Qurban Məmmədovun saxlanılması ilə bağlı

“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb.
Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib.

Mövzu ilə bağlı Qazet.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib.

“Harada saxlanılıb? Mənim məlumatım yoxdur. Hələ ki, bizə bu barədə məlumat daxil olmayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Karantin qaydalarını pozan azərbaycanlı model cərimələndi
Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun altı nəfər rəfiqəsi, restoran işçilərindən dörd nəfər müəyyən olunub. 

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. 

Bakıda ər arvadını küçədə bıçaqlayıb öldürdü, sonra isə...
Bakıda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahir Qocayevin cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.

Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib.

İş üzrə dindirilən Mahir Qocayev bildirib ki, Ülviyyə Allahverdiyeva ilə 2012-ci ildə tanış olduqda sonuncu ona kirayə mənzil axtardığını deyib. Onu yaşadığı evə gətirib bacıları ilə tanış edib. Ülviyyə həyətdəki evlərin birində kiyarə qalmağa başladıqdan bir müddət sonra aralarında yaxın münasibət yaranıb. Onunla evlənmək istəyib. Lakin qızın şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nigaha girə bilməyiblər. Mahirin sözlərinə görə Ülviyyə həmişə aqressiv olub hətta aralarında mübahisə olanda ona əl qaldırıb. 

Hadisədən 3-4 ay əvvəl Ülviyyə oğlunu qoyaraq evdən çıxıb gedib. Mahir onun mobil telefonuna dəfələrlə zəng etsədə zəng çatmayıb. 

Hadisədən 6 gün əvvəl isə Ülviyyə Mahirin bacısına zəng edib. Ondan niyə evə qayıtmadığını soruşduqda o əvvəl Gəncə şəhərində yaşadığını sonra Bakıda çayxanada ofisant işldiyini deyib. 

Həmin gün saat 22:00 radələrində Mahir Ülviyyəni axtarmağa başlayıb. İki saatdan sonra onun kafelərdən birindən çıxdığını görüb yaxınlaşıb, ondan niyə evdən qaçdığını, kiminlə və harda qaldığını soruşub. Bu zaman Ülviyyə ona uca səslə kobud cavab verərək oradan uzaqlaşıb. 

Oktyabrın 25-də Ülviyyə yenidən bacısının telefonuna zəng edəndə Mahir cavab verib. Ülviyyə ona taksi ilə yaşadıqları ünvana gələcəyini deyib. Bir qədər telefonda mübahisə etdikdən sonra qadın həmin ünvana çatıb. Mahir bayıra çıxıb qadına yaxınlaşıb və onun taksi ilə yox  başqa şəxslə gəldiyini düşünüb. 

Axırıncı dəfə kiminlə danışdığına baxmaq üçün qadının əlindəki mobil telefonu alıb. Bu vaxt Ülviyyə nə səbəbə görə telefonu aldığını deyib üstünə gəlib və onun ayağına təpiklə zərbə vurub. 

Mahir onula danışmaq istəmədiyini deyib evə tərəf gedən zaman Allahverdiyeva sağ əlində saxladığı bıçaqla qarnına xəsarət yetirib.

Zərbədən sonra Mahir onun əlindəki bıçaqı alıb və bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib. Qadın yerə yıxılan zaman oda huşunu itirib. Özünə xəsarət yetirməsi yadında qalmayıb. 

Məhkəmə prosesində Mahir Qocayev ittiham üzrə özünü qismən təqsirli bilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi və anası S.Allahverdiyeva heç bir şikayətinin olmadığını deyib. Himayəsində uşaq olduğundan məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib. 

Məhkəmə nəticəyə gəlib ki, Mahir Qocayevin əməli cinayət məcəlləsinin 120.2.4 (xüsusu amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə deyil, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunmalıdı. 

Sonda məhkəmənin hökmü ilə 1994-cü il təvəllüdlü Mahir Qocayev qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Azərbaycanda evə basqın edildi

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.
APA xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir. Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.
Faktla bağlı araşdırma aparılır.

Cəbhədə silahlar susmadı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Qurban Məmmədov saxlanıldı
Azərifreedom kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

Qeyd edək ki, Qurban Məmmədova Avropada yaşayırdı.

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Yol qəzalarında 4 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 15-də törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Bakı-Qazax yolunda BMW-dən təhlükəli manevr
Bakı-Qazax yolunda BMW markalı avtomobil təhlükəli manevr edərək, qəza şəraiti yaradıb.

Videodan məlum olur ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib. 

Oxu.az məlumatına görə, 10-OM-699 nömrəli BMW markalı avtomobilin sürücüsü sürət həddinin 120 km/saat olduğu yolun sol istiqaməti ilə hərəkətdə olan zaman qəfil dönmə əməliyyat edib. Bu zaman arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri ayıqlıq göstərib və son anda bədbəxt hadisənin baş verməsinin qarşısını alıblar. 

 BMW-nin sürücüsü isə heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb. 

Həmin görüntüləri təqdim edirik: 

Azərbaycanda dəhşətli hadisə

Tərtər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa məlumatına görə, hadisə Ağdam-Bərdə yolunun "Dörd yol qəsəbəsi" adlanan hissəsində qeydə alınıb.
Bərdə rayonunun Xanərəb kənd sakini, 27 yaşlı Süleymanov Asif Şəmi oğlu atla hərəkətdə olduğu zaman yük maşını onu vuraraq qaçıb. Yaralını yaxınları Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Cəbhədə atəşkəs yenidən pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti