![]() |
|
Bu barədə "Ölkə.Az"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq “tiryək” və 950 qr “metamfetamin”) aşkar olunaraq götürülüb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Kia Rio” markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.
Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsindədə İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilmişdir. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb və ondan 1 ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr “heroin”, 300 qr “metamfetamin”, 1 qr “metadon” və 66 qr qurudulmuş “marixuana”) aşkar edilib.
18 sentyabr tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerindən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.
Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilib, onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr “heroin”, 994 qr “metamfetamin”, 8789 ədəd “Metadon-40” həbi və 20 ədəd “Buprenorphine-2” həbi) aşkar edilib.
Hər üç fakt üzrə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Ölkə.Az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyev Fazil Əmir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Araşdırma aparılır.
Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Report xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq.
Qeyd edək ki, hadisə 2019-cu iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Rəna Sofiyeva həyat yoldaşı Araz Sofiyevin evə basqın edən quldurlar tərəfindən bıçaqlanaraq öldürüldüyünü, özünün isə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.
Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb.
Aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.
Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarışda olan rayon sakini, 1985-ci il təvəllüdlü E.Zeynalova Bakı şəhərində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olub.
Bu barədə "Ölkə.Az"-a modelyer özü məlumat verib. Modelyerin sözlərinə görə, 2020-ci ilin aprel ayından avqust ayına qədər vətəndaş Abdullayeva Elnarə Təyyarə qızına 40300 məbləğində pul verib və hazırda geri ala bilmir:
"Abdullayeva Elnarə Salyan rayonu, Yenikənd kəndinin sakinidir. Pulu ona mənzil almaq məqsədilə vermişdim. Özünü çox yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etmişdi. Ancaq sonradan bildim ki, bu qadın dələduzdur. İndi nə mənzili vermir, nə də pulu qaytarmır. Təxminən bir ay öncə həbs edildi. Məlum oldu ki, bu adam məndən başqa daha iyirmi iki nəfərə qarşı dələduzluq edib".
Saidə Məmmədova bildirib ki, sözügedən şəxs ayrı-ayrı şəxslərə onlara təqaüd düzəldəcəyi ilə bağlı vəd verərək beş min manat məbləğində vəsaitlərini də mənimsəyib:
"O təklifi bizə də etmişdi, amma rədd etdik".
Saidə Məmmədovanın sözlərinə görə, hətta bir neçə gün öncə intihara cəhd edib:
"Qollarımı doğradım və həkimlərin müdaxiləsi nəticəsində sağ qaldım. İntihara cəhd etməyim barədə sənədlər də var".
"Ölkə.Az" xəbər verir ki, hadisə Keşlə qəsəbəsi, Sabir küçəsində əslən Gəncə şəhərindən olan Vüsal Xəlilovun kirayə yaşadığı mənzildə baş verib.
Həmin ünvanda yaşayan 37 yaşlı Vüsal Xəlilov 27 bıçaq zərbələri ilə qətlə yetirilib.
Hadisə vaxtı mərhumun həyat yoldaşı və azyaşlı uşaqları evdə olublar.
Qətlə yetirilən Vüsal Xəlilovun həyat yoldaşı bildirib ki, ərini öldürən şəxs çox güman ki, onu tanıyıb və cinayəti qısas məqsədi ilə törədib.
Təxirəsalınmza istintaq əmliyyat tədbirləri nəticəsində iki gündən sonra polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Paşa Qələndərovu yaxalayıblar.
İş üzrə dindirilən şəxs Xəlilovu qətlə yetirdiyini etiraf edib.
İstintaqla müəyyən olunub ki, Paşa Qələndərov "28Mall" ticarət mərkəzindəki mağazanın meneceri Vüsal Xəlilov tərəfindən işlədiyi anbardan vəzifəsindən azad edilməsini özünə qarşı ədalətsizlik kimi qəbul edib.
Bu məqsədlə qisas almaq məqsədi ilə Vüsal Xəlilovu öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Qələndərov Vüsal Xəlilovu iş yerindən mənzilinə kimi izləyərək yaşadığı ünvanı dəqiqləşdirib. Növbəti gün saat 21:00 radələrində həmin qəsəbəyə gəlib. Evin işıqlarının yanmadığını görüb Vüsalın qayıtmasını gözləyib. Təxminən 1 saatdan sonta Xəlilov ailəsi ilə birgə evə gəlib. Onların ardınca Paşa evə tərəf gələrək qapını döyüb. Vüsal qapını açan kimi evə daxil olub və ona bıçaqla çoxsaylı zərbələr endirməyə başlayıb.
Arvadı Esmira və azyaşlı uşaqların gözü qarşısında Vüsal Xəlilova 27 bıçaq zərbəsi vurub.
Qadın uşaqlarla yataq otağına qacıb qışqırmağa başlayıb. Paşa qadının üzərinə bıçaqla gedərək qışqırmamasını tələb edib.
Daha sonra dəhlizdə yaralı vəziyyətdə olan Vüsal Xəlilovun yanına qayıdaraq onun boğazını kəsib və hadisə yerindən qaçıb.
Paşa Qələndərov məhkəmədən ona cəza təyin olunarkən əvvəllər məhkum olunmamasını, gəncliyini və törətdiyi əməldən peşman olmasını nəzərə almağı xahiş edib.
Məhkəmə qərara gəlib ki, Qələndərovun cinayət əməli 120.2.4-cü (xüsusi amansızlıqla qəsdə adam öldürmə), 134-cü(öldürmə ilə vəya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü(qanunsuz olaraq soyuq silahı əldə etmə) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinın hökmü ilə Paşa Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Qələndərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi onu şikatəyini təmin etməyib və 1-ci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.
27 yaşlı İbrahim Qasımov və 24 yaşlı Mehdixan Cavadov beş nəfərlə kütləvi dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qara Qarayev küçəsində 22 yaşlı Ləman Quliyeva əri tərəfindən evdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.
"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu il Qubanın Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Saxlanılan Mətləb Şükürova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.