![]() |
|
Binəqədi rayonunda mənzildən 54 yaşlı kişi meyiti aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Həsənov Natiq Kərim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Araşdırma aparılır.
Qafqazinfo-nun xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.
O qeyd edib ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX İstintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib:
“Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm.
Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb”.
Qeyd edək ki, Serbiya, Monteneqroda və Bosniya Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan E.Həsənov barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Ölkə.Az" "Crime Time "a istinadən xəbər verir ki, sifarişçilər təkcə “Lotu Qulinin" öldürmək yox, həmçinin onu necə öldürülməsini də şərt kimi irəli sürblər və buna görə də kriminal aləmdə “Xan Əhmədlinski” kimi tanınan Xəqan Zeynalova milyonlarla dollar qonorar ödəyiblər. “Xan Əhmədlinski” də məhz sifarişçilərin şərtinə uyğun məqam gözləyərək “Lotu Quli”ni qətlə yetirib. Sifarişçilərin Rövşən Lənkəranskinin adamları olduğu bildirilir. Rövşən Lənkəranski 4 il bundan öncə avqustun 18-də İstanbulda qətlə yetirilib və onun ölümündə Quli ittiham olunub. Sifarişçilər də Xan Əhmədlinskiyə Qulini qətlə yetirərkən mütləq başından 4 güllə vurmasını əsas şərt kimi irəli sürüblər. Bu da simvolik məna daşıyıb. Çünki Lənkəranskinin ölümündən 4 il keçir. Quli başından aldığı 4 güllə yarası ilə öldürüldüyünə görə, sifarişçilərin Lənkərnaskinin adamları olduğu ehtimal edilir.
Ətraflı videonu təqdim edirik.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaradağ rayonu Ümid qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Məmmədov Vəli Məmməd oğlu idarə etdiyi avtomobili, yol kənarındakı maneəyə çırpıb.
Nəticədə avtomobildə olan digər iki sərnişin - 1974-cü il təvəllüdlü Abdullayev İlqar Rəhim oğlu və Ələkbərov Barış Oruc oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər 3 şəxsə döş qəfəsinin və yumşaq toxumaların əzilməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır. ("Report")
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə ötən gecə Lənkəran-Lerik yolunun rayonun Qrumba kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlardan Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Mehdi Azər oğlu Əkbərov və Darquba kənd sakini, 2000-ci il təvəllüdlü Rusif Rafiq oğlu Babayev vəziyyətləri daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Qapalı kəllə-beyin travması alan Şilavar kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Ağacanov və 2000-ci il təvəllüdlü Vüqar Elşad oğlu Əlizadə travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri kafidir. Hadisəni törədən sürücü saxlanılaraq izahatı alınması üçün polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
Baş Prokurorluğun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Cavid Ağayevin qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Yazbahar Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Cavid Ağayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Publika.az xəbər verir ki, 49 saylı Yevlax-Mingəçevir dairə seçki komissiyasının sədri Etibar Hacıyev ölüb.
Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilir.
Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.
Xəbər verildiyi kimi, Xaqan Zeynalov Lotu Qulini qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən Lotu Quli telefonla danışa-danışa dəhlizlə gedir, Xan Bakinski isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, Lotu Qulinin arxasındadır və hədəfi haqlayıb.
“Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Xan Bakinskinin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.
Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, “Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.
Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.
Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə Lotu Qulinin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.
Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosua deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli oğru” statusunu daşıyan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında Lotu Quliyə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə qanuni oğruların şərəf kodeksini pozmuşdu… virtualaz.org