pasinyandan-irevanda-bayragimizin-yandirilmasina

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana istinadən “Armenpress” yayıb.

Bildirilib ki, Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.

“Baş nazir bu cür təcrübəni tənqid edir, bu addımı məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması, hökumət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrikedici xarakterli addımdır”, - deyə Baqdasaryan bildirib. 

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Belə ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir


Rusiyanın maksimalist tələbləri və ABŞ-ın maraqlarını riskə atması Ağ Evdə ciddi qəzəb doğurub, ona görə də, Kremlə təzyiq göstərməklə, “ərazi mübadiləsi”nə məcbur buraxmaq qərarı verilmiş kimi görünür... Bununla həm də Rusiyanın yaxın gələcəkdə qlobal iddialarının ön plana keçmə təhlükəsini elə əvvəlcədən bloklamaq, Kremlin manevr imkanlarını müəyyən çərçivə daxilində məhdudlaşdırmaq niyyəti güdülür...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranmış vəziyyət qəlizləşməkdə davam edir. Belə ki, son vaxtlar bu prosesin ABŞ və Rusiya arasında ciddi ziddiyyətlər törətməyə başladığı da müşahidə olunur. Hər halda, hazırda Ağ Ev və Kreml arasında münasibətlər Ukrayna böhranının nizamlanması prosesinin ilk dövründə olduğundan ciddi şəkildə fərqlənir. Və hər iki tərəf indi müxtəlif siyasi-diplomatik manevrlərlə diqqəti çəkirlər.

Onu da qeyd etmək lazımdır ki, hazırda mövcud olan real situasiya ABŞ və Rusiya arasında daha çox gizlədilməyə çalışılan nüfuz savaşına çevrilməyə başlamış qarşıdurma təsiri bağışlayır. Böyük ehtimalla indi Ağ Ev və Kreml arasında qlobal rəqabət faktoru daha ön plana keçirilməkdədir. Rusiya danışıqlar masası arxasında təşəbbüsün ABŞ-ın əlindən alınmasına çalışır. Kremlin əsas hədəfi həm sülh masasında, həm də savaş meydanında üstün mövqelər qazanaraq, şərtləri Rusiyanın diqtə etməsinə nail olmaqdan ibarətdir. Və Kremlə yaxın siyasi dairələrdən verilən açıqlamalarda da məhz buna yönəlik cəhdlər açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, prezident Vladimir Putin də son açıqlamasında Rusiyanın siyasi-diplomatik və savaş məkanında qlobal rəqiblərini qabaqlamağa çalışdığını, hətta buna son vaxtlar müəyyən mənada, nail olduğunu da vurğulamaqdan özünü saxlaya bilməyib. Kreml sahibi bildirib ki, Rusiyanın həm savaş meydanında, həm yeni silahların yaradıkmasında, həm də qlobal siyasi-diplomatik məkanda öz əsas beynəlxalq rəqiblərindən ən azı bir addım öndə olması vacibdir. Prezident Vladimir Putin hesab edir ki, Rusiya son vaxtlar buna dəfələrlə nail olub və gələcəkdə də üstünlüyü qorumaq lazımdır. Və bu, onu göstərir ki, Kremldə Rusiyanın qlobal məkandakı rəqiblərinin şərtləri, yaxıd tələbləri ilə barışmaq barədə qətiyyən düşünmürlər.

Maraqlıdır ki, Kreml sülh masasında və savaş meydanında situasiyanı mümkün qədər qəlizləşdirmək cəhdləri ilə diqqəti çəkir. Belə ki, son vaxtlar Rusiya Ukrayna savaşının yenidən intensiv döyüş əməliyyatları ilə davam etdirilməsinə nail olub. Halbuki, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişi ərəfəsində Rusiya siyasi dairələri daha çox sülhdən danışmağa üstünlük verirdi. Hazırdasa, Rusiya sülh masasında şərtləri diqtə edən tərəf statusu qazanmağa can atır. Hər halda, Kremlin yeni tələb və şərtləri artıq Ağ Evdə ciddi qıcıq doğurmağa başlayıb. Və Tramp administrasiyası Kremli ABŞ-ın Rusiyaya yönəlik mövqeyinə yenidən baxa biləcəyi ilə hədələyib.

