“Krıtı Malış Gəncəli” çayxanada saxlanıldı

Gəncədə kriminal aləmin üzvü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakini, 42 yaşlı Zaur  İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver tapança,həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı  9mm kalibirli “Makarov” tipli tapançanın patronları açkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məlumata görə, Z.İsmayılov əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunub, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınır. O, gürcü “qanuni oğru” “Lavaşoğlu Batumski” kimi tanınan Mindiya Qoradze ilə bir yerdə həbsdə olub və onunla yaxın əlaqələri olduğu bildirilir.

 



 
Ədliyyə Nazirliyinin binasında yanğın

Ədliyyə Nazirliyinin binası yanır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, binanın yuxarı mərtəbəsində yanğın başlayıb. 

Hazırda əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Nazirliyin əməkdaşları binadan təxliyyə olunub.

***

Yanğın söndürülüb.

 

Ötən il ən çox cinayət törədən işsizlər olub

Azərbaycanda ötən il cinayət törətmiş şəxslərin sosial-demokratik əlamətlərinə görə bölgüsü açıqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, burada hansı təbəqədən olan insanların daha çox cinayət törətdiyi məlum olub.

Belə ki, ötən il qeydə alınan 17 823 cinayət törətmiş şəxsin 10 408 nəfəri əmək qabiliyyətli yaşda olub işləməyən və oxumayan şəxslərdir.

Cinayət törətmiş şəxslərin 1160-ı fəhlə, 606-sı qulluqçu, 168-i kənd təsərrüfatı işçisi, 274-ü sahibkar, 55-i bank işçisi, 13-ü dövlət idarəçiliyi işçisi, 95-i tələbə olub.

Sürücünü vuran sərnişin üzr istədi

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən Anar Nehmətli üzr istəyib. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli  saxlanılıb. 

Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib.

 

Maskaya görə sürücünü vuran sərnişin saxlanıldı

Bakıda 13 nömrəli marşrut avtobusunda ondan maska taxmasını tələb edən sürücünü vuran sərnişin saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon, Masazır qəsəbə sakini Anar Nehmətli saxlanılıb.

O, iki maddə ilə ittiham olunur. Gün ərzində onun barəsində qərar verilməsi üçün materiallar məhkəməyə göndəriləcək. A.Nehmətlinin saxlanılması barədə məlumatı Bakı BPİ-nin Mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

 

 

Polis 7 aydır itkin düşən 82 yaşlı Sumqayıt sakinini axtarır - FOTO

Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov cari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun əlamətləri belədir: boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, saçları qısa və ağarmış, gözlərinin rəngi qəhvəyi, sifətində digər fərqləndirici əlamətləri yoxdur.

Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə poliver, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Pirallahıda karantini pozan kafe aşkarlandı;  8 nəfər saxlanıldı - FOTO

Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Rayon polis şöbəsinin əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.

Sanitar-epidemioloji normalarını pozan 8 nəfər müvafiq polis şöbəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub. Obyektin sahibi barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

Pirallahıda karantin rejimini pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı (FOTO) - Gallery Image

Pirallahıda karantin rejimini pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı (FOTO) - Gallery Image

Ağstafa sakini intihara cəhd etdi, polisə yalan danışdı

Ağstafa rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirməklə intihara cəhd edib.

Rayon sakini, 36 yaşlı Samir Cəlilov ülgüclə qoluna xəsarət yetirərək damarlarını kəsib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb, müayinə və müalicə edildikdən sonra ambulator müalicəyə göndərilib.

S.Cəlilov bir neçə saatdan sonra xəstəxanya qayıdaraq onu avtomobil vurduğunu deyib. Yenidən müayinə edilən S.Cəlilovun bədənində özünə ülgüclə yetirdiyi xəsarətdən başqa heç bir zədə aşkar olunmayıb. Xəstəxananın növbətçi həkimi polisə məlumat verib.  S.Cəlilov polisə yalan ifadə verərək naməlum avtomobil tərəfindən vurulduğunu və sürücünün hadisə yerindən qaçdığını bildirib.

Polis tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin avtomobilin onu vurması haqda dedikləri öz təsdiqini tapmayıb.

Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirməsi və məsələnin digər təfərrüatı araşdırılır. ("Report")

Qobustanda ağır qəzada ölən Əminənin FOTOsu
Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.

Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində hotellərin birində "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli tərəfindən qətlə yetirilib.

"MediaPost” xəbər verir ki, artıq Türkiyə hüquq-mühafizə orqanları "Lotu Quli”nin öldürüldüyü hoteldə araşdırmanı başa çatdırıb. Artıq, aparılan araşdırma zamanı Serif rayonunun Boğazkent mahalında Səlifovun qaldığı hoteldə yaxın adamı Xan Bakinskiy tərəfindən öldürülməsi görüntülərlə təsdiqini tapıb. 

Məlumatda bildirilir ki, "Xan” hadisədən sonra hotel dəhlizindən qaçdığı, bu zaman əlində iki silah olan gürcü əsilli İ.D-nin (Lotu Qulinin mühafizəçisi - red.) onu təqib edib. Qatil hotelin qarşısında onu gözləyən nəqliyyat vasitəsinə minərək hadisə yerindən uzaqlaşıb. 

Hadisə yerində aparılan axtarış zamanı 1 odlu silah və 15 patron, 2 güllə şanı, 1 giliz, 1 güllə nüvəsi, 1 tapança, Nadir Səlifovun çantasından isə 15 patron və 1 bıçaq götürülüb.

Lotu Qulinin öldürülmə anın yeni görüntüləri təqdim edirik:

Xəbər lenti