papa-ile-vida-merasimi-kecirilir

Dünən vəfat edən Roma Papası Fransisklə vida mərasimi keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, mərasim Papanın Vatikandakı iqamətgahında təşkil edilib. 

Hələ ki Papa Fransisklə vida mərasimində Vatikan əməkdaşları, onun köməkçiləri və ona xidmət edən personal iştirak edir. 

Sabah isə pontifikin tabutu ictimai vida mərasimi üçün Müqəddəs Pyotr bazilikasına aparılacaq. Sözügedən mərasim isə üç gün davam edəcək.

Qeyd edək ki, Papanın dəfn tarixini kardinallar təyin edəcək. İlkin ehtimala görə, pontifik aprelin 26-da dəfn olunacaq.

 

 
 
erdoganin-oglundan-prezident-olmaq-isteyirsiniz-sualina

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

O bu barədə TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına cavab verən B.Ərdoğan deyib: “Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

Onun sözlərinə görə, vaxtının çoxunu təhsil layihələrinə - məktəb, universitet, təqaüd proqramları və akademik mükafatlara həsr edir: “Öz arzularını reallaşdıra bilmələri üçün ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm. Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istəyərdim”.

Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?

"Trampın Rusiyanın nazı ilə oynaması prosesi hələ uzun çəkəcək. Hələlik bu limit tükənməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ prezidenti Donald Trampın sülh danışıqları ilə bağlı Rusiyanın nazı ilə oynamaq limitinin hara qədər davam edəcəyilə bağlı suala cavabında deyib.

Ekspertin fikrincə, Tramp Rusiyaya ilə uzun müddətli açıq münaqişəyə getməyə hazır deyil:

"Hər halda görünən budur. Proses uzanarsa, Tramp da bir müddətə qədər Putinin nazı ilə oynamalı olacaq. Bu limitin nə qədər çəkəcəyini isə demək çətindir. Çünki Rusiyanın da burada öz planları var. Əslində, Rusiya üçün də prosesin sonsuzluğa qədər uzadılması əl vermir. Onun üçün də hansısa bir mərhələdə prosesin saxlanılması vacibdir. Lakin prosesə təsir edəcək şərtlər çox olduğundan indilikdə sözügedən limitin nə zaman yekunlaşacağını demək olmaz. Bu qısa müddətdə də yekunlaşa, əksinə uzun da çəkə bilə".

Hər keçən gün baş verənlər fonunda Donald Trampın sülh planının iflasa uğradığının şahidi oluruq. Belə ki, onun hakimiyyətə gəlişinin 100 gününə az qalsa da, Trampın Ukrayna məsələsində istəklərinin faş olduğunu görürük. Onun bu müddət ərzində atəşkəsə nail olmaq cəhdləri hələ də real nəticə verməyib.

Görünür, bunun nəticəsidir ki, Tramp əgər tərəflərdən biri danışıqlar prosesini çətinləşdirərsə, administrasiyanın Ukrayna böhranının sülh yolu ilə həlli cəhdlərindən imtina edəcəyini vurğulayıb. Bu əsasda da artıq Tramp jurnalistlərin Ukrayna mövzusunda suallarından yayınmağa başlayıb.

Bu müddətə qədər isə Tramp əsasən Rusiyanın nazı ilə oynayıb. Onun mövzu ətrafında, demək olar ki, hər çıxışı Rusiyaya, Putinə təriflərlə müşayiət olunub. Amma bütün bunlara baxmayaraq, ABŞ Prezidentinin sülh səyləri nəticə vermir. Rusiya sözdə ona hazır olduğunu desə də, real müstəvidə müharibəni daha kəskin şəkildə davam etdirir.

zelenski-desteyini-itirir-hetta-london-da-ondan-bezib

“Volodimir Zelenski Londonun dəstəyini itirir və Kiyev üçün mövqeyi əslində çox vacib olan Çinlə də açıq şəkildə mübahisə edir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması - ömür boyu” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

“Hətta Zelenskiyə yaltaqlıq edən britaniyalılar da onun haqqında fikirlərini dəyişir. Britaniya mediası artıq Zelenskini qlobal miqyaslı qəhrəman kimi deyil, diktator kimi təqdim edir. Hətta London siyasi təlxəkdən bezibsə, deməli o, son dayaq sütunlarını itirir”, - Medvedçuk bildirib.