Belə anlaşılır ki, ABŞ və Rusiya sülh masasında artıq anlaşmaqdan daha çox rəqbət aparmağa başlayıblar. Ağ Ev öz planından geri çəkilmək istəmir. Rusiya isə yeni şərt-tələblərlə ABŞ-ın Ukrayna savaşının dayandırılmasına yönəlik əvvəlcədən hazırlanmış planlarını pozmağa çalışır. Ona görə də, Ağ Ev Kremlə ən uzağı aprelin sonuna qədər sülh sazişini imzalamağı məsləhət görür. Əks halda, ABŞ-ın Rusiya ilə bağlı daha sərt addımlar ata biləcəyini, radikal qərarlar qəbul edəcəyini vurğulayır. Və bu baxımdan, ABŞ-Rusiya qarşıdurmasının daha açıq müstəviyə keçirilmə ehtimalı tamamilə inandırıcı görünür.

Ancaq Ağ Evdə Kremlin süıh sazişini tezliklə imzalaya biləcəyinə ümidləri tam itirməyiblər. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq yaxın vaxtlarda Ukrayna savaşının sona çatacağına əmin olduğunu bildirib. Digər tərəfdən isə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Tramp administrasiyasının Rusiya və Ukraynaya sülh sazişinə aparan "çox aydın və dəqiq bir təklif" təqdim etdiyini vurğulayıb. Onun fikrincə, həm Ukrayna, həm də Rusiya hazırda nəzarət etdikləri bəzi ərazilərdən mütləq imtina etməli olacaqlar. Və bu, həm Rusiyada, həm də Ukraynada ciddi mübahisələr doğuran məsələdir.

Buna baxmayaraq, ABŞ vitse-prezidenti Ağ Evin hər iki tərəfin bəzi ərazi mübadilələri aparılmalı olacağına şübhə etmədiyini də bildirib. Onun sözlərinə görə, sərhəd bəlkə də hazırkı cəbhə xətti ilə tam uyğun gəlməyəcək, ancaq savaşı dayandırmaq üçün hər iki tərəf "silahları yerə qoymalı, vəziyyəti dondurmalı və daha yaxşı bir Rusiya və daha yaxşı bir Ukrayna qurmaqla məşğul olmalıdır". Amerikalı siyasətçi əmindir ki, sülh sazişi istənilən halda, reallığa çevriləcək və nəticə etibarilə hər iki tərəf münaqişədə yeni sərhəd xətləri çəkməli olacaq. Və bu, onu göstərir ki, indi Ağ Ev həm Rusiyadan, həm də Ukraynadan prinsipial qərarlar verilməsini istəyir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevin və Kremlin “ərazi mübadiləsi” ilə bağlı təkliflərə münasibətləri kəskin ziddiyyət təşkil edir. Belə ki, Zelenski hakimiyyəti Ukraynanın nəzarət etdiyi Rusiya ərazilərini, Rusiyanın işğalı altında olan Ukrayna bölgələri ilə başa-baş dəyişməyə hazır olduğunu gizlətmir. Ancaq Kremldə bu təkliflə razılaşmağa qətiyyən həvəsli deyillər.

Kreml hesab edir ki, Ukrayna nəzarət etdiyi Rusiya ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Buna paralel olaraq, Rusiya işğal etdiyi Ukrayna ərazilərini də öz nəzarətində saxlamaq niyyətində israrlıdır. Və bu hədəfinə nail olmaq üçün də son vaxtlar Rusiya savaş poliqonunda hərbi üstünlüyünü artırmaq məqsədilə Ukraynaya qarşı hərbi zərbələri intensivləşdirməyə cəhd göstərir.

Ancaq buna baxmayaraq, Rusiyanın son davranışları və ABŞ-ın planlarını pozmaq cəhdləri Ağ Evdə qəzəb doğurub. Ona görə də, Kremlə təzyiq göstərməklə, Rusiyanı “ərazi mübadiləsi”nə məcbur buraxmaq qərarı verilmiş kimi görünür. Böyük ehtimalla bununla Rusiyanın yaxın gələcəkdə qlobal iddialarının ön plana keçmə təhlükəsini elə əvvəlcədən bloklamaq niyyəti güdülür. Və belə anlaşılır ki, Ağ Ev “qırmızı cizgiləri” artıq aşmağa başlamış Rusiyaya daha ağır hərbi-siyasi zərbələr vurmaqla, Kremlin gələcək iddialarını müəyyən çərçivə daxilində məhdudlaşdırmaq niyyətindədir.
Netanyahunun Azərbaycana səfəri gözlənilir

İsrail Baş nazir Benyamin Netanyahunun tezliklə Azərbaycana rəsmi səfəri gözlənilir.

Bu barədə "Israel Hayom" məlumat yayıb.

