Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

APA xəbərinə görə, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

suqovusan-ve-saricalidaki-mekteblerde-dersler-baslayib

Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb.

Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir.

Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.

Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

 

 






 
28-may-stansiyasi-ne-vaxtdan-baglanir

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.

Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır. 

“Yol-xeber.az” xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun “Əcəmi” stansiyasından “Nərimanov”a getmək istəyən sərnişin bunun üçün “Nizami” stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir. 

Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu lin son aylarında başlanılacaq:

“28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. 
Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.

Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub. 

ady-nin-145-illiyine-hesr-olunmus-agacekme-aksiyasi-kecirildi

“Azərbaycan Dəmir Yolları” (ADY) aprelin 8-də Sabunçu stansiyasının yaxınlığında ağacəkmə aksiyası keçirib. 

“Yol-xeber.az” xəbər verir ki, bu barədə ADY məlumat yayıb. 

Bildirilib ki, şirkətin 145 illiyinə həsr olunmuş aksiyanın əsas məqsədi əməkdaşlar arasında ətraf mühitin mühafizəsinin təbliği və ekoloji problemlərə diqqətin çəkilməsidir.

100-dən çox əməkdaşın iştirak etdiyi aksiyada 500-ə yaxın şam ağacı, o cümlədən endemik növ olan və Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Eldar şamı əkilib və suvarılıb. Əlavə olaraq ərazidə abadlıq və təmizlik işləri aparılıb.

Dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur.

Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) prinsiplərini əsas götürür.  Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmağı və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasında rolunu genişləndirməyi hədəfləyir.

 

 








 
DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..

Bakı Şəhər DYP İdarəsi avtomobili səkidə park edən sürücülərə müraciət edib.

Müraciətdə piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri kimi nəqliyyat vasitələrinin səkilərdə park edilməsi göstərilib.

"Apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik”, - deyə, məlumatda vurğulanıb.

Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq.

"Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir", - deyə o qeyd edib.

Pensiyalar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub.

Bu barədə DSMF məlumat yayıb.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.



ADY sıfır tullantı strategiyasının tətbiqi ilə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafa əsaslanan gələcəyə səyahətini davam etdirir.
Yol-xeber.az" xəbər verir ki,   Görülmüş işlər nəticəsində:
- 2023-cü ildən etibarən enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa nail olmuşuq;
- günəş panellərindən istifadə sayəsində 2024-cü ildə 90 min kilovatdan çox enerji istehsal etmiş, nəticədə 8 min kubmetrdən çox təbii qazı istehlakdan çıxarmışıq.
Apreldə qar yağacaq - Türkiyədə xəbərdarlıq edildi, bizdə də temperatur dəyişəcək

İstanbul üçün qar xəbərdarlığı edilib.

Türkiyədə hava anidən dəyişəcək.

Meteoroloqlar bildiriblər ki, Bazar ertəsindən Cümə gününə qədər havada ciddi temperatur enişi olacaq. Xəbərdarlığa görə bəzi ərazilərdə qar, sulu qar yağacaq.

Bəzi bölgələrdə temperatur ötən həftəyə nisbətən təxminən 10 dərəcə enəcək.

Qeyd edək ki, Bakıda da temperatur yaxın günlərdə xeyli düşəcək.Milli.Az.

Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar? - AÇIQLAMA

Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması müəyyən hüquqi və administrativ səbəblərə əsaslanır. Bu proses müxtəlif hallarda və qaydalara uyğun olaraq həyata keçirilə bilər. Qeydiyyatdan çıxarılma şəxsin həmin mənzildə artıq yaşamadığı, ya da başqa bir səbəbə görə bu vəziyyətin dəyişdiyi hallarda mümkündür.

Mənzildə qeydiyyatda olan şəxsləri qeydiyyatdan hansı hallarda çıxarmaq olar ?

Məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov açıqlama verib.

O bildirib ki, bu məsələ ilə bağlı praktika da iki hal mövcuddur ki, vətəndaşlar bir çox hallarda məhkəmə aiddiyyatının düzgün seçimində və ya işin mahiyyəti üzrə səhvə yol verə bilirlər.

"Birinci hal ondan ibarətdir ki, əgər mənzildə qeydiyyatda olan şəxslər mənzil mülkiyyətçisinin yaxın qohumlarıdırsa, məsələn ər-arvad, valideynlər və uşaqlardırsa bu kimi hallarda mənzildən istifadə hüququna bazar qiymətinə uyğun kopensasiyanin ödənilməsi şərti ilə xitam verilə bilər. İkinci hal isə vətəndaşların ev alqı satqısı və ya mənzilin bağışlanması zamanı daha çox rastlaşdığı problemlərdən biridir".

Vəkil onu da qeyd edib ki, ev alqı satqısı zamanı aydın olur ki mənzildə mülkiyyətçinin tanımadığı və heçbir əlaqəsi olamayan şəxslər qeydiyyatdadırlar. Belə olan halda qeydiyyatda olan şəxslərin razılığı olmadan ev alqı-satqısı prosesini həyata keçirmək. Bu kimi hallarda vətəndaşlar qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı rayon polis idarəsinə və inzibati məhkəməyə müraciət edərək qeydiyyatda olan şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edə bilər.

Xəbər lenti