“Yumruqla o qədər vurdu ki, sonrasından xəbərim olmayıb” - FOTO + VİDEO

Şamaxıda yaşlı ər-arvadı öz evində döyərək quldurluq edən şəxslər həbs olunub.

Yol-xeber.az ARB Şəki-yə istinadən xəbər verir ki, bir-neçə gün öncə rayonda yaşanan qandonduran hadisənin təfərrüatları da məlum olub.

Şamaxı şəhər sakinləri 21 yaşlı Elxan Heybətov, 28 yaşlı Pərvin Həmidov və 35 yaşlı Valeh Pənahov özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər.

Onlar avqustun 24-ü gecə saat 2 radələrində Şamaxı şəhər Hüseyn Ciddi küçəsi ev 11 ünvanında yaşayan Zərifə Niyazovanın evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub.

Axtardıqlarını tapmayan oğrular ev sahibinə hücum çəkiblər. Köməksiz vəziyyətdə olan ev sahibi, yataq xəstəsi 80 yaşlı Polad Niyazov və onun 72 yaşlı həyat yoldaşını Zərifə Niyazovanı evdə olan əsa və bıçaqla vəhşicəsinə döyərək 22 min ABŞ dolları məbləğində pul tələb ediblər. Sonra quldurlar evdə olan mobil telefonları, 17 AZN nağd pulu götürərək qaçıblar.

Zərifə Niyazova - Zərərçəkən: "Yuxudan durub gördüm ki, güzgünün qarşısında cavan oğlan əlində bıçaq durub. Deyir ki, pulları ver. Dedim, ay bala, pulumuz yoxdur".

Polad Niyazov - Zərərçəkən: "Yumruqla üstümə düşdü. Yumruqla o qədər vurdu ki, sonrasından xəbərim olmayıb".

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

 

 
20 yaşlı qızın ölümünə səbəb olan yol qəzasının - VİDEOsu

Rusiyanın Çelyabinsk şəhərində 20 yaşlı qızın ölümünə səbəb olan yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Hadisə sentyabrın 1-də “Kopeysk” şosesində qeydə alınıb.

Kadrlarda, ağ rəngli “VAZ-2109” markalı minik avtomobilinin hərəkətdə olduğu və qəfildən 1-ci zolaqdan 3-cü zolağa keçid edərək yol kənarında xarab olmuş TIR-a çırpıldığı görülür.

Zərbənin təsirindən “09”un sol hissəsi deformasiyaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində sərnişin kreslosunda əyləşən 20 yaşlı qız aldığı çox saylı xəsarətlərdən hadisə yerində ölüb, 19 yaşlı sürücü isə xəstəxanaya çatdırılıb.

Hazırda Yol Patrul  Xidmətinin əməkdaşları, 19 yaşlı sürücünün düşünülməmiş bu manevrini və TIR-ın sürücüsünün xəbərdarlıqedici nişandan niyə istifadə etməməsini araşdırır.

 

 

Arvadını beşinci mərtəbədən atan Xalq artistinin nəvəsindən XƏBƏR VAR
Bakı Apellyasiya Məhkəməsində arvadını beşinci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayətə baxılıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Taxvelinin barəsində eskpertiza təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın beşinci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Onu da qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace” konsert-banket kompleksinin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Acı xəbər gəldiMüdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi dünyasını dəyişib.
O, bir müddət Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb./unikal.org/
Koronavirus ola-ola marketdə satıcı işlədiyi məlum oldu

Qaradağ Rayon Polis İdarəsinə “Covid-19” infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Rayon sakini Esmira Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb.

Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.

E.Nəbiyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.

 

 
İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Mansurov İsmayıl Gündüz oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla İsmayıl Mansurovun qeyd edilən vəzifədə işləyərkən vətəndaşa Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən yaşayış evinin tikintisi üçün guya həmin rayonun icra hakimiyyəti aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrindən istifadə edərək tələb olunan qanuni sənədlərin verilməsində köməklik göstərilməsini vəd etməsinə, bununla da 2019-cu ilin sentyabr-oktyabr aylarında vətəndaşdan  ümumilikdə 10 min 370 manat  məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İsmayıl Mansurov 21 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstintaq zamanı zərərçəkmiş şəxsə dələduzluq əməli üzrə vurulmuş ziyanın ödənilməsi tam təmin edilib, ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kişi boşandığı qadını döydü

Gəncədə kişi keçmiş həyat yoldaşını döyüb.
Baku.ws verdiyi məlumata görə, Zülfiyyə adlı qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Bu zaman qadın özünü yaşadığı binadan atıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Keçmiş ər daha sonra xəstəxanaya gələrək qadını orada döyməyə başlayıb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hadisəni törədən keçmiş ərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qadının vəziyyəti orta-ağırdır.

Kişi boşandığı qadını döydü

Gəncədə kişi keçmiş həyat yoldaşını döyüb.
Baku.ws verdiyi məlumata görə, Zülfiyyə adlı qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Bu zaman qadın özünü yaşadığı binadan atıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Keçmiş ər daha sonra xəstəxanaya gələrək qadını orada döyməyə başlayıb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hadisəni törədən keçmiş ərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qadının vəziyyəti orta-ağırdır.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bakıda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU
Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Lumina Məmmədovanın cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Qaraçuxur qəsəbəsi, Komunal küçəsi, ev 3-də yaşayan 1970-ci il təvəllüdlü Məmmədova Lumina İmran qızı onunla bir yerdə yaşayan anası, 1931-ci il təvəllüdlü Çervon Məmmədovanı 49 bıçaq zərbələri ilə qətlə yetirib.

İş üzrə dinridilən Lumina Məmmədova ilkin ifadəsində bildirib ki, hadisədən bir gün əvvəl rəfiqəsi ilə görüşüb ticarət mərkəzinə sonra isə kafeyə gediblər. Orda olan zaman oğlan tanışıda onların yanına gəlib. Yemek yedikdən sonra Bakıxanov qəsəbəsində yerləşən digər kafeyə gediblər. Bir müddət sonra bir neçə tanışı ilə birlikdə çimərliyə yollanıblar. 

Gecəni çimərlikdə keçirdikdən sonra evə qayıdıblar. O evə çatan kimi anası ondan harda olduğunu və gecə niyə evə gəlmədiyini soruşub. 

Anası ilə aralarında bu səbəbdən mübahisə baş verib. Ünvanına işlədilən təhqirlərdən əsəbləşən Məmmədova əli ilə anasını itələyib.

Dəhlizdə yerə yıxılan anasını öldürmək məqsədi ilə Lumina Məmmədova mətbəxə keçib və istifadə etdikləri bıçağı götürüb geri qayıdıb. O, köməksiz vəziyyətdə olan yaşlı qadına yaxınlaşaraq kürəyinə, onurğasına, döş boşluğuna, boynuna və gövdəsinə çoxsaylı bıçaq zərbələri endirib. 

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə, qadının bədəni üzərində 49 ədəd kəsilmiş-deşilmiş yaraların olması müəyyən edilib, onun ölümünə kəskin qanitirmə səbəb olub. 

İstintaqın sonunda Məmmədovanın əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.4 və 120.2.9-cu maddələrinə tövsif olunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lumina Məmmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 

Xəbər lenti