Səfərin dəqiq tarixi hələ dəqiqləşməsə də, onun yaxın gələcəkdə baş tutacağı gözlənilir.

Səfər zamanı İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq müzakirələrin əsas mövzusu olacaq.//APA

İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib

14:00

Türkiyənin İstanbul şəhərində ardıcıl 2 zəlzələ baş verib.

 "Haber Global" xəbər verir ki, ikinci zəlzələ çox güclü hiss olunub.

Yerli saatla 12:13-də baş verən zəlzələ 3,9 bal gücündə qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin (EMSC) məlumatına görə, ikinci zəlzələnin gücü 6 bal olub.

Mobil telefonlara göndərilən xəbərdarlıq bildirişlərində isə təkanların maqnitudası 5.6 bal qeyd edilib.

 

 

 

Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...

ABŞ administrasiyasının Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Musk may ayında vəzifəsindən çəkilməyə başlayacağını açıqlayıb.

Xarici KİV xəbər verir ki, o bu barədə investorlarla görüşdə danışıb.

Mask hökumətin maliyyə nizamını təmin etmək üçün işlərin böyük ölçüdə tamamlandığını bildirib.

"Yəqin ki, maydan etibarən mənim DOGE-yə (Department of Government Efficiency) ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq" – o deyib.

Bununla belə, Mask vəzifədən tamamilə ayrılmadan əvvəl həftədə bir və ya iki gün “kritik iş”lə məşğul olmağa davam edəcəyini söyləyib. O bu prosesin prezidentin xahiş etdiyi və faydalı olduğu müddətdə davam edəcəyini bildirib.

Maskın DOGE-də səlahiyyət müddəti mayın 30-da başa çatır. Bu, xüsusi dövlət qulluqçusu statusunda 130 günlük xidmət müddətinin qanuni limitinə uyğundur.

Bu açıqlamanın “Tesla”nın mənfəət və gəlirlərində ciddi azalma yaşadığı bir vaxta təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, “Tesla” 2025-ci ilin birinci rübündə 19,3 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir.

Şirkətin xalis mənfəəti də 71% azalaraq 1,39 milyard dollardan 409 milyon dollara düşüb. Avtomobil tədarükünün 13% azalması “Tesla”nın 2022-ci ildən bəri ən pis rübünü yaşamasına səbəb olub.

Mütəxəssislər deyirlər ki, “Tesla”nın çətinliklərinin əsas səbəblərindən biri Maskın Ağ Evdəki vəzifələridir. Brendin buna görə nüfuzunu itirdiyi bildirilir.

Qeyd edilir ki, vəziyyətin düzəlməsi üçün Mask Ağ Evdəki vəzifəsini tamamilə tərk etməli və CEO olaraq “Tesla”ya qayıtmalıdır.

Mask isə brendlə bağlı mənfi rəyin iqtisadi qeyri-müəyyənlikdən qaynaqlandığını söyləyib.

zelenskinin-beyanatindan-sonra-londona-gedesi-olmadi

ABŞ Dövlət katibi Marko Rubio Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.

Bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır.

Nəşr yazır ki, Zelenski jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.

Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bəndlik həll planını təqdim edəcək.

Qeyd edək ki, iclasda Böyük Britaniya, Fransa və Ukrayna nümayəndələri də iştirak edəcək.

FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib

Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.

Bu barədə "Financial Times" üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.

Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir.

Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.

“Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək: “Biz birlikdə yeni işlər görəcəyik”.

Ərdoğan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.

Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI

Qətər və Misir İsrailə Qəzzada müharibənin dayandırılması üçün yeni plan təklif ediblər.

Bu barədə "BBC News" məlumat yayıb.

BBC-nin mənbələrinə əsasən, plan 5-7 il müddətinə atəşkəsi, bütün israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini, döyüş əməliyyatlarının rəsmi olaraq dayandırılmasını və İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını nəzərdə tutur.

HƏMAS isə cavab olaraq bildirib ki, Qəzzanın idarəçiliyini milli və regional səviyyədə razılaşdırılacaq istənilən fələstinli quruma — bu, Fələstin Administrasiyası və ya yeni idarəetmə mexanizmi ola bilər — təhvil verməyə hazırdır.

Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!

CNN yazır ki, Roma Katolik Kilsəsində növbəti Papa seçkiləri ərəfəsində mühüm və tarixə düşəcək bir mərhələ yaşanır.

Mütəxəssislərin fikrincə, bu dəfəki konklav — yəni kardinal seçicilər məclisi — təkcə bir liderin deyil, Kilsənin gələcək onilliklərini formalaşdıracaq vizionun müəyyənləşdirilməsi baxımından əlamətdar olacaq.

