Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi

Erməni mediası onun səfərini həm lüzumsuz xərc adlandırıb, həm də heç kəsin Xaçaturyanı saymadığını yazıb - deputatdan şərh

Ötən həftəsonu beynəlxalq medianın diqqəti Papa Fransiskin dəfn mərasiminə yönəlmişdi. Dünyanın ən güclü dövlətlərinin əsas fiqurları Papa ilə son dəfə vidalaşmaq üçün Vatikanda idi.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan da mərasimdə iştirak edib. Lakin bu ölkənin tənqidçi mətbuatı onun səfərini həm lüzumsuz xərc adlandırıb, həm də erməni prezidentini heç kəsin saymadığını yazıb. Üstəlik, Ermənistan liderinin mərasimdə iştirakı “milli maraqlara zidd” qiymətləndirilib.

Erməni mediası bunu onunla “əlaqələndirib” ki, Azərbaycan dövlətinin Vatikanda xristianlığın tarixi haqda beynəlxalq konfrans təşkil etməsinə Papanın icazə verməsi “artsaxın erməni mədəni-mənəvi irsinin təhqir olunması”na şərait yaratmaq imiş. Yəni buna görə də Ermənistan prezidenti dəfnə getməməli idi.

Onu da deyək ki, Xaçaturyanın mərasimdə Fransa prezidenti Emmanuel Makronun əlini sıxması fotosu yayılıb. Həmçinin deyilir ki, dünya liderlərinin qrup fotolarında Ermənistan prezidentini tapmaq mümkün olmayıb.

“Ermənistan prezidentini hansı sırada oturtduqlarını təxmin etmək çətin deyil. Və əgər Papanın dəfnindən yeganə foto Makronla əl sıxışmasıdırsa, əlbəttə ki, bu barədə Vaaqn Xaçaturyanın Vatikana xərclərini saymaqdan daha çox düşünməliyik”.

Bəs ermənilər yeni Roma Papasından hansı mövqeyi gözləyir?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Vatikanda konfrans keçirməsi çox önəmli hadisədir. Deputatın sözlərinə görə, bu, Azərbaycanın uğurudur: “Azərbaycan bütün dini mərkəzlərlə çox sıx əlaqələr qurub. Ölkəmiz bu əlaqələri hər zaman inkişaf etdirib. Vatikanla Azərbaycanın münasibətləri hər zaman yaxşı olub, bundan sonra da belə olacaq. O ki qaldı Ermənistanın yanaşmasına, Ermənistan Vatikanla əlaqələri yüksək səviyyəyə qaldırmağa çalışır. Bunun üçün dəstək almağa səy göstərir. Hətta illər öncə Sərkisyan öz kürəkənini Vatikana səfir təyin etmişdi, məqsəd Vatikanın tam dəstəyini əldə etmək idi. Bu gün Ermənistanı qıcıqlandıran odur ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan-Vatikan münasibətləri daha güclüdür. Ermənistan isə nə qədər çalışsa da, Vatikanın dəstəyini ala bilmir. Bu, əslində Azərbaycanın uğurlu siyasətinin göstəricisidir”.

C.Məmmədovun fikrincə, Ermənistan qlobal güc, qlobal dini mərkəz kimi Vatikandan dəstək gözləyir: “Ermənistan buna nail ola bilmədiyi üçün qıcıqlanır. Yeni Roma Papasının da Ermənistanın haqsız mövqeyini dəstəkləyəcəyini gözləmirəm. Azərbaycanın Vatikanla qurduğu sağlam, möhkəm münasibətlər sayəsində bu qeyri-mümkündür. Odur ki, Ermənistanın narahatlığı anlaşılandır. Ermənistan birmənalı şəkildə hədəflərinə nail ola bilməyəcək”.

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, erməni prezidenti Vatikanda sayan olmadı: “Onun ən böyük "sevinci" Makronla görüş idi. Ümumiyyətlə, müharibədən sonra İrəvan əlini hara atırsa, boşa çıxır. Ona görə də bu səyləri də nəticəsiz qalacaq. Bundan əlavə, müharibədən sonra ermənilər xristianlıq faktorunu tez-tez qabartmağa çalışırlar. Bu minvalla daha böyük dəstək alacaqlarını gözləyirlər. Ancaq Ermənistan yeni yollar axtarmalıdır. Bu da sülhə xidmət etməlidir. Yəni Vatikana, Makrona üz tutmaqla hansısa pis niyyətlərini reallaşdıra bilməyəcəklər".

Ekspertin fikrincə, Vatikan dünyanın həm də siyasi mərkəzidir: “Burada bir sıra siyasi məsələlər danışılır. Yəni təkcə dini məbəd deyil. Biz Tramp-Zelenski görüşündə də buna şahid olduq. Ancaq Ermənistan Vatikana pənah apara bilməzdi. Onların nicatı Türkiyə və Azərbaycandan asılıdır. O baxımdan İrəvan tələbləri və götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Xatırladaq ki, Roma Papası Fransisk ölümündən bir gün əvvəl Pasxa bayramı münasibətilə yaydığı təbrikdə Azərbaycan və Ermənistanı sülhə çağırıb. O bu sülhün əbədiliyi üçün dua edib: “Bu bayram günündə gəlin Cənubi Qafqazı da xatırlayaq və dua edək ki, Ermənistan və Azərbaycan arasında yekun sülh razılaşması tezliklə imzalansın. Gəlin, dua edək ki, bu razılaşma imzalandıqdan sonra yerinə yetirilsin və regionda çoxdan gözlənilən əmin-amanlığa gətirib çıxarsın”.

Qeyd edək ki, aprelin 26-da Vatikanda, Müqəddəs Pyotr meydanında Roma Papası Fransiskin dəfn mərasimi keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin və digər rəsmilərin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalagerlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb. Xatırladaq ki, Papa Fransisk 2013-cü ildə Vatikanda Müqəddəs Taxt-Taca yüksəlib. O, dünyanın müxtəlif yerlərinə 30-dan çox missioner səfəri edib, burada sadə insanlarla şəxsən ünsiyyətdə olub və qəbulların hədsiz təmtəraq və xüsusi təhlükəsizlik tədbirləri olmadan keçirilməsini tələb edib.

03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Xəbər lenti