Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son açıqlamaları ilə gündəmi silkələyib. Onun sözlərinə görə, bəzi ölkələr sülh müqaviləsinin öz paytaxtlarında imzalanmasını təklif etsələr də, Ermənistan tərəfi bu sənədin bilavasitə Azərbaycan-Ermənistan sərhədində imzalanmasını istəyir.

Bu fikirləri Mirzoyan Sloveniya xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

O, əlavə edib ki, Ermənistan Azərbaycan tərəfinə bir təklif də təqdim edib: sülh müqaviləsi və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədlərin eyni gündə imzalanması.

Mirzoyan bildirib:

“Əgər de-fakto başa çatmış münaqişə de-yure olaraq sülh müqaviləsi ilə təsdiqlənərsə, artıq Minsk Qrupu formatına ehtiyac qalmayacaq. Əksinə, bu format bundan sonra əngəl yarada bilər. Bu səbəbdən Ermənistan təklif edir ki, eyni gündə – istənilən ardıcıllıqla – həm sülh müqaviləsi, həm də Minsk Qrupunun buraxılması ilə bağlı sənəd imzalansın”.

Qeyd edək ki, Mirzoyan bundan əvvəl də bu təklifi irəli sürmüşdü. O zaman da Ermənistan tərəfi, həm Minsk Qrupunun ləğvini rəsmiləşdirməyə, həm də sülh sənədini imzalamağa hazır olduğunu bildirmişdi.

Lakin reallıq fərqlidir. Azərbaycanın qarşısında qoyduğu iki əsas şərt hələ də yerinə yetirilməyib:
1. Ermənistan Konstitusiyasının dəyişdirilməsi – Bu sənədin bir sıra maddələri Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ehtiva edir. Rəsmi Bakı hesab edir ki, bu maddələr dəyişdirilmədən sülh müqaviləsinin hüquqi sabitliyi təmin oluna bilməz.
2. ATƏT-in Minsk Qrupunun tam şəkildə hüquqi olaraq ləğv olunması və bu barədə birgə müraciətin hazırlanması.

Mirzoyan həmçinin bildirib ki, Antalyada keçirilən son danışıqlarda müəyyən irəliləyiş olsa da, hələ yekun qərar əldə olunmayıb. Bu, faktiki olaraq danışıqların hələ də kritik mərhələdə olduğunu göstərir.

Bu məqamda müşahidəçilər Ermənistandan gələn bu cür təklif və açıqlamaların sadəcə zaman qazanmağa, prosesin qarşısını almağa hesablandığını düşünür. Ermənistan tərəfi, bir tərəfdən, beynəlxalq aləmdə sülhə hazır olduğunu göstərməyə çalışır, digər tərəfdən isə Azərbaycanın əsas şərtlərindən – xüsusilə Konstitusiyanın dəyişdirilməsi məsələsindən – yayınmağa çalışır.

Diplomatik mənbələr bildirir ki, sülh sənədi artıq texniki redaktə mərhələsindədir. Tərəflər arasında əsas razılaşma əldə olunub, ciddi fikir ayrılığı yalnız yuxarıda qeyd olunan iki şərtlə bağlıdır.

Bütün bunları nəzərə alaraq, Ermənistanın eyni gündə iki sənəd imzalamaq təklifi simvolik görünsə də, praktiki baxımdan hələ də bu ölkənin öhdəliklərdən yayınmaq üçün “ikili oyun” oynadığını göstərir.

Azərbaycan tərəfinin mövqeyi isə aydındır: sülh, ancaq real dəyişikliklərlə mümkündür. Ermənistan yalnız açıqlamalarla deyil, konkret hüquqi addımlarla prosesi tamamlamalıdır. Əks halda, bu təkliflərin heç biri real nəticə verməyəcək.

03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Xəbər lenti