![]() |
|
Kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmlarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.
"Azərbaycanlı cinayətkar qruplaşmalar başqa ölkələrdə meyvə, tərəvəz və göyərti satan soydaşlarına nəzarət edirlər. Cəfəri, sarımsaq və s. göyərti məhsullarından 200-300% gəlir əldə etmək olur. Bu narkoticarətdən gələn gəlirlərlə müqayisə oluna bilər. "Lotu Quli" çeçen qruplaşmaları ilə "Fud Siti", "Dörd mövsüm" və s. topdan satış mərkəzləri və bazarlara nəzarət uğrunda mübarizə aparıb. Hər ay yüz milyonlarla dollar gəlir gətirən bu sahələr 2014-2015-ci ildən gedən müharibənin əsas səbəbidir". (modern.az)
Bu barədə URA.RU-ya hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, 90-cı illərdə olduğu kimi cinayət müharibəsi olmayacaq amma əlbəttə dəyişikliklər olacaq. Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləm Qulinin nəzarətinə keçdi və ona xərac verməyə başladı. İndi yeni bir sahibi gözləyirlər.
Hazırda üç nüfuzlu oğru Qulinin yeri uğrunda yarışır. Əvvəlcə bu, qətlə yetirilən "Ded Xasan" ləqəbli Aslan Usoyanın qardaşı oğlu Gia Sverdlovski ləqəbli 47 yaşlı Georgi Akoyevdir. İkinci iddiaçı, hal-hazırda Ukraynada yaşayan "Avto" ləqəbli 65 yaşlı Avtandil Kobeshavidzedir. Üçüncü iddiaçı isə "Əhməd Şalinski" ləqəbli 39 yaşlı Əhməd Dombayev hesab olunur.
Qeyd edək ki, 20 avqust saat 02 radələrində qanuni oğru "Lotu Quli" Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib. Qətli “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.
"Avto" (Avtandil Kobeshavidze)
"Əhməd Şalinski" (Əhməd Dombayev)
"Gia Sverdlovski"(Georgi Akoyev )
20 avqust saat 02 radələrində qanuni oğru "Lotu Quli" Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib.
Axar.az” xəbər verir ki, qətli "Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.
Məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.
İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, Rövşən Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Qətlinin sifarişçiləri sırasında isə Lotu Qulinin də adı çəkilirdi.
Lakin qatil Qulini 18 avqustda öldürə bilməyib və sifarişi 19 avqust gecəsi yerinə yetirib.
"Lotu Quli" arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
16 may 1995-ci il təvəllüdlü, qubalı Xan Bakinski – Xaqan Zeynalov kriminal aləmdə tanınmır. O yalnız "Jora” ləqəbli Samir Fəqan oğlu İsmayılovun təqdimatı ilə Lotu Quli ilə tanış olub. Daha sonra isə Lotu Quli Xaqanı özünə mühafizəçi götürüb.
Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış. Qumar masası arxasında "Odessa Nazir” kimi tanınan Nazir Bayram oğlu Əliyev olub. Həmçinin Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov da hadisə yerində imiş, onlar əsas şahidlərdir.
Lotu Qulinin mühafizəçisi olan Xaqan Zeynalov "şefini” güllələyəndən sonra qaçarkən onun arxasınca Tarzan Nazarov düşüb və dərhal atəş açaraq Xaqanı yaralayıb.
Digər bir dəhşətli məqam isə odur ki, qətldən dərhal sonra Polad Omarovun mobil telefonuna naməlum nömrədən mesaj gəlib. Mesajda bildirilib:
"Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.
"Ölkə.Az" ANAMA-dan verbildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı və 52 ədəd 7.62 mm-lik patronlar (PS) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
"Ölkə.Az" bildirir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxsi həbs ediblər.
Əməliyyat zamanı Hacıqabul rayonunun Meynim kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Gəncalı Abbasəli oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Oradan 9 ədəd əkib-becərilməsi qadağan olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Qeyd edək ki, adı çəkilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunub.
Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Nazirlikdən verilən məlumata görə, avqustun 17-də keçirilən növbəti belə tədbir zamanı paytaxtın Xətai rayonunun E.Əliyev küçəsi 1 ünvanında sənaye tullantılarının qalaqlanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna və sənaye tullantılarının qalaqlanmasına görə Biləsuvar rayon sakini Zahir Məhərrəmov barəsində protokol tərtib olunub. Ona 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Dünən Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun qətlə yetirməsindən sonra qətlin təfərrüatları, qətlə yetirənin kimliyi barəsində müxtəlif söz-söhbətlər dolaşır. Onun ətrafına ən yaxın kəslərdən olan Xan Əhmədlinski tərəfindən vurulduğu deyilir.
Daha ətraflı videoda:
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.
(konkret.az)
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb. Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 12-ci, 13-cü və 14-cü Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Ramana qəsəbəsindəki 3 kafedə 19 nəfər, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən digər kafedə 7 nəfər, Bakıxanov qəsəbəsində 1 restoranda 11 nəfər nəfər müəyyən olunub. Restoran və kafelərdə sanitar-epidemioloji normalarını pozan 37 nəfər müvafiq polis bölmələrinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub. Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb. İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.
APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
***
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.
APA-nın məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq.
***
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.
"Ölkə.Az" “Report”a istinadən xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.