![]() |
|
2025-ci ildə ABŞ-də yaşamaq icazəsi verən “Green Card” lotereyasında Özbəkistandan 5564 nəfər seçilərək qaliblərin sayına görə lider olub.
Bu barədə “Green Card” nəticələrinin açıqlandığı Kentukki konsulluq mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, bütün ölkələr arasında rekord göstəricidir. İkinci yerdə Əlcəzair - 5526, üçüncü yerdə Rusiya - 5519 nəfər. "Green Card” qazananların ümumi sayı 55 000 nəfər olub və hər onuncu qalib Özbəkistandandır. Azərbaycandan isə 1730 nəfər seçilib.
Bundan əlavə, aşağıdakı ölkələrin vətəndaşları da "Green Card 2025" lotereyasını qazanıblar:
İran - 5,267 qalib;
Qırğızıstan - 3,095;
Tacikistan - 2,982;
Ermənistan - 2,971;
Qazaxıstan - 2,004;
Azərbaycan - 1.730;
Gürcüstan - 1.342.
Ən pis nəticələr isə Venesuela, Bruney, Vatikan, Marşal adaları və Norfolk adalarındadır. Bu ölkələrdən “Green Card” qalibi olmayıb.