![]() |
|
“Lotu Quli”ni güllələyən şəxslə bağlı bəzi məlumatlar daxil olmaqdadır.
Virtualaz.org xəbər verir ki, həmin şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir.
Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır.
Qeyd edək ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
O, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.
“Loti Quli”nin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.
“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.
Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.
Qeyd edilir ki, “Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.
Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Report-un məlumatına görə, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.
Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarına görə polis şöbəsinə məlumat veriblər.
Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub.
Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Həbs edilən Kürdəmir RİH baaşçısı Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
C. Cəfərov əmək fəaliyyətinə 1983-cü ildə başlayıb. O 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
Bakı şəhər sakini Hüseynov Kamal Dəxil oğlu 12 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. O, qıza intim hərəkətlər edb.
Azyşalının valideynləri polisə şikayət edib. Şikayət əsasında Kamal Hüseynov həbs edilib.
İstintaq orqanı tərəfindən Kamal Hüseynovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə Kamal Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq gedir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb.
Bildirilir ki, əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Ceyhun Cəfərov 2014-cü ildən Kürdəmirin icra başçısıdır.
***
Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib.
Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.
DİN xəbər verir ki, Sabunçu rayonunda müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.
Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.
Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində baş vermiş avtomobil qəzasında 34 yaşlı Nuranə Tağıyeva və 34 yaşlı Məqsəd İsgəndərov xəsarət alıb.
Hər iki şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə müraciət edib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır. ("Report")
Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yoldan çıxıb.
Nəticədə avtomobildə olan qadın sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını cəlb olunub və xəsarət alan qadına ilkin tibbi yardım göstərilib.
Fakt araşdırılır. (“Report”)
Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların icarə əsasında götürdükləri Novxanı qəsəbəsindəki istixanaya baxış zamanı ümumi çəkisi 970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadələrində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiklərini bildiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.