![]() |
|
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb.
"Səfər Səudiyyə Ərəbistanından başlayır. Daha sonra Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.
4 günlük səfər zamanı İranın nüvə proqramı, Qəzzadakı humanitar böhran, İsrail ilə Həmas arasında müharibə, Suriya məsələsi ilə yanaşı bu ölkələrlə biznesin inkişafı və ticarət razılaşmalarına diqqət yetiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu, Trampın prezident kimi ikinci xarici səfəridir.