“İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı

Türkiyənin aparıcı yerbilimçisi professor Naci Görür bir daha həyəcan təbili çalıb: “İstanbulda ən az 7.2, ən çox 7.5 bal gücündə bir zəlzələ olacaq və bu artıq qaçılmazdır!”

Musavat.com xəbər verir ki, 23 apreldə Silivri açığında baş verən 6.2 bal gücündəki zəlzələnin əslində gözlənilən “böyük İstanbul zəlzələsinin” bir siqnalı olduğunu vurğulayan Naci Görür, bu təkanın Kumburqaz fayının doğuya doğru qırılmasını sürətləndirdiyini və Adalar fayını da tətikləyəcəyini deyib. O, bu zəlzələnin sadəcə bir başlanğıc olduğuna, əsas faciənin hələ qarşıda olduğuna diqqət çəkir.

“İstanbul hazır deyil – 25 il boşa getdi”

Görür deyir ki, 1999-cu ildən bu yana 25 il keçməsinə baxmayaraq, İstanbul hələ də böyük zəlzələyə hazır deyil:

“Köçürmə adı altında sadəcə görüntü yaradıldı. Siyasi maraqlar, ranta dayalı planlar gerçək təhlükəni kölgədə qoydu. İstanbul zəlzələyə hazır deyil!”

Zəlzələyə müqavimətli şəhər necə olmalıdır?

Görürün fikrincə, bir şəhərin zəlzələyə müqavimətli olması üçün sadəcə binaların möhkəmləndirilməsi kifayət etmir.

“İdarəetmə, xalq, infrastruktur, tikili fondu, ekosistem və iqtisadiyyat – bu altı sahədə sistemli, koordinasiyalı və şəffaf fəaliyyət lazımdır. Təkcə köçürmə – bu işin ən asan və eyni zamanda ən gəlirli tərəfidir. Əsl iş isə hələ başlamayıb.”

“Rahat olun” deyə bildiyi tək yer: Elazığ

Elazığda baş verən 4.9 bal gücündəki zəlzələyə münasibət bildirən professor, bu bölgə üçün ciddi təhlükə görmür və “Rahat olun” deyə bilir. Ancaq İstanbul üçün bu cümləni işlətməkdən uzaqdır.

“Əgər bu sistemsizlik davam etsə, İstanbulda yaşanacaq faciənin məsuliyyəti kollektiv olacaq” – deyən Görür, həm xalqa, həm də siyasətçilərə çağırış edir: “Əgər bu ölkənin sahibiyiksə, seçici olaraq, yaşamaq hüququmuzu təmin etməyi tələb etməliyik.”

03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Xəbər lenti