![]() |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən Azərbaycan mövqelərini atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
“MediaPost” xəbər verir ki, o, intihar etməzdən öncə sosial media hesabında status paylaşıb:
"Statusda qeyd edib ki, ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan!
“Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək ?! Yox, çox çətindir! Çox! Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içindən nələr çəkdiyini bilməz! Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər... Həyatda bağışla deyəcəyim iki insan var - həyat yoldaşım və oğlum! Bağışlayın, məni Sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni bağışla məni! Üzülmə, dik dur! Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə məni əsla qınamayın və pis olmayın deyirəm!
Sən mənim həyatımsan oğlum! Olduğun yer nəfəsdir mən sən qolum-qanadımsan oğlum! Varlığın belə, yaşamağa bəsdir mənə... Bu sözləri hər gün deyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil...
Əlvida!"
Qubanın ucqar Muçu kəndində yanğın başlayıb.
Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır. Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib.
Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır. (Report)
Xəyanət iddiası ilə arvadı ilə mübahisə edən Orucov daha sonra bıçağı götürərək onun boğazını kəsib. Qatil Sevilayın qanı ilə divara “xəyanətin cəzası ölümdür” yazıb.
Hadisə yerinə gələn polis gənc qızın öldüyünü müəyyənləşdirib. Cinayətdən sonra qaçan Vüsal polisə təslim olub.
Xəbəri eşidəndən sonra Sevilayın anasının halı pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qonşuların bildirdiyinə görə cütlük 2 aydır evli imiş.qafqazinfo
Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.
DTX-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 8-ə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 29-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində 1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən N. Nağıyev saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı nəqliyyat vasitələrindən birində olan 2017-ci il təvəllüdlü Məmmədov Hidayət Vəli oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Neapol dairəsində motosikletlə avtomobil toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü Qasımov Orxan Çingiz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın küt travması və döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, yolu keçən 1973-cü il təvəllüdlü İsayev Şövlət Dövlət oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Baş Prokurorluq və İqtisadiyyat Nazirliyindən daxil olan birgə məlumatda deyilir ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində 2 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.
Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.