![]() |
|
Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.
Oxu.az-ın müxbiri xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.
***
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.
"Ölkə.Az"ın məlumatına görə, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.
Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır. oxu.az
***
Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.
Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.
Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.
///Report
Ötən gün sosial şəbəkələrdə müğənni Nüşabə Musayevanın özünə dəbdəbəli ad günü məclisi təşkil etməsi barədə məlumat vermişdik.
DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Qafqazinfo-ya məsələ barədə açıqlama verib.
O bildirib ki, xüsusi karantin rejiminin tələblərini pozaraq, Sumqayıt şəhərindəki “Amore” restoranında özünə ad günü keçirən müğənni cəzalandırılıb:
“Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə ediliblər”.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Azərbaycanlı kriminal avtoritet Lotu Qulinin hazırda Türkiyədə dəfn mərasimi keçirilir.
Dəfn mərasimini canlı təqdim edirik: oxu24
Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb.
Başından 4 güllə yarası aldığı iddia olunan Nadir Səlifov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onu öldürənin öz yaxın adamı Xan Əhmədlinski ləqəbli kriminal avtoritet olduğu bildirilir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.
Hadisə “Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə baş verib.
Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.
Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.
Aznews.az saytı məlumat yayıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.
Sfera.az isə “Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı maraqlı informasiyalar əldə edib. Həmin məlumatda bildirilir ki, bu şəxs DetAl Holdinqin baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.
Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir. (savash.org)
Abşeronda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qəza avqustun 20-də saat 13 radələrində rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və onun 7 yaşlı qardaşı Muradı vurub.
Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilsə də, Rüstəm orada vəfat edib.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bakı-Quba yolunda avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə magistralın Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Belə ki, Qubadan Bakıya gələn 99 CT 709 dövlət nömrə nişanlı "Mitsibushi" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobili aşırıb. Qəza zamanı sürücü, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Molgif Rəhimov və avtomobildə olan sərnişin xəsarət alıb. Onlar yaxınlıqda olan şəxslərin köməkliyi ilə maşından çıxarılıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Minik vasitəsi yararsız hala düşüb.
Qəzaya səbəb kimi sürət həddinin aşılması göstərilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Son illərdə Azərbaycanın hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır. Bunlar həm də nazirlik, nazirlər və icra başçıları səviyyəsində zaman-zaman həyata keçirilib. 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanovun həbsindən sonra bir müddət bu sahədə sabitlik olsa da, 2015-ci ildə “MTN işi” ilə başlanan proses hələ də davam edir. Son aylarda ölkədə 10-a yaxın rayonun icra başçısı həbs olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, icra hakimiyyətlərində ilk əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 2019-cu il dekabrın 19-da Ağstafada baş tutdu. Başçı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs edildi.
Öncədən onu qeyd edək ki, icra başçılarının hər biri ortaq maddələrlə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar.
Nizaməddin Quliyev həbs edilərkən oğlanları ilə gündəmə gəldi. Onun bir oğlu – Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Kiçik oğlu Ramal Quliyev isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi idi. Atasının həbsindən sonra keçmiş baş prokuror Zakir Qaralov onu vəzifəsindən çıxardı. Ramal Quliyev Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan qalmaqallı videosunda da yer almışdı. Onun bankların birində filial müdiri işləyərkən milyonluq yeyintiyə yol verdiyi haqda məlumat yayılmışdı.
Nizaməddin Quliyevlə birgə Yevlaxın icra başçısı olmuş Qoca Səmədov da həbs olunmuşdu. Lakin onun həmin zaman vəzifədə olmaması və mənimsədiyi məbləğin az olması Qoca Səmədovun ictimai müzakirələrə səbəb olmaması ilə nəticələndi.
Əməliyyatın davamı kimi 2020-ci ilin fevral ayında DTX Neftçalaya üz tutdu. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də həbs edildi. Bu rayonda əməliyyat daha geniş sferanı əhatə etdi və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da rüşvət alma və verməyə görə dəmirbarmaqlıqlar arxasına yollandılar.
Gəncliyində bank sektorunda işləyən İsmayıl Vəliyev daha sonra Gömrük Komitəsində vəzifə tutub. İsmayıl Vəliyev Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. Onun oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışır. Lakin o, həbsindən sonra aldığı rüşvətlər və işlətdiyi eşşək ferması ilə daha çox yadda qaldı.