Papa Fransiskin pontifikat dövründə (2013-cü ildən bu yana) həyata keçirdiyi islahatlar, xüsusilə də Papa seçimini həyata keçirəcək kardinal korpusunun tərkibi ilə bağlı atdığı addımlar bu konklavı əvvəlkilərdən kəskin şəkildə fərqləndirir. Əvvəllər uzun illər ərzində formalaşmış və yazılmamış bir qaydaya əsasən, İtaliyanın bəzi böyük yeparxiyalarına rəhbərlik edən yepiskoplar avtomatik olaraq kardinal təyin olunurdu. Fransisk bu qaydanı dəyişdi.

O, tarixdə ilk dəfə olaraq, Tonqa, Haiti, Papua-Yeni Qvineya kimi bölgələrdən olan dini liderləri kardinal təyin etdi. Beləcə, daha əvvəl heç vaxt Roma Kilsəsinin hakim strukturlarında yer almamış bu “kənar” simalar indi Papa seçimi prosesinə birbaşa təsir edə biləcək statusa sahibdirlər. Bu isə seçim prosesini həm daha demokratik, həm də daha proqnozlaşdırılması çətin bir hala gətirir.

Yeni Papaya qərar verəcək kardinal seçicilər qarşısında mürəkkəb və çoxşaxəli seçim durur:

• Katolik Kilsəsinin prioritetləri: Qloballaşan Kilsə, Afrikada və Asiyada sürətlə artan katolik icmaları, Avropada isə dini dəyərlərin zəifləməsi fonunda yeni Papadan fərqli liderlik gözlənilir.

• İslahatların taleyi: Kardinallar qərar verməlidir — Papa Fransiskin islahat kursu davam etdirilməlidirmi, yoxsa Kilsə yenidən mühafizəkar xəttə dönməlidir?

• Yeni Papadan gözlənilənlər: O, təkcə dini lider yox, həm də dünya miqyasında əxlaqi nüfuz sahibi, qlobal problemlərə münasibət bildirən, tolerantlıq və dialoq aşılayan bir sima olmalıdır.

Yeni Papa kim və haradan ola bilər?

Hazırda konkret bir favorit yoxdur. Namizədlər sahəsi açıqdır və kardinal seçicilər müxtəlif profillərə malik dini liderlər arasında seçim edəcək. Namizədin yalnız dini və teoloji hazırlığı deyil, həm də Kilsənin islahatlarla bağlı gələcək kursunu necə yönləndirəcəyi də mühüm rol oynayacaq.

Kardinal seçicilər iki əsas seçim qarşısındadır: ya Papa Fransiskin başladığı islahat xəttini davam etdirəcək bir lider, ya da daha mühafizəkar və ənənəçi yanaşmanı təmsil edən yeni bir Papa.
Ən maraqlı müzakirələrdən biri də coğrafi mənsubiyyətlə bağlıdır. Çünki bəzi ekspertlər Katolik Kilsəsinin gələcəyinin Asiyada olduğuna inanır. Bu isə Cənub-Şərqi Asiyadan olan namizədlərin ehtimalını artırır.

Maraqlı detal isə budur ki, “papabile” — yəni “Papa ola biləcək” namizədlərin böyük əksəriyyəti məhz Fransisk tərəfindən kardinal təyin olunub. Bu da onların yeni liderin vizyonunda daha çevik və islahatlara açıq ola biləcəyini göstərir. Yalnız iki əsas papabile əvvəlki Papa XVI Benedikt tərəfindən təyin edilib.

Son iki konklavda yaşlı namizədlərin seçilməsi tendensiyası müşahidə olunub. Bu da daha qısa müddətli pontifikatlara səbəb olub. Yeni Papa seçimində yaş amili yenə diqqət mərkəzində olacaq. Bəzi kardinal seçicilər daha enerjili və uzunmüddətli liderlik potensialına malik gənc namizədlərə üstünlük verə bilərlər.

Musavat.com: Budəfəki konklav yalnız bir liderin deyil, bütöv bir epoxanın, Katolik Kilsəsinin XXI əsrdə hansı dəyərlərlə irəliləyəcəyinin cavabını verəcək. İslahatçı xəttmi qalib gələcək, yoxsa Vatikan yenidən öz köhnə, tanış yoluna qayıdacaq? Suallar çoxdur, cavab isə yaxın günlərdə veriləcək.

Xəbər lenti