![]() |
|
Redaktor.az xəbər verir ki, hadisə "3-cü mikrorayon bazarı"nın yaxınlığında baş verib.
Redaksiyamıza göndərilən video görüntülərdə gənc oğlanın qanlar içində yerə uzandığı görünür.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videodan izləyin:
Baş Prokurorluğun Mətbuat xidmətindən "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur.
Qeyd edək ki, demokrat.az saytının yazdığına görə, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub.
Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürülüb və qaytarılmayıb.
İddiaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək, iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətləridən sui istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 314-2.1-ci (ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddələri ilə ittiham elan edilib.
“Saat 21.00 radələrində Nadir Səlifov, mən və ona yaxın olan bir çox adamlar otelin restoranında idik. Çoxlu qonaqlar vardı. Heç bir təhlükə yox idi".
Virtualaz xəbər verir ki, bunu avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın qohumu bildirib.
Həmin şəxs cinayətin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış avtoritet onun gözü qarşısında güllələnib. Hadisə barədə danışan həmin şəxs deyib:
“Yeməyi bitirdikdən sonra Quli mühafizəçilərlə birlikdə oteldəki otağına getdi. Sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi.
Mən restorana enib onu gözlədim. Az sonra Quli gəldi. Onun xeyli mühafizəçisi var idi, amma hamısı silahsızdı və dəhlizdə idilər.
Bu sektorda biz ikimiz qaldıq. Heç kim yox idi. Birdən "Xan" (Xaqan Zeynalov) gəldi. Narahatlıq əlaməti yox idi. Xanın əlində bir çanta vardı. O, bizim stola yaxınlaşdı. Mənim ağlıma da gəlməzdi ki, o, tapançanı çantanın altında tutub.
Nadir Səlifovun qohumunun dediyinə görə, Lotu Quli və onun oturduğu masaya yaxınlaşan qatil birdən atəş açıb:
"O, Quliyə dörd dəfə atəş açdı. Bir güllə başında, ikincisi başının arxasında, ikisi də kürəyinə dəydi. Hər şey elə gözlənilməz və sürətlə baş verdi ki, gözlərimə inana bilmədim. Mənə elə gəldi ki, bütün bunlar gerçəkdə baş vermir. Ancaq "Quli" masaya yıxıldı".
Qohumunun dediyinə görə, Səlifov Beretta markalı tapança ilə vurulub.
N.Səlifovun qohumu iddia edir ki, işini gördüyünə əmin olduqdan sonra Xaqan Zeynalov qaçmağa başlayıb:
“O, dəhlizə girib "Lota Quli vuruldu" deyə qışqırmağa başladı. Bir neçə saniyə sonra təxminən on silahsız mühafizəçi otağa girdi. Mən yalnız Xan Əhmədlinskinin Qulini vurduğunu söyləyə bildim ”.
N.Səlifovun qohumu Xaqan Zeynalovun qanun oğruların dairəsinə bir il əvvəl girdiyini və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazanmağı bacardığını söylədi.
“Şəxsən mən ondan şübhələndim. "Quli" kimi təcrübəli bir insanın ətrafına bir il əvvəl etibar etdiyi təsadüfi bir insanı necə qəbul etdiyi mənə aydın deyil ”.
Xaqan Zeynalov məşhur bakılı zərgər Dayanət Zeynalovun oğludur.
Bakı-Sumqayıt yolunda təhlükəli hərəkət edən yük avtomobili sürücüsünün videogörüntüsü redaksiyamızın elektron ünvanına göndərilib. Avtosfer.az xəbər verir ki, beynəlxalq avtovağzalın qarşısında hərəkət edən 50-ZA-310 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yüksək sürətlə təhlükəli şəkildə ən sol zolaqla hərəkət edib. Yol hərəkəti haqqında qanunun 49-cu maddəsində qeyd olunub ki, eyni istiqamətdə üç və daha artıq zolağı olan yolda 3.5 tondan artıq olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar zolağı tutmamalıdır (sola və geriyə dönmək istisna olmaqla). Qeyd etdiyimiz nəqliyyat vasitəsinin sürəti isə həmin yolda maksimum 70 km/saat sürət olmalıdır.
Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra hakimiyyətinin memarlıq şöbəsinin sabiq rəhbəri Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıb.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Astara rayonunun Siyakü kənd sakini Səbuhi Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub
Kürdəmir rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində təqsirləndirilən Nurlan Hüseynov istintaqa cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun 22-də Şura Əmirova müalicə olunduğu xəstəxanada vəfat etdiyindən cinayət işi üzrə əməl rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməklə rayon prokurorluğunun icraatına götürülüb.
Hazırda iş üzrə rayon prokurorluğu tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirlən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Polis Şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb, E.Əzizovun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə, dəmir və plastik qablarda xüsusi qulluq göstərilən 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. E.Əzizov törətdiyi cinayət əməlini etiraf edib və çətənə bitkilərini yetişdirib qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Elşad Əzizov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Xətai rayon prokurorluğundan verilən məlumata görə İsmail Ağasənovun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bəxtiyar Əliyevə işlədiyi mağazada həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.