O xatırladıb ki, Zelenski əvvəlcə Pekini Rusiya tərəfinə hərbi təchizat verməkdə əsassız olaraq ittiham etməklə, sonra isə üç Çin şirkətinə qarşı sanksiyalar tətbiq etməklə Çinlə mübahisə edib: “Zelenskinin diplomatik qalmaqalları indi Çinlə tamamlanır. Sual olunur: qeyri-legitim bununla nəyə nail olmaq istəyirdi? Sadəcə, fitnə-fəsad törətmək üçün? Beləliklə, o, Ukraynanın mövqeyini növbəti dəfə zəiflətdi. Zelenski müstəqil fiqur deyil və başqasının qaydaları ilə oynamağa məcburdur. Onun diktator mövqeyi illüziyadan başqa bir şey deyil. Mən onu artıq hakimiyyətin zirvəsinə qalxan və oradan enməyə qorxan qumbaraatan meymuna bənzədirəm”.

papanin-olumune-gore-bu-oyunlar-texire-salindi

İtaliya çempionatının aprelin 21-nə planlaşdırılan oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Bu barədə A Seriyası rəsmi açıqlama yayıb.

Təxirə salınan matçların tarixləri daha sonra açıqlanacaq.

Bu gün A Seriyasında keçirilməsi planlaşdırılan oyunlar “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Genoa” – “Latsio” və “Parma” – “Yuventus” matçları idi.

Roma Papası öldü

Papa Fransisk vəfat edib.

Bu barədə "Reuters" Vatikana istinadən xəbər verir.

Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV

"Türkiyənin Suriyadakı diplomatik və hərbi varlığından narahat olan İsrailin baş naziri Benyamin Netanyahu bölgədə böhrana səbəb olacaq addım atıb".

Bu barədə Türkiyənin “Haber7” mətbu orqanı yazıb.

Bazar günü Suriya ərazilərinə səfər edən İsrail Baş Qərargah rəisi Eyal Zamirin Suriya üçün gələcək hücum və müdafiə planlarını təsdiqlədiyi bildirilir.

İsrail ordusundan verilən açıqlamada qeyd olunub ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir Netanyahunun göstərişi ilə İsrail ordusunun yüksək rütbəli komandirləri ilə birlikdə işğal olunmuş Suriya ərazilərinə səfər edərək, oradakı komandirlər və əsgərlərlə görüşüb. Görüşdə gələcək hücum və müdafiə planlarını təsdiqləyib.

Açıqlama verən Zamir bölgənin əhəmiyyətinə işarə edərək, əsas mövqeləri tutduqlarını və İsrailin təhlükəsizliyi üçün "işğalı davam etdirməsinin" vacib olduğunu bildirib.

Qeyd edək ki, İsrail ordusu 1967-ci ildən tutduğu Qolan təpələrinə bitişik bufer zonanı 2024-cü il dekabrın 8-də işğal edərək paytaxt Dəməşqin 20 kilometrliyinə yaxınlaşıb.

Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək

Rusiya və Ukrayna tezliklə razılığa gələcək və ABŞ ilə biznes münasibətləri qurulacaq.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth sosial” şəbəkəsində Rusiya və Ukrayna arasında sövdələşmənin tezliklə bağlanacağına ümid etdiyini bildirib.

"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Bundan sonra hər iki ölkə Amerika Birləşmiş Ştatları ilə böyük biznesə başlayacaq və bu, çiçəklənəcək və sərvət qazanacaq", - Tramp yazıb.

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Böyük Kolatan kənd sakini Teymur Əzizulla oğlu Sadıqov həyatını itirib.

Allah rəhmət eləsin !



Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı

Avropa Birliyi və NATO dağılır, bu, Qərbin qəbul etməli olduğu bir reallıqdır.

Bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter X hesabında yazıb.

“Əvvəllər Avropada böyük müharibənin olmayacağı düşünülürdü, çünki hamı bir-biri ilə əməkdaşlıq edir və sərhədlər müəyyən olunmuşdu: “Bəs onda niyə Kosova Xorvatiya və Albaniya ilə hərbi ittifaq yaradıb?”, – deyə amerikalı hərbçi soruşaraq Qərb dünyası daxilində ziddiyyətlərin mövcudluğuna işarə edib.

Xəbər lenti