Aprelin 29-da isə rüşvətxor məmurların kabusuna çevrilən əməliyyatçılar Biləsuvar rayonuna baş çəkdilər. İcra başçısı Mahir Quliyev kabinetindəcə həbs olundu. O da digər icra başçıları kimi özündən aşağı vəzifədə olanlardan rüşvət almaqda, aztəminatlı vətəndaşları ictimai işlərə yazdırıb pullarını özü mənimsəməkdə ittiham olundu. DTX-da ifadə verərkən "bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm” demişdi. Mahir Quliyevin 42 yaşına kimi heç bir ali təhsili olmayıb.
Onun bioqrafiyasında 2000-ci ildə “Naxçıvan” universitetini bitirdiyi qeyd edilsə də, TQDK bu məlumatı təkzib edib. Onun əmək fəaliyyətinə kolxozda fəhlə kimi başlaması, sonra vəzifəsinin artaraq usta olması diqqət çəkmişdi. Daha sonra Bakıda işləyən Mahir Quliyev bulvarda “Sahil” restoranında ofisiant, bir neçə il sonra isə administrator kimi işləyib. İddiaya görə, həmin restorana tez-tez gedən sabiq PA rəhbəri Ramiz Mehdiyevlə burada başlayan tanışlığı onun sonrakı vəzifə pillələrində irəliləməsində dəstəyi olub. Mahir Quliyevin məşhur iş adamı Hacı İbrahim Nehrəmli ilə quda olduğu bildirilir. Mahir Quliyevin qızı Hacı İbrahimin oğlu ilə evlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.
Bu əməliyyatdan bir həftə sonra, mayın 5-də DTX əməliyyatçıları İmişliyə yollandı. Həbsindən bir neçə ay öncə 124 manata kirayə yaşadığını elan edən Hacıyevin evindən və kabinetindən milyonlarla manat məbləğində pullar çıxdı.
Onun evində və kabinetində quraşdırılan kameralar vasitəsilə aldığı rüşvətlər və sövdələşmələri anbaan qeydə alınmışdı. Əməliyyat çəkilişi zamanı onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb. Həbs edilib məhkəmədən çıxarkən isə qohumlarına "Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun" demişdi. Onun oğlu Məhəmməd Hacıyev də atasının həbsindən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki müstəntiq vəzifəsindən çıxarılmışdı. Maraqlı bir məqam budur ki, V.Hacıyev 2004-cü ildə Göygöldə başçı olarkən qardaşı Eldar Hacıyev həmin rayonda bank filial müdiri olub. E.Hacıyev mətbuata açıqlamasında bildirib ki, qardaşı Vilyam ona rayonda bir çox abadlıq işləri gördürsə də, sonradan 32 min manatı ona “atıb”.
Üç aylıq fasilədən sonra bu dəfə Baş Prokurorluq bir icra başçısını “ovladı”. Avqustun 19-da Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov həbs edildi.
Sabiq başçı C.Cəfərov may ayında iş otağında keçirdiyi videokonfrans zamanı “5 ay ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin” demişdi. Onun istəyi qismən də olsa həyata keçdi. Çünki C.Cəfərovu digərlərindən fərqli olaraq DTX yox, prokurorluq həbs etdi. Ceyhun Cəfərov əmək fəaliyyətində İstilik-İstismar sahəsində çilingər kimi başlayıb, daha sonra isə Bakının müxtəlif rayonlarında “JEK”lərdə şöbə müdiri və müdir vəzifələrində çalışıb. Ceyhun Cəfərov Rabitə Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalovla qayın-yeznədir.
Yazıda adları çəkilən hər bir icra başçısı və onların tabeliyində olan vəzifəli şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilən icra başçıları Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.
Türkiyədə qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb.
“Report” xəbərinə görə, saxlanılan şəxsin adı Natiq Binnətovdur.
N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb. Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən narkotik vasitə çıxıb.
N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
N.Binnətov əvvəllər də həbsdə olub.
Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə gülllənərək qətlə yetirilib.
Müğənni Nüşabə Musayeva sosial şəbəkədə özünə dəbdəbəli ad günü keçirdiyi restorandan video paylaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, müğənni və yaxınları maska taxmadan, sosial məsafə gözləmədən şənlik ediblər.
Videoda restoranın digər hissəsində bəylə gəlin də kadra düşüb. Novxanıda yerləşən restoranda eyni zamanda toy məclisi də təşkil olunub.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.