Qobuda iki qardaşı maşın vurdu;   biri öldü, digəri xəsarət aldı

Abşeronda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qəza avqustun 20-də saat 13 radələrində rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və onun 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilsə də, Rüstəm orada vəfat edib.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti