![]() |
|
demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Bakı şəhər sakini Ceyhun Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub.
Ceyhun Cümşüdov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
İstintaq orqanı tərəfindən Ceyhun Cümşüdovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Ceyhun Cümşüdovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icratına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə başlanacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə prosesi başa çatıb.
Apa xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror törətdiyi əmələ görə Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Xırdalan sakini, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin kişinin sevgi münasibətində olduğu Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub, hadisəni törətməzdən bir müddət əvvəl işdən çıxıb. G. Qasımova ailəli olub.
O bildirib ki, bu səbəbdən hər iki istiqamətdə sıxlıq var.
Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun vəkili Əziz Qənbərov Dövlət Təhlükəsizlik Xidmətinə Melorasiya və Su Təsərrüfatı Acıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.
Bu barədə Konkret.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun sözlərinə görə, Dilqəm Əsgərovun vəkilinin şikayət ərizəsində Melorasiya və Su Təsərrüfatının özbaşınalığı qeyd olunub.
“Melorasiya və Su Təsərrüfatı ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri, torpaq sahələrində ferma və digər olacaqları “olmayıb və bu, ağ yalandır”. Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq, yəni 2014-cü ilin may ayında atam bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bu məsələ ədalətli şəkildə araşdırılsın” – deyə K.Əsgərov qeyd edib.
O, həmçinin vurğulayıb ki, qaldırılan məsələ “ağ yalandırsa”, torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı müqavilələr necə imzalanıb?
“Bilmək istəyirik, icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki, məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın” – deyə K.Əsgərov sözlərinə əlavə edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır:
“Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.
Sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum olunmuş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə olan marixuana da aşkar edilib.
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Ceyhun Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Ceyhun Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol verdiyindən onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.
Mingəçevir şəhər Prokurorluğu törədilən qətllə bağlı məlumat yayıb.
“Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.
"Ölkə.Az"-ın xəbərinə görə, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər. (report.az)