyinin hərbi məsləhətçilərini “arzuolunmaz şəxs” elan edib, iki ölkə arasında yerləşən əsas “Attari” sərhəd buraxılış məntəqəsini bağlayıb və 1960-cı ildə imzalanmış Hind çayı suları ilə bağlı razılaşmanın icrasını dayandırıb.
İstanbulda dünən baş verən 6,2 bal gücündə zəlzələnin təkanları davam edir.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, daha bir afterşok saat 07.21-də hiss olunub və maqnitudasının 4,1 olduğu açıqlanıb.
Zəlzələnin episentri Mərmərə dənizinin Büyükçekmece sahillərində olub və 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun müdiri, professor Nurcan Meral Özel zəlzələnin dənizdə 8, quruda isə 4-5 bal gücündə ölçüldüyünü açıqlayıb.