![]() |
|
Respublika Sesymoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi 28 km olub.
Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.
Baku.ws xəbər verir ki, "Lotu Quli"nin adına qurulmuş yas mərasimində iştirak edən xeyli sayda insan yaxalanıb.
Rusiya mətbuatının yaydığı görüntülərdən aydın olur ki, hüquq mühafizə orqanları məkanda "Lotu Quli"nin yas məclisi keçirildiyi üçün ora əməliyyat təşkil edib.
“Ölkə.Az” “vesti.ua”ya istinadən xəbər verir ki, hadisə gecə yarısı baş verib. Hadisənin şahidlərinin dediyinə görə, mikrorayonda elektrik enerjisi kəsildikdən sonra zavodun ərazisindı partlayış səsi eşidildi və yanğın başladı. Hüquq-mühafizə orqanlarının verdiyi xəbərə görə, zavod ərazisindəki transformator yarımstansiyası partlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Musavat.com xəbər verir ki, əsas şübhələrin 2016-cı ilin 18 avqustunda qətlə yetirilən Rövşən Lənkəranskinin klanı üzərində cəmləşməsi sirr deyil. Amma o da şübhəsizdir ki, Qulinin ölümünü istəyən yeganə klan Lənkəranskilər olmayıb. Quli son vaxtlar bəzi gürcü, erməni, kürd, çeçen və slavyan klanlarının ayrı-ayrı üzvləri ilə konflktdə idi. Bu səbəbdən də kələfin ucu xeyli dolaşıb, xüsusilə qətli törədənin hadisədən bir neçə dəqiqə əvvəl çəkdiyi videonu 4 ayrı-ayrı yerə göndərməsi sualları daha da artırıb.
İndi əsas diqqət Krasnodarda həbsdə olan və “1 nömrəli oğru”, yaxud “kriminal aləmin kralı” statusunu həbsdə olsa da, özündə saxlayan milliyyətcə yezidi kürdü olan Zaxari Kalaşova (Şakro Molodoy) yönəlib. Nəzərə alsaq ki, vaxtilə o, Qulinin qardaşı Namiq Səlifovun (Namik Bakinski) “qanuni oğru” adının alınması məsələsini qaldırmış, son olaraq isə öz həbsxana kamerasında Lotu Quliyə bu yazıda toxunacağımız bir hadisəyə görə ölüm hökmü çıxarmışdı.
Lənkəranskini Şakro Molodoy öldürtdürə bilərdi, niyə?
2016-cı ilin iyununda Zaxari Kalaşov gözlənilmədən həbs edildi. Rusiyanın bəzi internet portalları konkret cinayətə və qətlə görə saxlanılan Şakro Molodoyun həbsində Rövşən Lənkəranskinin əli olduğunu iddia edirdilər. Məlumdur ki, Şakro İspaniya həbsxanasında cəza çəkəndə onun yaxın silahdaşı Aslan Usoyan (Ded Xasan) öldürüldü. Bu qətildə əli olduğu deyilən Lənkəranski və onun gürcü şərikləri tezliklə Ded Xasan klanının bir çox sektorlarına nəzarəti ələ keçirə bildilər.
Şakro həbsxanadan çıxandan sonra Ded Xasanın mirası və klanına nəzarət üçün savaşa başladı. İrəvanda keçirdiyi ilk “sxodka”da Lənkəranski də daxil olmaqla, 10-a qədər kriminal avtortetin “oğru” statusunun geri alınması haqda qərar çıxardı.
Bu səbəbdən də Şakronun həbsi Lənkəranski də daxil olmaqla, düşmənlərinin qisası kimi izah edilirdi. Şakro həbs ediləndən təxminən ay yarım sonra Lənkəranski Türkiyədə qətlə yetirildi… Bu qətli isə Şakrodan daha çox, həmin vaxt Bakıdakı 8 saylı həbsxanada cəza çəkən Qulinin “ayağına yazdılar”…
Şakro Molodoyla konflikt – bu dəfə Lotu Qulinin qətli…
Ötən ilin avqustun sonunda baş vermiş bir hadisə Quli və bəzi qanuni oğrular arasında ciddi qarşıdurmaya səbəb oldu. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan qanuni oğru Quram Çixladzenin Lənkəranskinin adamları ilə yaxınlığı üzə çıxmışdı. Quli isə iddialara görə, Quramın Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklini gördükdən sonra şillədib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı frayer Arman Cumagəldiyev edib.
Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurdu. 1994-cü ildə – Quram 6 yaşında olanda onun gözləri önündə atası – qanuni oğru Aftandil Çixadzeni və anasını öldürüblər. Bu hadisədən sonra Şakro Molodoy da daxil, qanuni oğrular Quramı öz himayələrini götürüblər. 16 yaşında ona qanuni oğru titulu veriblər. Qətldən 20 il sonra Moskvaətrafı Krasnoqorsk vilayətdəki ticarət mərkəzində Çixadzelərin qatili hesab olunan David Melkadze güllənib, qısas qiyamətə qalmayıb.
Quli ilə insidentdən sonra Şakro Molodoy və daha bir nüfuzlu qanuni oğru Badri Koquaşvili Quramın müdafiəsinə qalxıb. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Bu dəfə isə bir “sxodka” da Badri ilə Qulinin münasibətləri gərginləşir. Baş verənlərdən sonra Koquaşvili cidd-cəhdlə hər kəsə Qulinin “oğru” adlandırıla bilinməyəcəyini və bununla bağlı qərar verilməsinə çalışır. Bu işdə ona Şakro Molodoy da dəstək verir.
Şakro Molodoy “hökm”ləri hansı həbsxanadan verir?
Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib. Məhkəmənin hökmü ilə 9 il 10 aylıq həbs cəzası alan Şakro artıq 2 ilə yaxındır ki, Krasnodardakı 2 saylı cəzaçəkmə müəssisəsindədir.
Şakronun hara köçürüləcəyi hələ o, Moskvada istintaq təcridxanasınında olanda kriminal aləmi maraqlandırırdı. Çünki nüfuzlu qanuni oğru bir neçə il Rusiyanın kriminal aləminə buradan idarə etməli (təsir etməli) olacaqdır.
Kuban bölgəsi kriminala həmişə həssas olub. Şakro üçün burada demək olar, bütün şərait yaradılıb ki, hətta tikanlı məftillər arxasında aparıcı mövqeyini qorusun.
Krasnodardan Dvubratski kəndinə qədər – təxminən 60 kilometrdir. Penitensiar sistem işçiləri buranı “Tyurmaqorod” adlandırır. Dvubratskidə həbsxana ötən əsrin 30-cu illərindən var. Qətl və xüsusilə ağır cinayətlərdə suçlananlar və residivistlər buraya cəza çəkməyə göndərilir. Burada bütün Krasnodar vilayətinin həbsxanasının yarısı yerləşir.
İki tibbi müalicə müəssisəsi, vərəmli dustaqlar üçün xəstəxana, 3 nömrəli qadın koloniyası (“troyka”da adlanır) və Şakronun köçürüldüyü 2 saylı ciddi rejimin kişilər koloniyası (bura isə “dvoyka həbsxanası” kimi tanınır). Koloniyalar hər zaman dolu olur, çünki Rusiyanın bir çox yerlərindən məhbuslar bura cəza çəkməyə göndərilir. Son məlumata görə, burada 5 minədək dustaq var. Bu, qəsəbənin əhalisindən iki dəfə çoxdur.
Dvubratski kəndində yaşayanların əksəriyyəti də həbsxanalarda işləyənlər və onların ailələridir. Kənd Pentensiar Xidmətin balansındadır.
Kəndin istilik, su, elektrik verilməsi koloniyaların hesabınadır.
2 saylı koloniyaya uzun illərdir ki, polkovnik Viktor Qovoruxin rəhbərlik edir. 2 saylı cəzaçəkmə müəssisəsi Krasnodar ərazisində ən böyük həbsxanadır. Burada məhkumların sayı təxminən 2000 nəfərdir. Onların əksəriyyəti Kuban sakinləridır.
Koloniyada orta məktəblər və peşə məktəbləri var. Məhkumlar elektrik qaynaqçı, torna, kərpic, tikiş və digər ixtisaslara yiyələnirlər. Koloniyanın öz çörəkbişirmə sexi var. 2002-ci ildən koloniyanın ərazisində kilsə də fəaliyyət göstərir. Bu kilsəni də dustaqlar xeyriyyəçilərin yardımı hesabına özləri tikib.
P.S. Videoda Şakronun sonuncu dəfə həbs edildikdə istintaq təcridxanasında oğru salamlaşmasıdır.
Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən "Ölkə.Az"a bildirilib
Qeyd edilir ki, paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb.
Aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub.
2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub.
Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.
Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.
Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
"Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirlib.
Məhkəmə baxış iclası sentyabr ayının 7-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.
İttihama görə, Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunu odlu silahla öldürüb.
Tutularaq istintaqa cəlb edilən E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Məlumata görə, bacanaqlar arasında borc söhbəti olub. Bundan dolayı tərəflər arasında narazılıq yaşanıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.