![]() |
|
Bu barədə “Ölkə.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Ölkə.Az" xəbər verir ki, oğlan onu diz çökdürüb və məcbur edib ki, qız özünə əxlaqsız desin. Daha sonra görünütləri sosial şəbəkədə yayıb.
Sözügedən videonu təqdim edirik: redaktor.az
Daxili İşlər Nazirliyi (DİN) Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanuna müvafiq tədbirlər görülüb.
"Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar", - Mətbuat Xidmətindən bildirilib.
"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılıb. Daxil olan məlumatlarla bağlı tərəfimizdən bildirilir ki, Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib:
"Fakt üzrə Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, Türkan qəsəbəsi sakinləri - 90 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, onlar sənəd üzərində “öldürüb”lər. Belə ki, hər iki şəxsin iddialarına görə, onlara aid bağ torpaq sahələri ələ keçirilib. Hazırda həyatda olan qadınların əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var. Qadınlar qeyd edir ki, Türkan qəsəbəsində torpaqları zəbt edilib.
Əzizə Atayevanın “ölüm haqqında şəhadətnamə”sində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. Qadın işin üstü açılandan sonra özünün, övladlarının ölümlə təhdid edildiyini deyir.
20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”. Hər iki qadın baş vermiş hadisədə icra nümayəndəsi Rahil Babayevin və bələdiyyə sədrinin adını çəkirlər.
Əzizəxanım Atayeva
Xumara Şabanova
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.
Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.
Bu barədə "Ölkə.Az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.
Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu, son 15 gündə "BakuBus" avtobuslarında baş verən sayca ikinci yanğın hadisəsidir.
“Lexus” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn “Chevrolet” markalı avtomobillə toqquşub.
Daha sonra isə “Lexus” yolun sağ tərəfində yerləşən aptekə çırpılıb. Qazet.az
Bərdədə bacısını və polisi bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası sentyabr ayının 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin may ayının 30-da Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib.
Kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.
Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən 3 dəfə zərbə vurub.
Daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.
E.Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham verilib.
Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə rayonun Acıdərə kəndində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Hadisə yerində ağır bədən xəsarətləri alan sərnişin 1993-cü il təvəllüdlü Məsimov Fərhad Faiq oğlu təcili yardım briqadasının köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona fəqərə sütununun sınığı və onurğa beyninin qapalı travması diaqnozları qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda qardaşı arvadını öldürməkdə təqsirləndirilən Səbuhi Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. Onun bədənində səkkizdən çox bıçaq yarası aşkarlanıb. Cinayət L.Kərimlinin bacısının evində törədilib.
L.Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib. Onun qaynı Səbuhi Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib.
Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər.
Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.
S.Kərimova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.